Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3305/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xalıq Firqət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən maddi ziyana görə 19000 manat, mənəvi ziyana görə 80000 manat, dövlət rüsumunun ödənilməsinə görə 387 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə İsmayıllı rayonu Quşencə kəndində yerləşən fərdi yaşayış evlərində partlayış hadisəsi baş vermişdir, partlayış nəticəsində üzün, boynun, sağ qolun, sol saidi, döş qəfəsinin ön səthinin, hər iki budun və baldırın İİ. İİİ dərəcəli termiki yanığı, sol bud sümüyünün yerdəyişən sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, həyat yoldaşı X1 üzünün sağ yarısının, boynunun, hər iki əlinin arxa səthlərinin 1 dərəcəli termiki yanığı, sol bud sümüyünün travmatik çıxığı, sağ ayaq-daraq sümüklərinin açıq sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid, oğlu X3 başın, üzün, sol əlin, qarnın, sol budun, hər iki topuq nahiyəsinin yanıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər almışlar və mülkiyyətlərində olan fərdi yaşayış evi qaz partlayışı nəticəsində məhv olaraq ümumilikdə mülkiyyətlərinə 23814 manat məbləğində ziyan dəymişdir, baş vermiş partlayış nəticəsində sağlamlığını uzun müddətə itirmişdir, sağlamlığının tam bərpa olunması mümkün deyildir, müayinə, müalicə xərcləri özü tərəfindən ödənilmişdir, xəstəxanada stasionar müayinə və müalicəsinə 16000 manat, ümumilikdə müalicə xərclərinə 19000 maııal məbləğində vəsait sərf olunmuşdur, partlayış nəticəsində sağlamlığına ağır ziyan dəyməsi ilə yanaşı ailə üzvlərinində ağır xəsarət almaları ilə əlaqədar onları itirmək qorxusu ilə bağlı ağır sarsıntı, iztirab keçirmiş, uzun müddət xəstəxanalarda stasionar və ambulator müalicə olunmuşdur, baş vermiş hadisə ilə əlaqədar İsmayıllı rayon prokurorluğu tərəfindən cinayət işi başlanılmış və hadisənin cavabdehin işçilərinin təqsirli hərəkətləri səbəbindən baş verməsi istintaq zamanı tam sübuta yetirilmiş. "Azəriqaz” İBniıı Ağsu RQİİ-nin rəisi X4 AR CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilərək barəsində cinayət işi başlanılmış və baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilmişdir, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(037)-3/2021 saylı hökmü ilə X4 Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(037)- 3/2021 saylı hökmündən narazı qaldığı üçün apelyasiya şikayəti vermiş, eyni zamanda Namiq Məmmədov tərəfindən apellasiya protesti verilmişdir, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(037)-3/2021 saylı hökmü ləğv edilmiş, X4 AR CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, Şəki Apellyasiya Məhkəməsində məhkəmə icraatı zamanı cavabdeh tərəfindən mülkiyyətinə dəymiş ziyan olan 23814 manat məbləğində pul ödənilmiş, ona dəymiş maddi xəstəxana xərcləri və s.) və mənəvi ziyan ödənilməmişdir, maddi və mənəvi ziyanın ödənilməsini təmin etmək üçün cavabdehlə danışıqlar aparsa da, rəhbər vəzifəli şəxslərin qəbulunda olsa da onlar dəymiş maddi və mənəvi ziyanı ödəməmişlər, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, cavabdeh şirkət tərəfindən onlara hissə-hissə olmaqla 6000 manat pul ödənilmişdir. Sonda İddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil İddiaçı izahatına uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassiz olaraq şişirdilmişdir, partlayış nəticəsində iddiaçının evinə və əşyalarına vurulmuş maddi ziyana görə 24000 manata yaxın pul ödənilmişdir, həmçinin dəymiş ziyanla bağlı iddiaçı tərəfin yoldaşına 6000 manat pul da ödənilmişdir, belə məsələlərdə, baş vermiş hadisələrlə bağlı Cavabdeh İB olduqca humanist münasibət göstərir, belə ki, iddiaçının oğlu işlə təmin olunmuşdur, onlara hər cür yardım göstərilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(037)-3/2021 saylı Hökmü ilə işin müəyyən olunmuş hallarından görünür ki, Namiq Məmmədov 27 sentyabr 2017-ci il tarixdən 08 sentyabr 2020-ci il tarixə kimi Azəriqaz istehsalat X5 Qaz istismarı idarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə vəzifəli şəxs kimi X12 istismarı İdarəsinə və tabeliyində olan qurumlara rəhbərlik edərkən “Qazdan istifadə qaydalarının” 3.1.3-cü, 3.1,6-cı, 3.2.7-ci, 3.2.9-cu, “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 1,12-ci və 1.19- cu, Azəriqaz istehsalat Birliyinin Ağsu RQİİ-nin əsasnaməsinin 2.2-ci bəndlərinin tələblərini pozaraq İsmayıllı rayonu Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxış zamanı həmin kənddə yerləşən Əli Osmanlıya məxsus fərdi yaşayış evinin çöl divar hissəsindən 20 sm avtomobil yoluna doğru istiqamətdə yerüstü qaz xəttinin yeraltı keçid hissəsində aşkar olunmuş 1000 PPM həddində qaz sızması barədə "xxxx" QSC-nin X6 xətt baxıcısı tərəfindən 13 sentyabr 2019-cu il tarixdə tərtib edilmiş raportun “PDF” formatına salınmış “excel cədvəl” şəklində “Hafis.Ağayev@təmizqaz.az” elektron poçt ünvanından onun xidməti istifadəsində olan “NamiqN.MElektron ünvan ” elektron poçt ünvanına göndərilməsinə baxmayaraq, həmin raportu qaz sızmalarının aradan qaldırılması məqsədi ilə aidiyyəti üzrə dərhal təmirprofilaktika işlərini yerinə yetirmək üçün X12 İstismarı idarəsinin ismayıllı xidmət sahəsinfn Təmir-bərpa xidmətinə göndərməyərək və zəruri təxirəsalınmaz tədbirlərin görülməsinə nəzarət etməyərək, o cümlədən qazdan istifadə sahəsində qaydalar, əsasnamə və digər sənədlərin tələblərini pozaraq işə laqeyd münasibəti nəticəsində həmin raportu xidməti istifadəsində olan kompüterdə elektron poçt ünvanından silib öz xidməti vəzifəsini yerinə yetirməyərək cinayətkarcasına etinasızlıq etməklə, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, lazımi diqqət və ehtiyatlılıq göstərməmiş, bu səbəbdən küçə paylayıcı qaz xəttinin yeraltı hissəsindən təbii qazın sızaraq Əli Osmanlıya məxsus evin kürsü (yarızirzəmi) hissəsinə, oradan da evin otağına dolması və partlayış konsentrasiyası həddinə çatması nəticəsində 1 mart 2020-ci il tarixdə saat 7 radələrində həmin evdə partlayış baş vermiş, nəticədə o, ehtiyatsızlıqdan partlayış baş vermiş evdə yaşayan İddiaçı üzün, boynun, sağ qolun, sol saidin, döş qəfəsinin ön səthinin, hər iki budun və baldırın ll-lll dərəcəli termiki yanığı, sdfqü bud sümüyünün yerdəyişən sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, Əli Osmanlının üzün sağ yarısının, boynun, hər iki əlin arxa səthlərinin İ dərəcəli termiki yanığı, sol bud sümüyünün travmatik çıxığı, sağ ayaq-daraq sümüklərinin açıq sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid, Tahir Osmanlının başın, üzün, sol əlin, qarnın, sol budun, hər iki topuq nahiyəsinin yanıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər almaları, habelə Əli Osmanlıya məxsus fərdi yaşayış evinin qaz partlayışı səbəbindən məhv olması nəticəsində 15364 manat məbləğində, evin içərisində olan 5 ədəd 2018-ci ildə “Embapanel” materialından hazırlanmış stolun yararsız vəziyyətə düşməsi nəticəsində 800 manat, “Gəncə” zavod istehalsallı xalçanın yararsız vəziyyətə düşməsi nəticəsində 50 manat, 3 ədəd çarpayının yararsız vəziyyətə düşməsi nəticəsində 150 manat, "Philips” markalı DVD aparatının yararsız vəziyyətə düşməsi nəticəsində 30 manat, 2016-cı ildə alınmış “Krosna” aparatının yağsız vəziyyətə düşməsi nəticəsində 80 manat, “Kazan” markalı qarmonun yararsız vəziy yətə düşməsi nəticəsində 100 manat məbləğində, 2008-ci ildə alınmış 1 ədəd "Orvica” marka televizorun yararsız vəziyyətə düşməsi nəticəsində 30 manat, 2012-ci ildə al rm ş 1 ədəd 'TOSHİBA GR-RB 51 UTC” markalı soyuducunun yararsız vəziyyətə düşməs nəticəsində 400 manat, 1993-cü ildə alınmış fıstıq ağacı materialından 8 ədəd stulun ^ararsız vəziyyətə düşməsi nəticəsində 60 manat, 1 ədəd “Krosnadar” deyilən stulun yararsız /əziyyətə düşməsi nəticəsində 10 manat, 1993-cü ildə arvadının cehiz kimi gətircü mebel dəstinin yararsız vəziyyətə düşməsi nəticəsində 200 manat, məişətdə istifadə olunan qab-qacağın yararsız vəziyyətə düşməsi nəticəsində 2000 manat, 2 ədəd 1993-cü də arvadının cehiz kimi gətirdiyi, xarici zavod istehsallı 4x3,5 metr ölçüdə xalçaların yararsız vəziyyətə düşməsi nəticəsində 100 manat, 1 ədəd dünyasını dəyişmiş xalasından qalma əl ilə toxunma, ölçüsü 3x2 metr ölçüdə xalçanın yararsız vəziyyətə düşməsi nəticəsində 100 manat, 1 ədəd dünyasını dəyişmiş xalasından qalma zavod üsulu ilə hazırlanmış, ölçüsü 3x2 metr ölçüdə xalçanın yararsız vəziyyətə düşməsi nəticəsində 50 manat, 2 ədəd 1993-cü ildə yoldaşının cehiz kimi gətirdiyi 2 ədəd kreslonun yararsız vəziyyətə düşməsi nəticəsində 70 manat, dəmir materialdan olan, kustar üsulu ilə hazırlanmış 25x30x80sm ölçüdə qaz - sobasının yararsız vəziyyətə düşməsi nəticəsində 20 manat, 2013-cü ildə alınmış “LG" və 2015-ci ildə alınmış “Texnaluks” markalı tozsoranların yararsız vəziyyətə düşməs nəticəsində 200 manat, 2008-ci ildə xüsusi hazırlanmış 1 ədəd qarmonun yararsız vəziyyətə düşməsi nəticəsində 2000 manat, evdə olan pal-paltarın yararsız vəziyyətə düşməsi nəticəsində 2000 manat, ümumilikdə evin və əşyaların yararsız hala düşməsi nəticəsində Əli Osmanlıya cəmi 23814 (iyirmi üç min səkkiz yüz on dörd) manat məbləğində zərər vurması nəticəsində İddiaçı, Əli Osmanlı və Tahir Osmanlının hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Həmin Hökm ilə X4 AR Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirli bilinərək 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli Qəbzlərdən görünür ki, X4 tərəfindən X2 2000 manat və 3000 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 963 saylı Qəbzdən görünür ki, Lanetcərrahlıq Klinikası MMC-yə analizlər üçün ümumilikdə 80 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 996 saylı Qəbzdən görünür ki, Lanetcərrahlıq Klinikası MMC-yə sümükdən implant üçün 590 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1025 saylı Qəbzdən görünür ki, Lanetcərrahlıq Klinikası MMC-yə sümükdən implant üçün 400 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1048 saylı Qəbzdən görünür ki, Lanetcərrahlıq Klinikası MMC-yə həkim qəbulu üçün 80 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1047 saylı Qəbzdən görünür ki, Lanetcərrahlıq Klinikası MMC-yə sümükdən implant üçün 190 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 82176 və 82199 saylı Qəbzlərdən görünür ki, "xxxx" MMC-yə moksikum, cefamezin, dimedrol və s. dərmanları üçün 175,65 manat və 7,67 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, Hüccətov Fuad tərəfindən X2 1000 manat ödəniş edilmişdir. İş materiallarında olan Lanset Klinika tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 41822 saylı Epikrizdə görünür ki, İddiaçı sol bud sümüyünün metal fiksatorlu bitişmiş sınığı diaqnozu qoyulmuşdur, xx.xx.2022-ci il tarixdə sol bud sümüyündən metal fiksatorun xaric edilməsi cərrahi əməliyyatı icra edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, iddiaçı tərəfindən 387 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X4 cavabdeh təşkilatın işçisi olduğu vaxt əmək funksiyalarının icrası zamanı öz xidməti vəzifəsini yerinə yetirməyərək cinayətkarcasına etinasızlıq etməklə, lazımi diqqət və ehtiyatlılıq göstərməmiş, bu səbəbdən küçə paylayıcı qaz xəttinin yeraltı hissəsindən təbii qazın sızaraq iddiaçının yoldaşı Əli Osmanlıya məxsus evin kürsü (yarı-zirzəmi) hissəsinə, oradan da evin otağına dolması və partlayış konsentrasiyası həddinə çatması nəticəsində 1 mart 2020-ci il tarixdə saat 7 radələrində həmin evdə partlayış baş vermişdir, həmin partlayış hadisəsi nəticəsində hadisə zamanı evdə olan İddiaçı sağlamlığına ziyan dəymişdir, o, sağlamlığının bərpa olunması məqsədilə müalicə almışdır (həmçinin əməliyyat olunmuş), iztirab - fiziki əzab çəkmiş, maddi zərərə (müalicə, müayinə və s. xərclər) məruz qalmışdır, hadisə zərərçəkəndə əlilliklə nəticələnməmişdir (hazırki tarixdə), hadisənin baş verməsi ilə cavabdehin işçisinin xidməti vəzifəsini yerinə yetirməməsi arasında səbəbli əlaqə vardır, hadisənin baş verdiyi dövrdə təbii qazdan istifadəyə nəzarət Cavabdeh İB-də olmuşdur. Bununla belə, hadisənin baş verməsində Cavabdeh İB-nin təqsirli, hüquqazidd əməlini, habelə hadisə nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəyməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin “İddiaçı vurulmuş maddi zərərin – xəstəxana xərclərinin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqazidd əməli ilə iddiaçının sağlamlığına ziyanın vurulması arasında səbəbli əlaqə vardır, belə ki, cavabdeh iddiaçıya (sağlamlığına) birbaşa zərər vurulması ilə nəticələnən mülki hüquq pozuntusu törətmiş, iddiaçı sağlamlığına vurulmuş ziyanın aradan qaldırılması, sağlamlığının bərpası məqsədilə xərc çəkmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı maddi zərərin ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməyə haqlı olmuşdur. Məhkəmə iddiaçıya vurulmuş maddi ziyanın məbləğinə münasibətdə isə hesab edir ki, bu zaman iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş sübutlar (qəbzlər) nəzərə alınmalı və vurulmuş maddi ziyanın həcmi 1524 manat (80+190+80+590+7,67+400+175,651524 manat) həddində müəyyən edilməlidir. Maddi ziyanın daha çox miqdarda olmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə “iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsinə münasibətdə isə qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır ki, hazırki iş üzrə də Cavabdeh İB-nin işçisinin hüquqa zidd – təqsirli əməli ilə baş vermiş partlayış hadisəsi nəticəsində İddiaçı sağlamlığına ziyan vurulması, onun iztirab keçirməsi - sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, bu hadisənin onda mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarması mübahisəsizdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və bu zaman baş vermiş hadisənin zərərçəkəndə əlilliklə (cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının yaranması) nəticələnməməsi, cavabdehin davranışı və onun tərəfindən zərərin aradan qaldırılması məqsədilə ödənişlərin aparılması və digər diqqətəlayiq (iş təklifi və s.) hallar nəzərə alınmaqla İddiaçı dəymiş mənəvi zərərin əvəzi 15000 manat həddində qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1117-ci maddəsinə əsasən, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İB-dən vurulmuş maddi ziyana görə 1524 manat və mənəvi ziyana görə 15000 manat iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, dövlət rüsumu kimi ödənilmiş 135 manat, Cavabdeh İBdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən maddi ziyanın əvəzi qismində 1524 manat, mənəvi ziyanın əvəzi qismində 15000 manat olmaqla, cəmi 16524 (on altı min beş yüz iyirmi dörd) manat və dövlət rüsumunun əvəzi qismində 135 (yüz otuz beş) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3305/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3305/2022
01.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver