Məhkəmə qərarları › İş №2(011)-3067/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3067/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3067/2021 17.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ İş № 2(011)-3067/2021 Azərbaycan Respublikası adından Q Ə T N A M Ə Bakı şəhəri Xətai Rayon Məhkəməsi 17 iyul 2021-cı il Bakı şəhəri Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İlkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi barəsində ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia üzrə cavabdehlə arasında bağlanılmış 15.11.2017-ci il tarixli əlavə razılaşmanın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə iddiaçı "xxxx"ASC Cavabdeh qarşı – iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 A saylı məhəllədə yerləşən 2 saylı binanın 2-ci blokunun, 67 (yeni 116) saylı mənzilinə dair bağlanmış 13178 saylı, 28.12.2017-ci il tarixli müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 A saylı məhəllədə yerləşən 2 saylı binanın 2-ci blokunun, 67 (yeni 116) saylı mənzilinin boşaldılması, mənzilin iddiaçıya təhvil verilməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13178 saylı, 28.12.2017-ci il tarixli müqaviləyə əsasən, ilkin iddia üzrə cavabdeh Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 A saylı məhəllədə yerləşən 2 saylı binanın 2-ci blokunun, 67 (yeni 116) saylı mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 62076,34 manat müəyyən edilmiş və ilkin iddia üzrə cavabdeh həmin məbləği 156 ay müddətində hər ay 299,51 manat olmaqla hər ayın 28-inədək ödəməyi öhdəsinə götürmüşdür. İlkin iddia üzrə iddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək mənzili alıcıya təhvil vermişdir. Lakin ilkin iddia üzrə cavabdeh tərəfindən uzun müddət aylıq ödənişlər edilməmiş, müqavilənin tələbləri pozulmuşdur. Daha sonra ilkin iddia üzrə cavabdeh gecikdirilmiş məbləğin ödənilməsi barədə cəmiyyətə müraciət etmiş, onunla "xxxx" ASC arasında 15.11.2017-ci il tarixdə əlavə razılaşma bağlanılmışdır. 15.11.2017-ci il tarixli Əlavə Razılaşmanın 1-ci bəndinə əsasən Cavabdeh mənzilə görə "xxxx" ASC-yə olan borcunun 35272,55 manat təşkil etdiyi müəyyən edilmişdir. Əlavə Razılaşmanın 2-ci bəndinə əsasən ilkin iddia üzrə cavabdehin müqavilə üzrə bu günədək ödəmədiyi aylıq ödənişlər 13125,13 manat, satıcıya əldən çıxmış fayda məbləği üzrə 283,62 manat, cəmi borcu 13408,75 manat təşkil edir. Əlavə razılaşmanın 3-cü bəndinə əsasən Alıcı razılaşır və qəbul edir ki, satıcıya olan 13408,75 manat borcundan 2000,0 manat məbləği nağd şəkildə, qalıq 11408,75 manat məbləğində hissəsini isə 36 ay müddətinə hər ayın 28-də 316,91 manat olmaqla satıcıya ödəməyi öz öhdəsinə götürür. Ödənişlər 28.11.2017-ci il tarixdən başlayır. Əlavə razılaşmanın 4-cü bəndinə əsasən alıcı müqavilə üzrə aylıq 299,51 manat təşkil edən ödənişləri müqavilə müddətinin sonuna kimi, hər ayın 28-də ödəməyi öz öhdəsinə götürür. Ödənişlər 28.11.2017-ci il tarixdən başlayır. Lakin ilkin iddia üzrə cavabdeh razılaşma ilə də üzərinə götürdüyü öhdəliklərini pozmuş və pozmaqda davam edir. Alıcıya edilmiş şifahi və rəsmi xəbərdalıqlara baxmayaraq onun tərəfindən uzun müddətdir ki, aylıq ödənişlər edilmir. Cavabdehin qrafik üzrə 17822 manat ödəniş məbləği borcu var. Cavabdeh 26.11.2019-cu il tarixdən etibarən ümumiyyətlə ödəniş aparmır. Bu hal iddiaçıya müqaviləni birtərəfli qaydada ləğv etmək hüququnu verir. Əlavə razılaşmanın 7-ci bəndinə əsasən alıcı razılaşır və qəbul edir ki, bu razılaşma və müqavilə şərtləri ilə üzərinə götürdüyü öhdəliyi pozarsa və ödənişləri 30 gündən artıq müddətə gecikdirərsə¸ bu Razılaşma satıcı tərəfindən alıcını qabaqcadan yazılı xəbərdar etməklə birtərəfli qaydada ləğv edilə bilər və bu halda mənzil satıcıya geri qaytarılmalıdır/təhvil verilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı tərəflər arasında bağlanılmış 15.11.2017-ci il tarixli Əlavə Razılaşmanın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 A saylı məhəllədə yerləşən 2 saylı binanın 2-ci blokunun, 67 (yeni 116) saylı mənzili 28.12.2010-cu il tarixdə X1 almış və onun qarşılıqlı iddia üzrə cavabdehə ödədiyi pulu ona tam olaraq ödədikdən sonra, yerdə qalan pulun qarşılıqlı iddia üzrə cavabdehə ödənilməsi üçün "xxxx" ASC ilə alqı-satqı müqaviləsi bağlamışdır. "xxxx" ASC ilə onun arasında bağlanmış 27.12.2011-ci il tarixli, AK-796 saylı kredit müqaviləsinin və həmin tarixli 796 saylı ipoteka müqaviləsindən göründüyü kimi, həmin mənzilin alınması üçün iddiaçı bankdan cəmi 23,544 manat 83 qəpik pul götürmüş və bu müqavilə üzrə zamin "xxxx" ASC özü olub. Daha sonra "xxxx" ASC bağlanıldığı üçün "xxxx" ASC həmin mənzilin kredit müqaviləsini "xxxx" ASC-nin üzərinə çevirib və həmin bankla Cavabdeh arasında bağlanılmış 13.07.2012-ci il tarixli NAR-İ-12/37 saylı kredit müqaviləsində isə Bakı şəhəri, 2944 saylı məhəllə, X.Məmmədov küçəsi 2-də yerləşən 67/116 saylı mənzilə görə bank qarşılıqlı iddia üzrə iddiaçıya 24,038 manat 40 qəpik kredit ayırıb. Lakin Cavabdeh tərəfindən 27.12.2011-ci il tarixdən 13.07.2012-ci il tarixinədək o, hər ay mütəmadi olaraq ödənişləri ödədiyi halda, krediti azalmaq əvəzinə artmışdır. 15.11.2017-cii il tarixli Əlavə Razılaşmaya gəldikdə isə, razılaşmanın imzalandığı günə borcunun 35272 manat 55 qəpik, onun, guya, ödəmədiyi ödənişlər əldən çıxmış fayda ilə birlikdə 13408 manat 75 qəpik olmağı ağlabatan deyil. Qarşılıqli iddia üzrə iddiaçı qeyd edir ki, son bir ildə o, "xxxx" ASC-yə pul ödəməyib. Lakin, bunun səbəbi ölkədə elan edilən pandemiya ilə bağlı olub. Hamıya bəlli olan haldır ki, pandemiya dövründə heç yer demək olar ki işləməyib. Bu da fors major kimi qiymətləndirilməlidir. Bu səbəbə görə, hesab edir ki, yaşadığı mənzil əlindən alına bilməz. Eyni zamanda, qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki, Cavabdeh "xxxx" ASC ilə əlavə razılaşmanı imzaladığını xatırlamır. Bu razılaşmanın varlığından o, keçən məhkəmə prosesində ona qarşı tərəfin iddia ərizəsi təqdim edildiyində xəbərdar olub. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında ilkin iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin edilməsini xahiş etdi. O, qarşılıqlı iddiaya etiraz edərək, məhkəmədən qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ilkin iddia tələbinə etiraz edərək, ilkin iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. O, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia əsaslı hesab edilərək təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 28.12.2010-cu il tarixli 13178 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 A saylı məhəllədə yerləşən 2 saylı binanın 2-ci blokunun, 67 (yeni 116) saylı mənzili satıcı tərəfindən alıcıya satılmış və alıcı öz növbəsinə həmin mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda qeyd edilmiş müqavilənin şərtlərinə əsasən mənzilin dəyəri tərəflərin razılığı ilə 62076,34 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini 156 ay müddətinə, hər ay üçün müəyyənləşdirilmiş məbləği olan 299,51 manatı hər ayın 28-ci gününədək ödəməyi öhdəsinə götürmüşdü. İş materiallarında olan tərəflər arasında imzalanmış “15.11.2017-ci il tarixli 13178 saylı, 28.12.2010-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında Əlavə Razılaşma”nın surətindən görünür ki, tərəflər aşağıda göstərilən şərtlər barədə razılaşmışdırlar: - Alıcı Cavabdeh razılaşır və qəbul edir ki, alıcının satıcıdan 13178 saylı, 28.12.2010ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən aldığı Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 A saylı məhəllədə yerləşən 2 saylı binanın 2-ci blokunun, 67 (yeni 116) saylı mənzilə görə satıcıya olan borcu bu Razılaşmanın imzalandığı günə 35272,55 manat təşkil edir; - Alıcının bu günədək ödəməyi aylıq ödənişlər 13125,13 manat, satıcıya əldən çıxmı fayda məbləği üzrə borcu 283,61 manat, cəmi 13408,75 manat təşkil edir; - Alıcı razılaşır və qəbul edir ki, satıcıya olan 13408,75 manat məbləğində borcundan 2000 manat məbləği nağd şəkildə, qalıq 11408,75 manat məbləğində hissəni isə 36 ay müddətinə hər ayın 28-də 316,91 manat olmaqla, satıcıya ödəməyi öz öhdəsinə götürür; ödənişlər 28.11.2017-ci il tarixdən başlayır; - Alıcı müqavilə üzrə aylıq 299,51 manat təşkil edən ödənişləri müqavilə müddətinin sonuna kimi, hər ayın 28-də ödəməyi öz öhdəsinə götürür; ödənişlər 28.11.2017-ci il tarixdən başlayır; - Alıcı razılaşır və qəbul edir ki, bu razılaşma və müqavilə şərtləri ilə üzərinə götürdüyü öhdəliyi pozarsa və ödənişləri 30 (otuz) gündən artıq müddətə gecikdirərsə, bu Razılşma satıcı tərəfindən alıcının qabaqcadan yazılı xəbərdar etməklə birtərəfli qaydada ləğv edilə bilər və bu halda mənzil satıcıya geri qaytarılmalıdır/təhvil verilməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 23.10.2020-ci il tarixli 05-01/385 saylı təklifin surətindən müəyyən olunur ki, satıcı alıcıya 5 gün müddətində mənzilə görə olan borcunu ödəmədiyi və ya 28.12.2010-cu il tarixli, 13178 saylı müqavilə və 15.11.2017-ci il tarixli Əlavə Razılaşmanın ləğv edilməsi barədə razılaşmanın (müqavilənin) bağlanılması və mənzilin "xxxx" ASC-yə təhvil verilməsi təklif edir. Əks halda, məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq 28.12.2010-cu il tarixli 13178 saylı müqavilənin və 15.11.2017-ci il tarixli Əlavə Raşılaşmanın ləğv edilməsi, mənzilin boşaldılması və "xxxx" ASC-yə təhvil verilməsi, habelə çəkilmiş məhkəmə xərclərinin ödənilməsi tələb ediləcəkdir. üzrə ödənişləri aparmadığından müqaviləyə əsasən müqaviləni ləğv etmək hüququndan istifadə edib müqaviləyə birtərəfli qaydada xitam verdiyini bildirib mənzilin ən geci 5 gün müddətində müqavilənin ləğv edilməsi barədə razılaşmanın bağlanmasını təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan 17.12.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh tərəflər arasında müqavilə bağlanıldığı tarixdən, yəni 28.12.2010-cu il tarixdən 09.12.2020-ci il tarixinədək 35941,20 manat və ya 120 ay aylıq ödəniş məbləği ödəməli olduğu halda, 33472 manat və ya 61 ay aylıq ödəniş ödəmişdir. Alıcının qrafik üzrə 17822 manat və ya 59 ay aylıq ödəniş məbləği və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu mövcuddur. Alıcı 26.11.2019-cu il tarixindən etibarən ümumiyyətlə ödəniş aparmır və ödəniş müddətində gecikmə günlərinin sayı 4 il 10 ay təşkil edir. İş materiallarında olan Cavabdeh "xxxx" ASC-yə ünvanlanmış 13.10.2017-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh 2017 oktyabr ayında olan 12809,73 manat məbləğində gecikməsi olmuş, həmin məbləği bir dəfəlik ödəmək imkanı olmadığından ilkin olaraq 2000 manat ödəməli, yerdə qalan qalıq borcu isə 36 ay müddətinə ödəməyə icazə verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən 26.11.2019-cu il tarixdən müqavilə ilə müəyyənləşdirilmiş ödənişlərin həyata keçirilməməsi müqavilənin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Göründüyü kimi, qeyd olunan normalarda müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları kimi tərəflərin razılaşması, Mülki Məcəllədə və ya müqavilədə müəyyən edilmiş hallar və tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşin həqiqi halları ilə isə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən müqavilə ilə müəyyənləşdirilmiş aylıq ödənişlər həyata keçirilməmiş, onun tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuş, ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehə müqavilənin ləğv edilməsi barədə təklif göndərmiş, lakin sonuncu tərəfindən hər hansı cavab verilmədiyi təqdirdə məhkəmədə mövcud iddia tələbi irəli sürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməsi və mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair iddia tələbi əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə ilkin iddia üzrə cavabdehin tərəflər arasında bağlanılmış müqavilə üzrə öhdəliklərini ölkə ərazisində “COVİD 19” virusunun yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilən karantin tədbirləri nəticəsində icra edə bilmədiyindən mübahisəyə müqavilədə nəzərdə tutulmuş “fors major” bəndi tətbiq edilərək iddianın rədd edilməsi ilə bağlı dəlilinə qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia üzrə cavabdehin bu dəlili əsassızdır. Belə ki, tərəflər arasında bağlanan alqı-satqı müqaviləsinin 4.1-ci bəndində göstərilir ki, tərəflərdən heç biri bu müqavilə üzrə öhdəliklərinin fors-major şəraiti nəticəsində yerinə yetirilmədiyinə görə məsuliyyət daşımır, o şərtlə ki, həmin tərəf digər tərəfə fors-major şəraitinin yaranması barədə şərait yarandığı gündən 7 (yeddi) iş günü ərzində şəraitin yaranması və bu müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsiri barədə yazılı bildiriş göndərsin. Bu bildirişə forsmajor şəraitinin yaranmasını təsdiq edən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sənəd əlavə olunmalıdır. Lakin, mülki iş materiallarından görünür ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 pandemiya şəraiti başlamadan öncə ödəniş etməyi dayandırmışdır. Cavabdehin ödədiyi son ödəniş tarixi 26.11.2019-cu il tarixidir, hansı ki, o zaman ölkə ərazisində hər hansı bir karantin tədbirləri tətbiq edilmirdi. Bu səbəblə də, ilkin iddia üzrə cavabdehin qeyd edilən dəlili işin faktiki hallarına uyğun olmadığından məhkəmə tərəfindən nəzərə alınmır. Məhkəmə həmçinin ilkin iddianın 30 manat məbləğində dövlət rüsumunun ilkin iddia üzrə cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, ilkin iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, Cavabdeh "xxxx" ASC qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar ilkin iddia üzrə iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də ilkin iddia üzrə cavabdehdən alınaraq ilkin iddia üzrə iddiaçı "xxxx" ASC ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qarşılıqlı iddianı araşdıraraq belə qənaətə gəlir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Hazırkı mübahisə üzrə isə bağlanmış alğı-satqı müqaviləsinin etibarlılığını şübhə altına yuxarıda qeyd edilən hallardan hər hansı biri məhkəmə tərəfindən təsbit edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Cavabdeh 28.12.2010-cu il tarixli, 13178 saylı alqı-satqı müqaviləsi əsasında "xxxx" ASC – dən mənzil almış, 2017- ci ildə mənzilin pulunu ödəyə bilmədiyinə görə cəmiyyət ona qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh 13.10.2017-ci il tarixdə ərizə ilə cəmiyyətə müraciət etmiş, yaranmış borcun ödənilməsi üçün vaxt istəmiş və tərəflər arasında əlavə razılaşma bağlanılmışdır. Daha sonra Cavabdeh Əlavə Razılaşmanı imzalamadığını və Əlavə Razılaşma barədə məlumatsız olduğunu bildirsə də, onun tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC ilə bağladığı Əlavə Razılaşmanın şərtlərinə uyğun hərəkət edərək, 15.11.2017-ci il tarixində 2000 manat məbləğində, 28.11.2017-ci il tarixində 617 manat, 28.12.2017-ci il tarixində 617 manat, 031.01.2018-ci il tarixində 617 manat, 06.03.2018-ci il tarixində 617 manat, 30.03.2018-ci il tarixində 617 manat,16.05.2018-ci il tarixində 617 manat məbləğində ödənişlər etmişdir. Odur ki, məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülki iş üzrə təqdim edilmiş “15.11.2017-ci il tarixli 13178 saylı, 28.12.2010-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında Əlavə Razılaşma”nı imzalamadığını həmin razılaşma barədə məhkəmə prosesi zamanı xəbərdar olduğuna istinad etsə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının bu dəlili qeyri-səmimidir və həqiqəti əks etdirmir. Belə ki, mülki iş üzrə təqdim edilmiş sübutlarla qarşılıqlı iddia üzrə iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı dəlili təkzib edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verərək qeyd edir ki, hazırkı qarşılıqlı iddiaya iddia müddəti tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının "xxxx" ASC-yə qarşı tərəflər arasında bağlanılmış 15.11.2017-ci il tarixli Əlavə Razılaşmanın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsi təşkil edir, bu səbəblə də hazırkı qarşılıqlı iddiaya Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətlər tətbiq edilə bilməz. Digər tərəfdən Mülki Məcəllənin 354.1ci maddəsində nəzərdə tutulmuş müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət olmadığından, qarşılıqlı iddia üzrə iddiaçının "xxxx" ASC-yə qarşı tərəflər arasında bağlanılmış 15.11.2017-ci il tarixli Əlavə Razılaşmanın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiaya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət də tətbiq edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. Tərəflər arasında Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A saylı məhəllə, bina 2, 2-ci blok, 67 (yeni 116) saylı mənzilin alqı-satqısına dair bağlanmış 28.12.2010-cu il tarixli, 13178 saylı müqavilə və 15.11.2017-ci il tarixli 13178 saylı 28.12.2010-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinə əlavə və dəyişikliklərin edilməsin haqqında Əlavə razılaşma ləğv edilsin. Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944A saylı məhəllə, bina 2, 2-ci blok, 67 (yeni 116) saylı mənzil boşaldılaraq "xxxx" ASC-yə təhvil verilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulsun. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə Cavabdeh, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı tərəflər arasında 15.11.2017-ci il tarixdə bağlanmış əlavə razılaşma müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar