Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3063/2021 26.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən olunması haqqında” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun adının Saray, anasının atasının adının isə Bəylər olması barədə vətəndaşlıq vəziyyəti aktına düzəliş olunması barədə faktı müəyyən edib, qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.1958-ci ildə Zəngilan rayonunda anadan olmuşdur, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə müraciət etmişdir, bu zaman ona məlum olmuşdur ki, Zəngilan rayonunun Zəngilan icra nümayəndəliyində 28.02.1958-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydində adı Saray deyil, Sayat kimi, həmçinin ana qrafasında anasının ata adı Bəylər deyil, Bələr kimi qeyd olunmuşdur, bu ziddiyyətə görə arxivdən ona təkrar şəhadətnamə verilməsi mümkün olmamışdır, onun bütün sənədlərində, o cümlədən, şəxsiyyətini təsdiq edən sənəddə, attestatında, əmək kitabçasında, uşaqlarının doğum haqqında şəhadətnamələrində, nikah haqqında şəhadətnamədə onun adı Saray kimi qeyd olunmuşdur, həmçinin qardaşı X1 məxsus doğumunu təsdiq edən arxiv arayışında da anasının ata adı Bələr deyil, Bəylər kimi qeyd olunmuşdur, onu tanıyan qohum və tanışlar da onun adının Saray, anasının ata adının isə Bəylər olmasını bilirlər, hətta ehtiyac olarsa məhkəməyə gəlib bu faktı təsdiq edə bilərlər, o, doğum haqqında akt qeydinə düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin şəhadətnaməyə düzəliş edilməsindən imtina edilmişdir, bu səbəbdən yanlışlığın düzəldilməsi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, əks təqdirdə Ərizəçi doğum haqqında şəhadətnamə ala bilmir, şəhadətnamə isə ona bir sıra sənədləşmə işlərində, o cümlədən, vərəsəliklə bağlı işlərdə vacibdir. Sonda Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır, lakin məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, 26.05.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X6 bildirdi ki, ərizəçi onun bacısıdır və xx.xx.1958-ci ildə Zəngilanda doğulmuşdur, hər kəs onu Saray kimi tanıyır, onun başqa adla çağırılmasını heç vaxt eşitməmişdir, S.X8 müraciət etdikdən sonra ona da məlum olmuşdur ki, doğum haqqında akt qeydləri kitabında ətizəçinin adı Sayat kimi, anasının ata adı isə Bələr kimi yazılmışdır. 26.05.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X3 bildirdi ki, Ərizəçi onun bacısıdır və bacısı ondan 3 yaş balacadır, bacısına həmişə Saray kimi müraciət edilmişdir, onun başqa adı olmamışdır, bütün sənədlərdə də onun adı Saray kimi qeyd edilmişdir, Ərizəçi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə müraciət etdikdən sonra ona da məlum olmuşdur ki, doğum haqqında akt qeydləri kitabında bacısının adı Sayat kimi, anasının ata adı isə Bələr kimi yazılmışdır və bu qeydiyyat düzgün deyil. İş materiallarından görünür ki, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.1958-ci il tarixdə Zəngilan rayonunda doğulmuş Ərizəçi məxsusdur. İş materiallarında olan A3 seriyalı 660891 nömrəli orta təhsil haqqında attestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, attestaq 1958-ci ildə Zəngilan rayonunun Qıraxmüşlan kəndində anadan olmuş X2 məxsusdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 11.07.1944-cü il təvəllüdlü X16 ilə xx.xx.1958-ci il təvəllüdlü X4 03.03.1978-ci il tarixdə nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması aktları kitabında 166 nömrə ilə qeyd aparılmışdır, nikah bağlandıqdan sonra ərə Vəliyev, arvada Vəliyeva soyadı verilmişdir. İş materiallarından görünür ki, lT-l seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətində ad qrafasında Saray Heydərqulu qızı, doğum tarixi qrafasında isə xx.xx.1958-ci il barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, **********709 nömrəli şəhadətnamə xx.xx.1958-ci il tarixində Zəngilan rayonunda doğulmuş Ərizəçi məxsusdur. İş materiallarında olan 394643 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 21.06.1980-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2834 nömrə ilə qeydiyyat aparılmışdır, atası milliyyəti azərbaycanlı olan X16, anası milliyyəti azərbaycanlı olan Ərizəçidır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 05/15-2463 saylı, 23.10.2020-ci il tarixli məktubundan görünür ki, Zəngilan rayon Zəngilan İcra nümayəndəliyində qeydə alınmış 28.02.1958-ci il tarixində tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydində onun adı “Sayat” kimi, lakin şəxsiyyət vəsiqəsində ad “Saray” kimi qeyd edilmiş, həmin doğum haqqında akt qeydinin ana qrafasında ananın ata adı “Bələr” kimi qeyd olunmuşdur, ərizədə göstərilən dəyişiklik edilməsi kifayət qədər əsasın olmaması səbəbindən doğum haqqında akt qeydinə düzəliş edilməsi barəsində ərizənin şöbə tərəfindən icra edilməsi mümkün olmamasını nəzərə alaraq, faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 04.08.1955-ci ildə anadan olmuşdur. Şəhadətnamədən görünür ki, X7 onun atası, X15 isə onun anasıdır. Bu barədə 19.08.1955-ci il tarixdə Zəngilan rayonunun Zəngilan icra nümayəndəliyində 42№-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Zəngilan rayonu Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 127970 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 16.02.2005ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17.02.2005-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan 09.04.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Xətai rayon Məhkəməsinə ünvanladığı məktubundan görünür ki, Ərizəçi 03.11.2014-cü il tarixdə 4 saylı Bakı “ASAN xidmət” tərəfindən verilmiş AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə dair sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin surətinin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Xətai rayon Məhkəməsinə ünvanladığı 21.04.2021-ci il tarixli məktubdan görünür ki, məktubda adı qeyd olunmuş şəxslərin qeydiyyata alınmasına əsas verən sənədlər DİN-in normativ hüquqi aktına əsasən yandırılma yolu ilə məhv edildiyindən, onların təqdim olunması imkan xaricindədir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Zəngilan rayonunda anadan olmuşdur, onun atası X7, anası X9r, ərizəçinin şəxsiyyət vəsiqəsində adı “Saray”dır, onun adı doğum haqqında akt qeydində “Sayat” kimi, anasının ata adı isə “Bələr” kimi qeyd edilmişdir, həmin doğum haqqında akt qeydində göstərilən şəxs ərizəçi ilə eyni şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, Zəngilan rayonunun Zəngilan icra nümayəndəliyində 28.02.1958-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında “Sayat” adının və “Bələr” adının düzgün olmaması faktı müəyyən edilməli, həmin akt qeydləri kitabında “Sayat” adı “Saray”, “Bələr” adı isə “Bəylər” adına dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Zəngilan rayonunun Zəngilan icra nümayəndəliyində Doğum haqqında akt qeydləri kitabında 28.02.1958-ci ildə tərtib edilmiş 12 nömrə ilə qeyd edilmiş ad qrafasındakı “Sayat” adı “Saray” adına, ananın atası qrafasındakı “Bələr” adı “Bəylər” adına dəyişdirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3063/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3063/2021
26.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver