Məhkəmə qərarları › İş №2(011)-3198/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3198/2022

20.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3198/2022 20.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “maddi və mənəvi zərər” tələbi barədə işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “maddi və mənəvi zərər” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili X2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdirlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri götürməsinə dair ərizə ilə məhkəməyə müraciət etdiyindən, mövcud idda ərizəsi əsasında mülki işin mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin edilməsinə zərurət və əsas yoxdur. Odur ki, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “maddi və mənəvi zərər” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar