Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3224/2021 30.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı cavabdehdən subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə 1850 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-ZE-*** dövlət qeydiyyat nişanlı “Vaz 21725” markalı avtonəqliyyat vasitəsi 09.04.2018-ci il tarixdən 09.04.2019-cu il tarixədək “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” növü üzrə sığortalanmışdır. 01.08.2018-ci il tarixində Cavabdeh idarə etdiyi **-ZF- *** dövlət qeydiyyat nişanlı “Vaz 21725” markalı avtonəqliyyat vasitəsi ilə **-DN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” C220 markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi barədə DYP əməkdaşı tərəfindən AP ******* nömrəli İnzibati Xəta haqqında protokol tərtib olunmuşdur. “xxxx” ASC tərəfindən tərtib olunmuş 08.08.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən **-DN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” C220 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1850 manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin 05.09.2018-ci il tarixli sığorta aktlarına əsasən “xxxx” ASC tərəfindən dəymiş ziyana görə 1850 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və zərərçəkən şəxsin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. **-DN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” C220 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün “xxxx” ASC tərəfindən zərərçəkənlərə ödənilmiş 1850 manat məbləğində vəsaitin subroqasiya qaydasında Cavabdeh tutulmalıdır. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmədən mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, PAZ ********** nömrəli “İcbari Sığorta Müqaviləsi”nə dair Məlumata əsasən “Vaz 21725” minik markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobil 09.04.2018-ci il tarixdən 09.04.2019-cu il tarixədək “xxxx” ASC-də sığortalanmışdır. 05.09.2018-ci il tarixli Sığorta Aktına əsasən 01.08.2018-ci il tarixdə sığortalı **-DN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” C220 minik markalı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində 1850 manat məbləğində dəymiş zərər müəyyən edilmişdir. “xxxx” ASC tərəfindən 08.08.2018-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”-a əsasən **-DN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” C220 minik markalı avtomobilə 1850 manat dəymiş zərər hesablanmış, həmin məbləğ X1 hesabına ödənilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətiin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilə halın təfərrüatları barədə Arayış”ın sürətindən görünür ki, 01.08.2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs “Vaz 21725” minik markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi, hadisə baş verdiyi anda avtomobili idarə edən Cavabdehdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21725” minik markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan, 01.08.2018-ci il tarixli AP ******* nömrəli İnzibati Xəta haqqında Protokolun surətindən müəyyən olunmuşdur ki, 01.08.2018-ci il tarixdə “Vaz 21725” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, sığortalanmış “Vaz 21725” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz” C220 markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı “xxxx” ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı “xxxx” ASC-yə keçmişdir. Hazırkı mülki işin hüquqi əsasını təşkil edən “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Həmin Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda istinad edilən qanunvericilik aktı normalarının tələblərini nəzərə alaraq əsasən məhkəmə hesab edir ki, sığorta hadisəsi Cavabdeh qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsində baş verdiyindən, “Mercedes Benz” C220 markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan iddiaçı “xxxx” ASC tərəfindən aradan qaldırıldığından “xxxx” ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə də “xxxx” ASC-nin iddiası təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərclərə görə 30 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “xxxx” ASC-nin xeyrinə sığorta ödənişinə görə 1850 (min səkkiz yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonda qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3224/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3224/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver