Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3161/2025 12.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçılar İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və X17 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X4 Anar Mirəli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X14 Bakı şəhəri, Xətai rayonu, Babək pr-ti 72 saylı evin 82 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, X9 ilə Seydaliyeva Nərgiz iqlas qızı 04.11.1 976-cı ildə nikaha daxil olmuşlar, nikahdan sonra arvada Aslanova soyadı verilmişdir. Bu nikahdan onlarin 3 uşaqları anadan olmuşdur. Nərimanov rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 262028 saylı orderinə əsasən X5 Bakı şəhəri, Xətai rayonu, Babək pr-ti 72 evin 82 saylı mənzili verilmişdir. Orderdə özündən başqa arvadı və üç uşağının adı qeyd edilmişdir. Cavabdeh1 ilə İddiaçı2 nikahları 05 iyun 2004-cü ildə Xətai rayon WADQ şöbəsində bağlanmış, birgə nikahlarından xx xxxx 2005-ci ildə X25 anadan olmuşdur. Xətai rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-1051/2007 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı2 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülməbarcdə iddiası təmin olunmuşdur. Xətai rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-1051/2007 saylı qətnaməsində əksini tapmış Xətai rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-1051/2007 saylı qərardadına əsasən xx.xx.2007-ci il tarixli qətnamə icra edilmiş, mübahisə həll edilmiş, mərzilin üzərində hər hansı bir əməliyyatın aparılması ilə bağlı qadağa ləğv edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Babək pr-ti 72 saylı evin 82 saylı mənzili 28 iyul 2007-ci idə İddiaçı2 adına özəlləşdirilmişdir. Xətai rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-2272/2007 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh X5 qarş mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi barədə iddiası təmin olunaraq Bakı şəhəri, Xətai rayonu, Babək pr-ti 72 saylı evin 82 saylı mənzilinin 28 iyul 2007-cı özəlləşdirilməsi və onun əsasında cavabdeh X6 adına xüsusi mülkiyyət hüququ üzrə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestrində 493 №-i reyestr kitabının 45546 nömrəli vərəqində (qeydiyyat nömrəsi 1********) ******* nömrəli 31 ,07.2007-ci ildə verilmiş çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Daha sonra Xətai rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-1776/2007 saylı qətrıaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh X12 qarşı nikahın pozulmasına dair iddiası təmin olunaraq 525 sayda 05 iyun2004-cü ildə Xətai rayon WADQ şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. Nikahın pozulması xx.xx.2009-cu ildə Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsində qeydə alınmış və müvafiq şəhadətnamə verilmişdir. Xətai rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(011)-3 19/2010 saylı qətnaməsi ilə idiaçı Cavabdeh1 cavabdeh X18 qarşı birgə nikahlarından anadan olmuş X1 üçün sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin edilməsi qət edilmişdir. X11 xx.xx.2021-ci ildə vəfat etmiş, lakin mənzilin özəlləşdirilməsi etibarsız sayıldıqdan sonra mənzil konkret kiminsə mülkiyyəti kimi qeydiyyata alınmamışdır. Buna görə də orderdə adı və mənzildə qeydiyyatda olan şəxslər kimi hazırki iddia ilə müraciət edirlər. Cavabdeh1 ilə X25 2007-ci ildə mübahisəli mənzilə qeydiyyata düşsələr də, faktiki olaraq boşanandan sonra mənzildə yaşamamışlar. Cavabdeh1 boşanandan sonra digər şəxslə aıiə həyatı qurmuş və bu nikahlarından da uşaqları vardır. Digər məlumata görə Cavabdeh1 Azərbaycan Respublikasından kənarda, başqa dövlətdə yaşayırlar. Keçən 17 il ərzində cavabdehlərin qeydiyatı olduğu və istifadə hüquqları olan mənızilndə yaşamamaları işin mübahisəsiz halıdır və bu hal keçən müddət onların digər ünvanda müvəqqəti deyil, daimi yaşamaları anlamına gəlməyə kifayət edir. Cavabdehlərin iddiaçıların mənzildə formal qeydiyyatda qalmaları onların hüquqlarını pozur, onlara görə əlavə kommunal və s. xərclər ödəmək məcburiyyətində qalırlar. Ona görə də, xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş mənzil qanunvericiliyinə əsasən mənzildə yaşamayan şəxsin istifadə hüququnun itirilmiş hesab edilməli olması təsbit edildiyindən 2007-ci ildən mənzilidə yaşamayan və qeydiyyatları formal xarakter daşıyan cavabdehlərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsi yolu ilə bizim hüquqlarımız bərpa olunmalıdır. Mənzilin statusunun hazırkı vəziyyətində konkret kiminsə adına özəlləşdirmə məsələsi gündəmdə durur. Cavabdehlərin formal qeydiyyatda olmaqla uzun müddət yaşamamları iddiaçıların bu hüquqlarının bir başa həyata keçirilməsinə də maneədir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov rayon XDS İK tərəfindən verilmiş 262028 saylı Orderdən görünür ki, xx.xx.1988-ci il tarixdə X5 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən, 4 otaqdan ibarət ümumi sahəsi 63,32 kv/m olan mənzilə dair order verilmişdir. Onun ailə tərkibi özü, arvadı X10, uşaqları İddiaçı2, İddiaçı3, İddiaçı4 ibarətdir. İş materiallarında olan Nikahın bağlanması haqqında Şəhadətnamədən görünür ki, X11 və X10 xx.xx.1976-cı il tarixdə nikaha daxil olmuşlar, nikahda daxil olduqdan sonra arvada “Aslanova” soyadı verilmişdir. İş materiallarında olan Ölüm haqqında Şəhadətnamədən görünür ki, X11 xx.xx.2021ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, İddiaçı2 və Cavabdeh1 arasındakı nikah xx.xx.2002-ci il tarixdə pozulmuşdur. İş materiallarından görünür ki, Xətai rayon Məhkəməsinin 2-1776/07 saylı xx.xx.2007-ci il tarixli Qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı2 arasında xx.xx.2004-cü il tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində 525 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarından görünür ki, Xətai rayon Məhkəməsinin 2-3193/10 saylı xx.xx.2010-cu il tarixli Qətnaməsi ilə X2 üçün İddiaçı2 75 manat məbləğində alimnetin alınaraq Cavabdeh1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2-2272/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Xətai rayon, Babək prospekti, ev 72, 82 saylı mənzilin xx.xx.2007-ci ildə özəlləşdirilməsi və onun əsasında cavabdeh X7 adına xüsusi mülkiyət hüququ üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrində 493 №-li reyestr kitabının 45546 nömrəli vərəqində (qeydiyyat nömrəsi 1********) ******* nömrəli xx.xx.2007-ci ildə verilmiş çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamədən görünür ki, Xətai rayon Məhkəməsinin 2-1051 saylı 16 may 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı2 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə iddiası təmin edilmişdir. İş materiallarında olan 29 saylı MKİS tərəfindən verilmiş Arayışdan görünür ki, Cavabdeh1 və X8 prospekti, ev 72, 82 saylı mənzildə yaşamırlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, beş nəfər Akt imzalamaqla Xətai rayonu, Babək prospekti, ev 72, 82 saylı mənzildə qeydiyyatda olan Cavabdeh1 və X19 2006-2007-ci illərdən həmin mənzildə faktiki olaraq yaşamadıqlarını və onların həmin mənzilə gəlib-getmələrini görmədiklərini bildirmişlər. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə məlumatdan görünür ki, İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X5 xx.xx.1988ci il tarixdə mübahisəli Bakı şəhəri, Xətai rayonu, Babək pr-ti 72 saylı evin 82 saylı mənzilə dair order verilmişdir, orderdə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 adları qeyd edilmişdir, mənzil xx.xx.2007-ci il tarixdə X7 adına özəlləşdirilsə də, məhkəmə qətnaməsi ilə onun adına verilmiş çıxarış etibarsız hesab edilmişdir, hazırda mənzil xüsusi mülkiyyətdə deyil, cavabdeh mübahisəli mənzilə 2004-cü ildə gəlin köçmüş, orada icarədarla birgə təsərrüfat aparmaqla onun digər ailə üzvü kimi orada yaşamış və onunla icarədarın oğlu İddiaçı2 arasında olan rəsmi nikah xx.xx.2007-ci il tarixdə pozulmuş, birgə nikahdan olan uşağın anasının yanında qalması müəyyən edilmişdir, 2007-ci il tarixli məhkəmə qətnaməsi əsasında cavabdehlərin istifadə hüququ tanınıb mənzilə köçürülsə də, həmin tarixdən mənzildə yaşamır və ondan istifadə etmirlər. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir, iddiaçılar onun orderdə adları qeyd edilmiş ailə üzvləridir. Bununla belə, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar, həmçinin iddiaçılar tərəfindən cavabdehlərin mənzildən istifadəsinə mane yaradılması halları məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, qeyd edir ki, MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasındakı mənzilə dair hüquq münasibəti cavabdehin mübahisəli mənzilə gəlin köçməklə daimi əsaslarla yaşadığı 2004-cü ildən yaranmışdır ki, bu da onlar arasındakı mübahisənin həmin dövrdə qüvvədə olan maddi hüquq normaları, yəni 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməklə həll olunmasını şərtləndirir. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları məhkəmə qətnaməsi ilə tanınmasına baxmayaraq, onlar uzun müddət ərzində (nikahın pozulduğu 2007-ci ildən) mübahisəli mənzildən istifadə etmədiklərindən və orada yaşamadıqlarından, bununla bağlı hər hansı tələb (inzibati və ya məhkəmə qaydasında) irəli sürmədiklərindən, həmçinin mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, iddiaçılar ona qarşı hazırkı tələblə iddia qaldırmaqda haqlı olmuşdur. Ona görə də iddia tələbi təmin olunmalıdır. 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il, xx.xx.2014-cü il və xx.xx.2018-ci il Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, ...Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il Qərarı). Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə xx.xx.2015-ci tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. Mülkiyyət anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və X14 Bakı şəhəri, Xətai rayonu, Babək pr-ti 72 saylı evin 82 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə (dövlət rüsumu) münasibətdə isə hesab edir ki, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu da onların özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və X14 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 72, 82 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3161/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3161/2025
12.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver