Məhkəmə qərarları › İş №2(011)-3178/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3178/2025

21.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3178/2025 21.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi(vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçının Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı Cavabdeh 2022-ci ilin noyabr ayından tanıyır. İddiaçı Cavabdeh inanmış və ondan müntəzəm şəkildə siqaret almağa başlamışdır. Tərəflər arasında olan münasibətlər əvvəllər normal olmuş, cavabdeh söz verdiyi siqaretləri vaxtında çatdırmışdır. Lakin, sonradan Cavabdeh iddiaçı tərəfindən siqaretin alınması üçün ödənilmiş 8500 manat məbləğində pulu almasına baxmayaraq siqaretləri iddiaçıya çatdırmamışdır. Nəticədə İddiaçı 8500 manat məbləğində maddi ziyan dəymişdir.

2. İddiaçı ona dəymiş ziyanla bağlı polisə müraciət etmiş, Cavabdeh Xəzər Rayon Polis İdarəsində iddiaçıya 5500 manat borcu olduğunu etiraf etmişdir. Lakin, sonradan iddiaçı ilə görüşündə cavabdeh 8500 manat məbləğində borcu olduğunu etiraf etmişdir. İndiyə kimi cavabdeh vurduğu ziyandan cəmi 300 manat məbləğində pul vəsaiti qaytarmışdır.

İddiaçının tələbi:

3. Cavabdeh 8200 manatın və iddiaçıya dəyən mənəvi ziyanın cavabdehin real imkanlarını nəzərə alaraq vurduğu mənəvi ziyan 15000 manatın, ümumilikdə 23200 manatın alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh 2700 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdeh xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, iddiannı qismən qəbul etdiyini, İddiaçı 8200 manat məbləğində borcu olduğunu etiraf etmişdir.

6. Cavabdeh xx.xx.2025-ci il tarixində məhkəməyə etirazla müraciət edərək, onun iddiaçıya borclu olduğu 5500 manat məbləğində borcun iddiaçı məhkəməyə müraciət etdikdən sonra ödədiyini və iddiaçıya borcunun olmadığını bildirmişdir. Məhkəmədən iddianın qalan hissədə rədd edilməsini xahiş etmişdir.

Tərəflərin izahatı:

7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi(vəkili) Nümayəndə öz izahatında bildirmişdir ki, işlə bağlı bütün sübutları məhkəməyə təqdim etmişdir. Qeyd etmişdir ki, iddiaçı Cavabdeh 2022-ci ilin noyabr ayından tanıyır. İddiaçı Cavabdeh inanmış və ondan müntəzəm şəkildə siqaret almağa başlamışdır. Tərəflər arasında olan münasibətlər əvvəllər normal olmuş, cavabdeh söz verdiyi siqaretləri vaxtında çatdırmışdır. Lakin, sonradan Cavabdeh iddiaçı tərəfindən siqaretin alınması üçün ödənilmiş 8500 manat məbləğində pulu almasına baxmayaraq siqaretləri iddiaçıya çatdırmamışdır. Nəticədə İddiaçı 8500 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı ona dəymiş ziyanla bağlı polisə müraciət etmiş, Cavabdeh Xəzər Rayon Polis İdarəsində iddiaçıya 5500 manat borcu olduğunu etiraf etmişdir. Lakin, sonradan iddiaçı ilə görüşündə cavabdeh 8500 manat məbləğində borcu olduğunu etiraf etmişdir. İndiyə kimi cavabdeh vurduğu ziyandan cəmi 300 manat məbləğində pul vəsaiti qaytarmışdır. O, iddia ərizəsini müdafiə etmiş, işin uzadılmadan iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, bütün bank çıxarışları maddi sübut olaraq iş materiallarına əlavə etmişdir. İddiaçıya borclu olduğu 5500 manat məbləğində borcun iddiaçı məhkəməyə müraciət etdikdən sonra ödədiyini və iddiaçıya borcunun olmadığını bildirmişdir. O, adı keçən səs yazılarının sübut qismində dəyərləndirilməməsini və məhkəmədən iddianın qalan hissədə rədd edilməsini xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

9. xx.xx.2025-ci il tarixli İltizama əsasən, Əliyev X1 Əyyam Hüsü oğluna xx.xx.2025-ci il tarixinə ümumilikdə 8200 manat məbləğində borcunun olduğunu etiraf etmişdir.

10. Cavabdeh Xəzər RPİ-nin 2 saylı Polis Şöbəsində verdiyi izahata əsasən, Cavabdeh aralarında olan alverdən ümumilikdə 5500 manat məbləğində borcu qalmışdır.

11. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən ümumi borcdan 5000 manat məbləğində pulun qaytarıldığını bildirmişdir.

12. Digər sənədlər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

Məhkəmənin mövqeyi:

16. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahlarını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

17. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

18. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında şifahi alınan əşyaların qabaqcadan ödənilməsi müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. (MM.599) Qeyd edilənlər məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş “Whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalarda, məhkəmə iclasında verilmiş izahlarla da öz təsdiqini tapır.

19. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında şifahi razılaşma əsasında iddiaçıdan pulu aldıqdan sonra mal(lar)ı (siqaretləri) təhvil verməli idi. Cavabdeh isə tərəflər arasındakı şifahi razılaşma əsasında pul almasına dair hüququndan istifadə etmiş, lakin həmin pulun müqabilində verməli olduğu mallara dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icra edilməməsi ilə əlaqədəar pulunu geri tələb etməkdə haqlıdır. (MM m.599.3)

20. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2700 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İddiaçı iddia ərizəsində iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

23. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 2700 (iki min yeddi yüz) manat pul məbləği tutularaq İddiaçı ödənilsin.

3. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid esilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar