Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3238/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “cavabdehə öhdəliyin icrasının həvalə edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, X4 yerləşən 2 sot torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011 -ci il tarixli 1483 nömrəli sərəncamına əsasən Abşeron rayon X7 ərazisində ev tikilməsi üçün 2 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində iddiaçının ailəsinin yaşaması üçün ev inşa etmişdir. Məlumat üçün bildirir ki, həmin torpaq sahəsinin üzərində 2021-ci ilin dekabr ayında tikintisinin başa çatdığı gündən ailə ilə birlikdə evə köçərək yaşamağa başlamışlar. Həmin gündən evə elektrik xətti və su xətti çəkdirmiş və bu barədə həmin kommunal xətlərə sayğac quraşdırılmışdır. Bundan sonra iddiaçı yenidən istifadəsində olan fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi barədə cavabdehə, yəni Cavabdehnə qaz xəttinin çəkilməsi barədə xx.xx.2025-ci il tarixində ərizə ilə müraciət etmiş, lakin cavabdeh təşkilat ona 14 fevral 2025-ci ildə ərizəsinə əsasən yazdıqları 14-2- 2/2-Ş-1236-5/2025 saylı məktublarında imtina haqqında məlumat bildirmişlər. Həmin məktubda Cavabdeh Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (maddə 13. Bənd 10-1) görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə olan, lakin belə icazə alınmadan inşa edilmiş və tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan tikinti obyektlərinin qaz xətlərinin şəbəkəyə qoşulması qadağan olunmuşdur. Yuxarıda göstərilən səbəblərdən iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının istifadəsində olan yaşadığı Sabunçu rayonu X4 yerləşən fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinin təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İddia ərizəsinə əlavə etdiyi mülkiyyət haqqında çıxarışdan da görünür ki, həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Mülkiyyət isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi ilə qorunur. İddiaçının inşa etdirdiyi fərdi yaşayış evini şəhərsalma qaydalarına uyğun inşa etdirmiş və çəkiləcək kommunal xətlər tam nəzərə alınmış, heç bir mühafizə zolağına düşmür. Bundan başqa cavabdehin imtina etdiyi əsaslardan biri də sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədi ilə qaz xətti ilə təmin etmə yalmz daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilməsidir. Göründüyü kimi bu da əsassız imtinadır. Çünki həmin torpaq sahəsi zəbt olunmayıb. Cavabdehin əsaslandığı daşınmaz əmlak tərəfindən həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarış verilmişdir. Bundan başqa cavabdehin imtinasından biri də “AzəriQaz İstehsalat Birliyinin” Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarifdən qüvvəyə minmiş dəyişikliklə bağlıdır. Hesab edir ki, bu da əsassız imtinadır. Çünki iddiaçı həmin qanuna dəyişiklikdən çox qabaq həmin fərdi yaşayış evini inşa etdirərək burada yaşamışdır. Bunu sübut edən onun evinə çəkilmiş su xəttidir. İddiaçı hesab edir ki, Cavabdeh imtinası qanunsuz və əsassızdır. Cavabdeh bu hərəkəti ilə iddiaçının AR Konstitusiyasında təsbit edilmiş konstition hüquqlarımı kobud surətdə pozur. Ona görə də hesab edir ki, cavabdehin imtinası əsassızdır. Odur ki, iddia təmin edilməli, məhkəmə cavabdehin imtinasının əsassız hesab edilməsi, 2 sot torpaq sahəsində inşa etdiyim fərdi yaşayış evinin qaz xəttinin çəkilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmalıdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, onlarında yaşadıqları ünvanda işıq və su xətləri çəkilmiş, sayğac qoyulmuşdur. Yaşadıqları evin çıxarışı yoxdur, lakin torpağa dair sənədləri vardır. Məhkəmədən iddianın təmin edilərək, ünvanlarına qaz xəttinin çəkilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarından olan AR-İİ №911368 nömrəli xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X1 Əfsanə Aftandil qızına Abşeron rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 1483 nömrəli sərəncamına əsasən Abşeron rayonu, X7 ünvanında yerləşən 7.0 ha torpaq sahəsindən yalnız 0.02 ha torpaq sahəsinin icarə hüququnun üzərində sərəncam verməyi, tikinti işləri aparmağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi və digər hərəkətləri etməyi etibar edir. ƏMDK yanında DƏDRX-nın istənilən Ərazi İdarəsində nümayəndəsi olmağı, ona məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məsələlərini həll etməyi, sənədləri təqdim etməyi, adından ərizə verməyi, ərizəni imza etməyi, ona çatası çıxarış, forma-1 arayışı və digər sənədləri almağı, imza etməyi, rüsumları ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2025-ci il tarixli, 14-2-2/2-Ş-1236- 5/2025 saylı məktubdan görünür ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2023-cü il tarixindən qüvvəyə minmiş dəyişikliyə istinad edilməklə iddiaçının ünvanına qaz xəttinin quraşdırılmasından imtina edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsinə əsasən qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsinə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunun 1-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilmişdir: “10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Həmin Qanunun 2-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunu 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydalarının 1.11-ci maddəsinə görə qaz paylayıcısı bu Qaydaya uyğun olaraq sifarişçinin tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlər verir. Texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla hazırlanır. Həmin Qaydaların - 1.2-ci bəndinə əsasən texniki şərt - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02.03.09. tarixli 17 №-li əmri ilə təsdiq edilib, xx.xx.2009-cu ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları Qaz təchizatının layihələndirmə normaları”nın 8.33-cü bəndinə əsasən şəxsi mülkiyyət kimi vətəndaşlara məxsus olan mövcud yaşayış evlərində, bu normaların 8.31. və 8.32. bəndlərinin tələblərinə uyğun olan, ancaqhündürlüyü 2,2 m-dən az 2 m-ə qədər (daxil olmaqla), olan və həcmləri normativ həcmlərdən 1,25 dəfə-dən az olmamaqla artıq olan otaqlarda, qaz pilətələrinin qoyulmasına yol verilir. Bu halda ayrılmış mətbəxi olmayan evlərdə, qaz pilətəsi qoyulan otağın həcmi, bu normaların 8.31. bəndində göstərilən ölçülərdən iki dəfə böyük olmalıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaqsahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əsas hesab edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və iş üzrə üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia tələbləri əsassızdır. Buna görə də iddia tələbləri təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Abşeron rayonu, X7 ünvanında yaşamaq məqsədi ilə fərdi yaşayış evini inşa etmiş və hazırda orada yaşayır. Qeyd edilən ünvana su və elektrik xətləri çəkilmiş və sayğaclar quraşdırılmışdır. Lakin qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılması üçün Cavabdeh İB-yə müraciət etməsinə baxmayaraq, cavabdeh təşkilat bundan imtina etmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının qeyd edilən ünvana dair mülkiyyətini təsdiq edən sənədi mövcud olmamışdır. Həmin torpaq sahəsinə dair “sənəd” olaraq yalnız X5 İddiaçı səlahiyyətlərin ötürülməsi barədə xx.xx.2023-cü il tarixli AR-İİ № 911368 nömrəli etibarnamə iş materiallarına əlavə edilmişdir. Həmin etibarnamədən görünür ki, X2 rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 1483 nömrəli sərəncamına əsasən Abşeron rayonu, X7 ünvanında yerləşən 7.0 ha torpaq sahəsindən yalnız 0.02 ha torpaq sahəsinin icarə hüququnun üzərində sərəncam verməyi, tikinti işləri aparmağı, ƏMDK yanında DƏDRX-nın istənilən Ərazi İdarəsində nümayəndəsi olmağı, ona məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məsələlərini həll etməyi, sənədləri təqdim etməyi, adından ərizə verməyi, ərizəni imza etməyi, ona çatası çıxarış, forma-1 arayışı və digər sənədləri almağı, imza etməyi, rüsumları ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. Hazırda iddiaçı cavabdehin imtina etməsinin əsassız hesab edilməsini və ünvanında yerləşən fərdi yaşayış evinə qaz xəttinin quraşdırılması öhdəliyinin cavabdehə həavlə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı mübahisə ilə bağlı ilk olaraq onu bildirir ki, iddiaçının hazırda ünvanına qaz xəttinin quraşdırılmasını tələb etdiyi fərdi yaşayış evinin inşası üçün müvafiq icazələr tələb edildiyi halda onlar alınmamışdır. Həmçinin qeyd edilən torpaq sahəsi də iddiaçının xüsusi mülkiyyətində deyildir. Ona görə də cavabdeh təşkilat tərəfindən qaz xətlərinin çəkilməsi və sayğacın quraşdırılmasında imtina etməsi əsaslı olmuşdur. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunun 1-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilmişdir: “10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Həmin Qanunun 2-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunu 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir. Göründüyü kimi iddiaçı artıq evi inşa edib bitirdikdən sonra cavabdeh təşkilata müraciət etmiş və o, müraciət edən vaxt qanun qeyd edilən müddəası qüvvədə olmuşdur. Məhkəmə “fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” məsələsinə münasibətdə qeyd edir ki, “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydalarına əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlər verilməlidir. Yuxarıda sadalanmış normalardan görünür ki, iddiaçının qazla təchiz edilməsini tələb etdiyi obyektin qazlaşdırılması bununla bağlı cavabdeh təşkilat tərəfindən texniki şərtlərin verilməsi yolu ilə mümkündür. Yəni ki, ünvana qaz sayğacının quraşdırılması və qaz xətlərinin çəkilməsi üçün cavabdeh təşkilat tərəfindən qeyd edilən ünvana dair texniki şərtlər verilməlidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə hesab edir ki, hazırda hüquqi aktın geriyə qüvvəsi ona görə iddiaçıya şamil edilməməlidir ki, iddiaçı fərdi yaşayış evinə dair müvafiq icazələr alma və ya evi özünün xüsusi mülkiyyətində keçirmə imkanından məhrum edilməmişdir. Yəni ki, mübahisə bir növ iddiaçının hərəkətsizliyinə görə yaranmışdır. Məhkəmə həmçinin onu qeyd edir ki, hazırkı qətnamə iddiaçının hüquqlarını məhdudlaşdıran akt kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçının fərdi yaşayış evini xüsusi mülkiyyətinə keçirdikdən sonra cavabdeh onun müraciətindən imtina etdiyi təqdirdə iddiaçı yenidən iddia qaldıra bilər. Hazırkı məhkəmə araşdırmasının predmeti iddiaçının müvafiq icazələr almadan qanunsuz olaraq inşa etdiyi fərdi yaşayış evinə qaz xəttinin quraşdırılması ilə bağlı olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh İB-yə qarşı “cavabdehə öhdəliyin icrasının həvalə edilməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-3238/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3238/2025
15.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver