Məhkəmə qərarları › İş №2(011)-3062/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3062/2021

19.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3062/2021 19.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edərək, - xx xxxxxxxx 1971-ci ildə Naxçıvan MR Culfa rayonunda anadan olmuş Ərizəçi Culfa rayon VVAQ Şöbəsi tərəfindən 11 oktyabr 1971-ci il tarixdə qeyd edilmiş 154 nömrəli doğum akt qeydinin düzgün olmaması müəyyən edilməli və doğum haqqında akt qeydləri kitabında dəyişiklik edilərək ad qrafasında “Əliəddin” əvəzinə “Ələddin” qeyd olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxxxx 1971-ci ildə Naxçıvan MR Culfa rayonunda anadan olmuş, bu barədə Culfa rayon VVAQ Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Lakin onun adına doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə ad qrafasında "Ələddin" əvəzinə "Əliəddin" kimi göstərilmişdir. Halbuki, ona məxsus bütün sənədlərdə, şəxsiyyət vəsiqəsində, hərbi biletdə, nikahın bağlanması haqqında şəhadətnamədə, sürücülük vəsiqəsində, uşaqlarının doğum haqqında şəhadətnamələrində, bütün hüquqi sənədlərdə adım Ərizəçi kimi qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə yalnışlığa yol verilməsi səbəbindən, anasının ona bağışlama yolu ilə bağışlamaq istədiyi torpaq sahəsini öz adına keçirmək mümkün olmamışdır. Doğum haqqında şəhadətnamədə olan səhvin düzəldilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, müraciətin təmin olunmasından imtina olunaraq, məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat vermiş və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, işdə olan digər sübutları tədqiq edərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 05/15-3005 saylı, 12.12.2020-ci il tarixli məktubundan görünür ki, ərizəçinin Naxçıvan M.R. Culfa rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 11.10.1971-ci il tarixli 154 saylı doğum haqqında akt qeydində adının “Əliəddin”-dən “Ələddin”-ə dəyişdirilməsi ilə bağlı müraciətinə Maraqlı şəxs tərəfindən baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”-a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Ərizəçi ərizəsində göstərilən dəyişiklik edilməsi kifayət qədər əsasın olmaması səbəbindən doğum haqqında akt qeydinə düzəliş edilməsi barəsində ərizənin şöbə tərəfindən icra edilməsi mümkün deyildir. İş materiallarında olan Ərizəçi məxsus AZE seriaylı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir onun adı Ələddin, soyadı Əliyev atasının adı Əkrəmdir. İş materiallarında olan АЗ seriyalı ******* nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.1971-ci ildə anadan olmuşdur, onun atası X11, anası X5r. İş materiallarında olan Vİİ-ЖГ seriyalı, 317734 saylı “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi ilə X9 07.07.2001-ci il tarixində nikaha daxil olmuşdurlar. Bu barədə nikahın bağlanması akt qeydi kitabında 72 saylı qeyd aparılmışdır. İş materiallarında olan AZ-İ seriyalı 532188 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, X3 02.12.2004-cü il tarixində anadan olmuşdur, onun atası Ərizəçi, anası X6r. İş materiallarında olan AZ-İ seriyalı 177563 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, X10 23.10.2001-ci il tarixində anadan olmuşdur, onun atası Ərizəçi, anası X6r. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirdi ki, ərizəçi onun anasının əmisi oğludur. Həqiqətən də adı Ələddindir. Hamı, bütün qohumları onu Ələddin deyə tanımış, jurnalda və tabeldə də adı Ələddin deyə yazılmışdır. Məhkəmə iclasında şahid X4 ifadə verərək bildirdi ki, ərizəçi onun əmisi oğludur, həmçinin eyni sinifdə oxumuşdurlar. Həqiqətən də ərizəçinin adı Ələddindir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ının 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi haqqında məhkəmə qətnaməsi qeyddə dəyişikliyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göründüyü kimi, ərizəçiyə məxsus müxtəlif sənədlərdə ərizəçinin adı “Ələddin” kimi göstərilmişdir. Ərizəçinin adının Ələddin olduğu, həmçinin məhkəmədə verilən şahid ifadələri ilə də təsdiq edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin doğum haqqında akt qeydində adı “Əliəddin” olaraq düzgün qeyd edilməmiş, onun əsl adı “Ələddin”dir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin doğum haqqında akt qeydində “adı” qrafasında düzəliş edilərək, “Ələddin" yazılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü Ərizəçi Naxçıvan M.R. Culfa rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 11.10.1971-ci il tarixli 154 saylı doğum haqqında akt qeydində “adı” qrafasında düzəliş edilərək, “Əliəddin” əvəzinə “Ələddin" yazılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar