Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3274/2022 18.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5689,62 manat məbləğində verilmiş sığorta ödənişinin, 76,90 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.T.Məlikov iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ilə sığortalı "xxxx" MMC arasında bağlanmış 30 iyun 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən, “Skoda Kodiaq” markalı 99PH749 dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır, sığorta müddətində - 30 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində baş vermiş nəqliyyat hadisəsi nəticəsində cavabdehin idarə etdiyi “Mercedes Benz E220 CDİ” markalı 99VT414 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir, həmin avtomobilin zədələnməsi ilə əlaqədar sığortalıya 10689,62 manat sığorta ödənişi olunmuşdur, qəbul edilmiş qərara əsasən Cavabdeh hadisədə təqsirli bilinmişdir, Cavabdeh mülki məsuliyyəti "xxxx" ASC tərəfindən sığortalanmışdır, bu səbəbdən "xxxx"xxxx"xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir, beləliklə cavabdehə qarşı subroqasiya tələbi 5689,62 manat təşkil edir. Sonda R.T.Məlikov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi R.T.Məlikov ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AS 341/20 saylı Nəqliyyat vasitələrinin Sığorta şəhadətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC-yə məxsus “Skoda” markalı 99PH749 dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 66500 manat dəyərində sığorta olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********** saylı İcra edilmiş xidmətlərə dair Akt-dan görünür ki, Kodiaq modelli 99PH749 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər icra edilmiş işlər və quraşdırılmış ehtiyat hissələr olmaqla, ƏDV-li, cəmi 10215,04 manatdır. İş materiallarında olan A-011/21 saylı sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Xətai rayonunda baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı avtomobil hərəkətdə olarkən sağdan gələn Mercedes-Benz markalı 99VT414 dövlət qeydiyyat nişalı avtomobil tərəfindən ziyan vurulmuşdur, dəymiş zərərə 10215,04 AZN-dir, sığorta ödənişi 10215,04 AZN-dir, həmin məbləğ köçürmə yolu iə "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan 322591 saylı xx.xx.2020-ci il tarixi Elektron Qaimədən görünür ki, yekun məbləğ 10215,04 manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 001İNT********** saylı Qəbzdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC vasitəsilə "xxxx" MMC-yə 10215,04 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli A-141/21 saylı sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Xətai rayonunda baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı avtomobil hərəkətdə olarkən sağdan gələn Mercedes-Benz markalı 99VT414 dövlət qeydiyyat nişalı avtomobil tərəfindən ziyan vurulmuşdur, dəymiş zərər xx.xx.2021-ci il tarixli Qüsur aktına əsasən 474,58 manatdır, sığorta ödənişi 474,58 AZN-dir, həmin məbləğ köçürmə yolu iə "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, arxa sağ təhlükəsizlik kəmərinin dəyişdirilməsi, “Three-poin” olmaqla cəmi işlər üzrə yekun məbləğ 474,58 manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 001İNT********** saylı Qəbzdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC vasitəsilə "xxxx"xxxx"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-yə müraciət edilərək, ondan ödənilmiş sığorta ödənişinin 5000 manat məbləğinin ödənilməsi xahiş edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx"xxxx"xxxx" Açıq Səhmdar Cəmiyyətinə 5000 manat ödəniş olunmuşdur. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında T9 ******* saylı Qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə saat 20:00-da AR İXMnin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş, Cavabdeh 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışdan görünür ki, 2020-09-30 tarixdə saat 20:00-da Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir, yol nəqliyyat hadisəsinin növü toqquşmadır, hadisənin baş verməsində təqsiri olan şəxsin idarə etdiyi avtonəqliyyat vasitəsi “Mercedes Benz E220 CDİ” markalı 99VT414 dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi X3, hadisə zamanı sürücüsü Cavabdeh olmuşdur, sürücü avtonəqliyyat vasitəsini etibarnamə ilə idarə etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* AKT-dan görünür ki, Cavabdeh ayıqdır, alkoqol şərxoşluğu vəziyyəti yoxdur. İş materiallarında olan ƏN-V seriyalı 260554 №-li Nəqliyyat vasitəsini istifadə etmə haqqında Etibarnamədən görünür ki, X1 Elşən Fərhad oğluna “Mercedes Benz E220 CDİ” markalı 99VT414 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.20206-cı il tarixədək idarə etmək səlahiyyəti vermişdir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən “Skoda” markalı 99PH749 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması barədə xx.xx.2020ci il tarixli məktub göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh "xxxx" ASC-yə olan 5689,62 manat zərər məbləğini 7 təqvim günü ərzində ödəməsi əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz E220 CDİ” markalı 99VT414 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xəta (327.1-ci maddələri) nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Skoda Kodiaq” markalı 99PH749 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə zərərçəkmiş "xxxx" MMC-yə iddiaçı tərəfindən 10689,62 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir, həmin vəsaitdən 5000 manat həddində pul məbləği cavabdehin mülki məsuliyyətini sığortalamış "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmiş, qalıq 5689,62 manat məbləğ cavabdeh tərəfindən geri ödənilməmiş, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən, sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh sığorta ödənişinin əvəzi kimi 5689,62 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 76,90 manat, habelə 0,40 manat bank xidmət haqqı ondan tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh sığorta ödənişi məbləğinin əvəzi olaraq 5689 (beş min altı yüz səksən doqquz) manat 62 (altmış iki) qəpik, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi qismində 77 (yetmiş yeddi) manat 30 (otuz) qəpik alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3274/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-3274/2022
18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver