Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3062/2025 04.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bağır qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bağır qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 2930-cu Keçiddə yerləşən, (qaz istilik sistemi ilə təchiz edilməmiş keçmiş ailəvi yataqxana) 35/21 saylı evin ümumi sahəsi 24 kv.metr olan, iki otaqlı, 22 saylı mənzili uzun illərdən bəri işlədiyi, mənzil növbəsində olduğu, daimi yaşayış yerinin olmadığı nəzərə alınaraq 40 il müddətində fasiləsiz olaraq işlədiyi iş yeri üzrə, “Azərneftyağ” İB-nin müdiriyyəti və HİK-nin birgə iclasının 13.3 saylı, xx.xx.2002-ci il tarixli protokolundan çıxarışa, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərneftyağ” İstehsalat Birliyinin xx.xx.2002-ci il tarixli, 22 saylı Orderinə əsasən iddiaçıya verilmişdir. Həmin mənzildə ümumilikdə (cavabdehlər də daxil olmaqla) 9 nəfər- özü, həyat yoldaşı Cavabdeh2 Bağır qızı, oğlu X9, nəvələri X10 və X12, digər oğlu X5 və nəvəsi X6 pasport qeydiyyatında olmaqla, hazırda 6 nəfərdən ibarət ailə tərkibi ilə (özü, həyat yoldaşı Cavabdeh2, oğlu Elşad Məmmədov, onun həyat yoldaşı Aytən Məmmədova və nəvələri X10 və X12) ilə həmin mənzildə yaşayır. İddia tələbi üzrə Cavabdeh1 onun keçmiş gəlini, yəni oğlu İsmayıl Məmmədovun keçmiş arvadıdır, digər Cavabdeh2 isə oğlu İsmayıl Məmmədovun qızıdır. Belə ki, oğlu X5 Cavabdeh1 ilə 11 avqust 2000-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar və həmin nikahdan da onların 21 iyun 2001-ci il təvəllüdlü Cavabdeh2 adlı bir uşaqları vardır. Cavabdehlər Cavabdeh1 və qızı Cavabdeh2 əvvəllər onlarla birgə yaşasalar da, hələ uzun illər öncə, 2008-ci ilin ortalarında, iddiaçıdan ayrı, kommunal şəraitli yaşayış sahəsində yaşamaq istədiklərindən özlərinə aid olan əşyalarını da götürüb aparmaqla, onların mənzilindən köçüb daimi yaşamaq üçün başqa ünvana getmişlər ki, elə həmin vaxtdan halhazıra qədər də onlar bir daha onların mənzilində yaşamamışdılar. Aralarındakı ər-arvad münasibətləri kəsilməklə, uzun müddət 2008-ci ildən ayrı-ayrılıqda yaşadıqlarından oğlu İsmayıl Məmmədovun iddia tələbinə əsasən Cavabdeh1 ilə aralarında bağlanmış nikah Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş və bu zaman onların birgə nikahlarından doğulmuş, (hazırki iş üzrə cavabdeh) Cavabdeh2 da anası Cavabdeh1 yanında saxlanılması müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2008-ci ildə mənzillərindən köçüb, başqa ünvanda daimi yaşamalarına baxmayaraq, formal olaraq onların hal-hazıra qədər mənzillərində pasport qeydiyyatında qalmaları nəticə etibarı ilə mənzilə dair onun hüquqlarının kəskin pozulması, həmçinin 7 nəfərdən ibarət olan öz ailə üzvləri ilə yanaşı, onların da əvəzinə mənzilin günbəgün artan bəzi kommunal xərclərini ödəmək zərurətini yaratdığından cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı rəsmi ərizə ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-55/2-M-20571 saylı məktubu ilə müraciətinə imtina edilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, 2930-cu keçiddə yerləşən 35/21 saylı evin 22 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bağır qızına məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, müvafiq qeyd aparılaraq bildirişlər məhkəməyə geri qaytarılmış, məhkəmə bildirişləri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, o, 2008-ci ilə qədər mübahisəli mənzildə yaşamış, 2008-ci ildə qayınanası tərəfindən məcburi şəkildə evdən çıxarılmışdır. Evdən çıxdıqdan sonra bir müddət rayonda anasıgil ilə yaşamış, sonradan uşağın təhsili üçün Bakıya gələrək kirayə mənzildə yaşamışdır. Cavabdeh hal-hazırda evi olmadığı üçün başqa mənzilə qeydiyyata düşməmişdir. Qızı Cavabdeh2 ailə həyatı qurmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan“Azərneftyağ” İstehsalat Birliyinin müdiriyyəti və HİK-nin birgə iclasının 13.3 saylı 18 sentyabr 2002-ci il tarixli protokolundan çıxarışdan görünür ki, İddiaçı 4 nəfər ailə tərkibində (özü, arvadı, oğlu, gəlini) Birliyin ailəvi yataqxanasında, Əbilov qəsəbəsi, 2930-cu keçid, 35 saylı evin, sahəsi 24 kv.m olan 21-22 saylı mənzilinin ayrılması və həmin mənzilə order verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərneftyağ” İstehsalat Birliyi tərəfindən verilmiş 10 oktyabr 2002-ci il tarixli 22 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri, Əbilov qəsəbəsi, 2930-cu keçid, ev 35, mənzil 21-22 İddiaçı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli 2(011)-4995/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh1 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X5 ilə Cavabdeh1 arasında Bakı şəhəri Binəqədi rayonu “Leyla” Nikah Evində 11 avqust 2000-ci il tarixdə nikahın bağlanması barədə 478 nömrəli akt qeydi pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan anadan olmuş xx xxxx 2001-ci il tarixdə X1 anası – Cavabdeh1 yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 212044 nömrəli nikahın pozulması haqqında şəhadənnamənin surətindən görünür ki, X5 və Cavabdeh1 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 14 fevral 2015-ci il tarixdə 71 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X4, X7 və X13 tərəfindən tərtib edilmiş və 143 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş 12 iyun 2009-cu il tarixli, 12 iyul 2009-cu il tarixli, 25 sentyabr 2009-cu il tarixli, 22 oktyabr 2009-cu il tarixli, 20 noyabr 2009-cu il tarixli, 15 yanvar 2010-cu il tarixli, 22 aprel 2012-ci il tarixli aktlardan görünür ki, 25 iyun 2008-ci ildən Cavabdeh1 830-cu keçid, bina 35, mənzil 21,22-də yaşamır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən İddiaçı verilmiş 05 iyul 2024-cü il tarixli 3-13-55/2-M-20571 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixində ünvanladığı müraciətə Xətai RPİ-yə Qeydiyyat məsələləri bölməsində baxılmış və bildirilmişdir ki, Cavabdeh1, Cavabdeh2 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması xahiş edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına,başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən, öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim etdiyiniz halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 21 iyun 2024-cü il tarixli və ******* №-li, 19 fevral 2025-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh1 və Cavabdeh2 Bağır qızı qeydiyyatdadırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, o, İddiaçı qonşusudur, 2000-ci ildən Bakı şəhəri, Xətai rayonu, Əbilov qəsəbəsi, bina 35, 2-ci mərtəbə mənzil 1 də yaşayır. Eldar ilə eyni binada, eyni mərtəbədə yaşayırlar. Eldar mənzilində özü, arvadı, oğlu Elşad, Elşadın arvadı və iki uşağı qalır. Həmin mənzildə heç vaxt dava, sözsöhbət eşitməmişdir. Məhkəmə iclasında gördüyü Cavabdeh1 tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, o, İddiaçı qonşusudur. 2004-cü ildən ünvan 4 ünvanında 3-cü mərtəbədə yaşayır. Eldarın mənzilində özü, arvadı, oğlu Elşad, Elşadın arvadı və iki uşağı qalır. Eldarla yaxınlığı 2005-ci ildə yaranmış, Eldar zavodda işləmişdir. Həmin mənzildə heç vaxt dava, söz-söhbət eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirmişdir ki, o, İddiaçı qonşusudur. 2003-cü ildən ünvan 5 ünvanında 7-ci mərtəbədə yaşayır. Eldarın mənzilində özü, arvadı, oğlu Elşad, Elşadın arvadı və iki uşağı qalır. Həmin mənzildə heç vaxt dava, sözsöhbət eşitməmişdir. Eldarın İsmayıl və Elşad adından iki oğlu var. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). İlk növbədə qeyd edilməlidir ki, iddianın predmetini təşkil edən daşınmaz əmlak - ünvan 3 ünvanında yerləşən mənzil dövlət mülkiyyətindədir və özəlləşdirilməmişdir. Həmin mənzilə dair 10 oktyabr 2002-ci il tarixli 22 nömrəli order Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərneftyağ” İstehsalat Birliyi tərəfindən İddiaçı verilmişdir, lakin iddiaçı həmin mənzili hələ özəlləşdirməmişdir. Cavabdeh1 iddiaçının oğlu İsmayıl Məmmədovun keçmiş arvadı, digər Cavabdeh2 isə oğlu İsmayıl Məmmədovun qızıdır. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarında məhkəmə vurğulamışdır ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli Qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin işdə Məhkəmə qeyd etmişdir ki, “02 iyun 1993-cü il tarixdə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında «sosial kirayə müqaviləsi» adlanan müqavilə bağlanılmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. 41. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması üçün kifayət qədər əsaslıdır. 42. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, ünvan 3 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərneftyağ” İstehsalat Birliyinin 10 oktyabr 2002-ci il tarixli 22 nömrəli orderi əsasında iddiaçıya verilmişdir. Cavabdeh1 iddiaçının oğlu İsmayıl Məmmədovun keçmiş arvadı, digər Cavabdeh2 isə oğlu İsmayıl Məmmədovun qızıdır. Belə ki, oğlu X5 Cavabdeh1 ilə 11 avqust 2000-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, ailə qurduqdan sonra bir müddət iddiaçıya məxsus mənzildə yaşamışlar. Cavabdehlər 2008-ci ildən həmin mənzildən çıxmış və bir daha geri qayıtmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli 2(011)-4995/2014 saylı qətnaməsi ilə X5 ilə Cavabdeh1 arasında Bakı şəhəri Binəqədi rayonu “Leyla” Nikah Evində 11 avqust 2000-ci il tarixdə nikahın bağlanması barədə 478 nömrəli akt qeydi pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan anadan olmuş xx xxxx 2001-ci il tarixdə X1 anası – Cavabdeh1 yanında saxlanılması qət edilmişdir. Cavabdehlərin 2008-ci ildən həmin mənzildə yaşamadıqları iş materiallarında olan 143 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq olunan aktlarla və Cavabdeh1 izahatı ilə təsdiq edilmişdir. Məhkəmə nəzərə alır ki, iddianın predmeti olan - ünvan 3 ünvanında yerləşən mənzil özəlləşdirilməmiş olsa da, həmin mənzili özəlləşdirmək hüququ məhz iddiaçıya məxsusdur və cavabdehlərin isə həmin mənzildə formal qeydiyyatda qalmaları iddiaçının mənzilin özəlləşdirilməsi ilə bağlı hüquqlarını həyata keçirməyə mane olur. Mülki işdə olan sübutlarla və cavabdehin etirafı ilə təsdiq edilmişdir ki, cavabdehlər uzun müddətdir ki, mübahisəli mənzildə formal qeydiyyatdadırlar, yaşamırlar. Məhkəmə yuxarıda qeyd edilmiş maddi-hüquq normalarına və işin faktiki hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bağır qızının özəlləşdirmək hüququ iddiaçıya məxsus olan mənzildə qeydiyyata alınsa da, iddiaçı ilə istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş müqavilə bağlamadığından, onların istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onların mübahisəli mənzil üzərində istifadə hüquqları yaranmamışdır. Odur ki, iddia təmin edilməməli, hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin cavabdehlərin müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olduğu tərəflərə izah edilməlidir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bağır qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bağır qızının müvafiq dövlət orqanı tərəfindən ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3062/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3062/2025
04.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver