Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3013/2022 10.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı ekspert rəyinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddiaçını mülkiyyəində olan Biləsuvar şəhəri, Heydər Əliyev küçəsində yerləşən qeyri-yaşayış binasının 185.000 manat qiymətləndirilməsi barədə Cavabdeh MMC-nin direktoru X2 tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli ekspert rəyinin ləğv edilməsi və binanın yenidən real bazar qiymətinə uyğun olaraq qiymətləndirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mövcud iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1666/2021 saylı, 15 iyul 2021-ci il tarixli icra vərəqəsiin icrası ilə əlaqədar Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına və Cavabdeh MMC-nin direktoru X2 ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli “X1” müqaviləyə əsasən Biləsuvar şəhəri, Heydər Əliyev küçəsində yerləşən qeyriyaşayış binası qiymətləndirilmişdir. Göründüyü kimi, mübahisə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1666/2021 saylı, 15 iyul 2021-ci il tarixli icra vərəqəsiin icrası ilə bağlı qiymətləndirmənin rəyi ilə bağlıdır. "İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən həyata keçirilir. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun sadalanan müddəalarına əsasən məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin icra edilməsi icra məmurları tərəfindən istinad edilən qanunda müəyyən edilmiş qaydada həyata keçirilir və icra qurumunun hərəkətlərinin, hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu halda, borclu və ya tələbkar icra məmurunun hərəkətlərinin qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, hazırki iddianın icra vərəqəsinin icrası zamanı yaranan mübahisə ilə bağlı olduğunu nəzərə alaraq iddianın mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Odur ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı iddiaçını mülkiyyəində olan Biləsuvar şəhəri, Heydər Əliyev küçəsində yerləşən qeyri-yaşayış binasının 185.000 manat qiymətləndirilməsi barədə Cavabdeh MMC-nin direktoru X2 tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli ekspert rəyinin ləğv edilməsi və binanın yenidən real bazar qiymətinə uyğun olaraq qiymətləndirilməsi barədə iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3013/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3013/2022
10.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver