Məhkəmə qərarları › İş №2(011)-320/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-320/2025

15.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-320/2025 15.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 44 ünvanında yerləşən 53 saylı mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh İddiaçı övladıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş “Yaşayış yer üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan da göründüyü kimi, Cavabdeh İddiaçı məxsus sözügedən mənzildə pasport qeydiyyatındadır. Lakin cavabdeh artıq 20 ildir ki, Azərbaycan Respublikasım tərk etmiş, Rusiya Federasiyasına getmiş, orada məskunlaşmış, özü üçü şərait qurmuşdur. Bu da onun təsdiqidir ki, cavabdeh uzun müddətdir ki, sözügedən mənzildə yaşamır, ondan istifadə etmir. Sənədləşmə işləri apararkən iddiaçıya məlum olmuşdur ki, həmin mənzilin özəlləşdirməsi, ona dair hüquqmüəyyənedici sənəd-çıxarışın alınması üçün cavabdehin razılığı gərəklidir. Fəqət cavabdehin artıq 20 ildir ki, həmin mənzildə yaşamaması, Rusiya Federasiyasında özünə yaşayış üçün şərait qurması səbəbindən bu hərəkətlərin icrası mümkün olmamışdır. Ona görə də belə olan təqdirdə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 44 ünvanında yerləşən 53 saylı mənzildən məhkəmə qaydasında pasport qeydiyyatından çıxarılması, istifadə hüququnun itirilmiş hesab olunmasına zərurət yaranmışdır. Cavabdehin formal olaraq həmin mənzildə qeydiyyatda olması bir mülkiyyətçi kimi İddiaçı mülkiyyət hüquqlarını pozur və onun yerinə əlavə kommunal xərcləri ödəməsinə səbəb olur. Bundan başqa iddiaçı cavabdehin uzun illərdir ki, ölkə xaricində yaşaması və sözügedən mənzildən təyinatına uyğun istifadə etməməsi onun sözügedən mənzilə dair istifadə hüququnun itirilmiş hesab olunmasını qanunamüvafiq hesab etmişdir. İddiaçı göstərilənlərə əsasən, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 44 ünvanında yerləşən 53 saylı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, müvafiq qeyd aparılaraq, bildirişlər məhkəməyə geri qaytarılmış, məhkəmə bildirişləri Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 07 aprel 2004cü il tarixli Sərəncamdan çıxarışdan görünür ki, Gəncə prospektindəki 44 №-li evin, yaşayış sahəsi 47,31 kv.m olan 3 otaqlı 53 №-li mənzilin kirayəçisi Y.H.Baybəyov olmuşdur. O, vəfatı ilə əlaqədar xx.xx.2004-cü il tarixdən qeyd olunan mənzildən pasport qeydiyyatında çıxmışdır. Onun arvadı L.P.Baybəyova ərizə ilə Xətai Rayon İH-nə müraciət edərək, yaşadığı mənzilin kirayə müqaviləsinin onunla bağlanmasını xahiş etmiş və həmin mənzilin kirayə müqaviləsi Baybəyova Lidiya petrovna ilə bağlanmış və mənzilin şəxsi maliyyə hesabında dəyişiklik edilərək, ailə tərkibi 3 nəfər olmaqla L.P.Baybəyova mənzilin kirayəçisi hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 44 (Yeni qaydalarla: AZ 1121, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, giriş 170, M4, m2) ünvanında istifadədə olan ümumi sahəsi 72.81 kv.m olan 53 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 19 noyabr 2024-cü il tarixdə ********** qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli 3-38-33/2-4528/24 №li məktubdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh Yəhyaveçin sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında çıxışı 03 may 2004-cü il tarixdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 24 iyul 2024-cü il tarixli, ******* №-li arayışından görünür ki ünvan 2ənzildə Cavabdeh qeydiyyatdadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, o, iddiaçının qonşusudur, 50 ildir bir yerdə yaşayırlar. Cavabdeh əsgərlikdən gəldikdən sonra çıxıb getmişdir. 20 ilə yaxındır ki, cavabdehi görməmiş, niyə qayıtmadığını bilməmişdir. 20 il olar ki, cavabdehin atası rəhmətə getmişdir. ünvan 2ənzildə iddiaçı, onun qızı və nəvələri yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, iddiaçı ilə 26 ildir ki, qonşudurlar. Lidiyanın oğlu orada yaşamır, nə vaxt gördüyünü xatırlamır. Həmin mənzildə Lidiya, qızı və qızının uşaqları yaşayır. Bir dəfə iddiaçı oğlunun yanına getmişdir. O, cavabdehin niyə qayıtmadığını bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. hkəmə hesab edir ki, hazırki mübahisə üzrə Cavabdeh 2000-ci ilədək qeydiyyata alındığı üçün mübahisənin həlli əvvəlki 1964-cü ildən 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin, habelə 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Eyni zamanda 123-cü maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Əksinə həmin məcəllənin 60-cı maddəsi müəyyən edir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanmasının şərtlərini müəyyən edən 60-cı maddəsi isə müəyyən edir ki, İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddət saxlanıldığı hallar da müəyyən edilmişdir. Belə ki, İcarədar və ya onun ailə üzvləri 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələri, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i.a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə; 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə; 7) həbs olunduqda; habelə 10) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə onların yaşayış sahəsi daha uzun müddət saxlanılır. Əvvəlki 1964-cü ildən 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin 17ci maddəsi müəyyən edirdi ki, vətəndaşın daimi və ya daha çox yaşadığı yer, onun yaşayış yeri hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçıya məxsus olan mənzildə Cavabdeh 2004-cü ilə qədər qeydiyyata alınmaqla yaşasa da, 03 may 2004-cü ildən həmin mənzildən köçərək dövlət sərhədini tərk etmiş və bir daha qayıtmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh artıq uzun müddətdir ki, iddiaçıya məxsus olan mənzildən köçdüyünə, uzun müddətdir ki, başqa ölkədə yaşadığına görə onun mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən Cavabdeh ünvan 2ənzil ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 2ənzildə yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar