Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3315/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 3000 manat məbləğində pulun alınaraq iddiaçıya qaytarılması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı Suraxanı rayonu, 270 saylı orta məktəbdə rus dili müəlliməsi işləyir. Təxminən 2020-ci ildə sosial ipoteka krediti almaq üçün "xxxx"ın “Nizami” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən filialına müraciət etmişdir. Həmin vaxt bankda sənədlərini Cavabdeh adlı əməkdaş qəbul etmişdir. Sənədləri qəbul edildikdən sonra bir zamanda bank tərəfindən ona sosial ipoteka krediti verilmiş və həmin kreditlə Hövsan qəsəbəsində yerləşən sosial evlərin birində iki otaqlı mənzil almışdır. 2022-ci ilin dekabr ayında 8%-li ipoteka krediti götürmək istəmişdir, belə ki, aldığı əmək haqqı buna imkan vermişdir. Fikirləşmişdir ki, bir dəfə də ipoteka kreditini "xxxx" ASC-dən götürər. Cavabdeh mobil nömrəsi onda durğundan ona zəng etmiş, Ramin onu Ağ şəhər, Mərkəzi Bulvar küçəsi 2 ünvanında yerləşən bir ofisə dəvət etmişdir. Ofisdə Ramindən başqa Günel adlı bir qız da işləmişdir. Fikirləşmişdir ki, həmin ofis X16 şəhər filialıdır. Ramin ona 3000 manat müqabilində bankdan ipoteka kreditinin alınmasında köməklik edəcəyini bildirmiş və ondan həmin məbləği istəmişdir. 21 dekabr 2022-ci il tarixdə, səhər saatlarında o, 3000 manat pulla Raminin ofisinə getmiş, orada Raminə 3000 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Ramin ona bir müqaviləyə imza etdirmiş, lakin o, Raminə inandığı üçün müqaviləni oxumamış və müqavilənin ona aid olan nüsxəsini götürməmişdir. Ramin ona bank tərəfindən 60000 manata qədər ipoteka kreditinin verilə biləcəyini bildirmişdir. O, Ramindən kreditin neçə il müddətinə veriləcəyini soruşmamış, fikirləşmişdir ki, həmin müddəti bank müəyyən edəcəkdir. Ramin ona ipoteka kreditinin verilməsi üçün zəruri olan sənədlərin siyahısını vermişdir. Təxminən bir həftəyə lazım olan sənədləri toplayıb ofisdə Raminə vermişdir. Həmçinin, Raminə adına olan Asan imzanı da vermişdir. Ramin onunla əlaqə saxlayacağını bildirsə də, əlaqə saxlamamışdır. O, 3000 manat pulu Raminə verəndən sonra Ramin onu arxayın edərək gedib mənzilə görə beh verməyini demişdir. O, Hövsan qəsəbəsində yerləşən köhnə bir tikilidən iki otaqlı mənzil tapmış və Raminə arxayın olub mənzil sahibinə 500 manat beh vermiş, gecikməmək üçün Raminə zəng edib sənədləri istəmişdir ki, sənədləri özü banka aparsın. Ramin ofisə gedib sənədləri oradan götürə biləcəyini demişdir. O da ofisə gedib sənədləri Güneldən götürmüşdür. Həmin sənədləri "xxxx" ASC-nin baş ofisinə təqdim etsə də, ona ipoteka kreditinin verilməsindən imtina edilmişdir. Belə ki ikinci oğlu həmin bankdan özü üçün kredit götürmüş və aylıq ödənişlərdə gecikmələri olmuşdur. Bank da bunu əsas gətirərək ipoteka kreditinin verilməsindən ona imtina etmişdir. Həmçinin, həmin vaxt ona məlum olmuşdur ki, "xxxx" ASC-nin Ağ şəhərdə filialı yoxdur. Bir neçə dəfə zəng etsə də, Ramin zənglərinə cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Ramin "xxxx" MMC-nin direktorudur və MMC-nın adından bir çox vətəndaşlarla, o cümlədən onunla müqavilə bağlayıb ipoteka kreditinin verilməsində köməklik göstərəcəyini yalandan bildirərək pullarını ələ keçirmişdir. Raminin qanunazidd əməlləri nəticəsində ona 3000 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh ipoteka kreditinin ayrılmasını kimin vasitəsilə həll edəcəyi barədə ona heç nə bildirməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-46/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmdə qeyd edilib ki, Cavabdeh "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş İddiaçı qızna 60000 manata qədər 8% ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2022-ci il tarixdə MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində İddiaçı inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi bağlayaraq etibarından sui-istifadə edib bu adla İddiaçı 3000 manat pul vəsaitini qeyd edilən tarixdə, həmin ofisdə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs İddiaçı maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdə həmçinin qeyd edilib ki, iş üzrə dəymiş ziyanı tələb etdikləri halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ iş üzrə digər zərərçəkmiş şəxslərə izah edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1120/2024 saylı, 01,08.2024-cü il tarixli qərarı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Odur ki, iddiaçıya vurulmuş maddi zərərin əvəzi ödənilməlidir. Təqsirləndirilən şəxsin əməli nəticəsində iddiaçı mənəvi zərər də çəkmişdir. Belə ki, bir neçə il ərzində topladığı pulları sərf edərək mənzilə sahib olacağını düşünmüşdür. Bu baş vermədikdə o və ailəsi mənəvi sarsıntı və iztirab keçiriblər. Təqsirləndirilən şəxsin hərəkəti nəticəsində ailəsinin, yaxın qohumlarının və iş yoldaşlarının yanında mənəvi olaraq sınmış və özünü iş bacarmayan bir insan kimi hiss etmişdir. Yaranmış vəziyyət iddiaçıda qeyri-müəyyənlik, nigarançılıq kimi hisslər yaratmışdır, təqsirləndirilən şəxsin əməlinə görə artıq iki ildən çoxdur ki, stress və gərginlik yaşayır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən, 3000 manat maddi zərər hissəsində qəbul etdiyini, lakin 1000 manat mənəvi zərər hissəsində qəbul etmədiyini bildirmişdir. İşin faktiki halları: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-46/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Həmçinin hökmdən görünür ki, Cavabdeh "xxxx" MMCnin direktoru vəzifəsində işləyərkən təkrarən qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cəmiyyətə müraciət etmiş zərərçəkmiş şəxs İddiaçı 60000 manata qədər 8% ipoteka kreditinin ayrılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2022-ci il tarixdə MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində İddiaçı inamını qazanmaq məqsədilə sonuncu ilə “Konsaltinq xidmətlərinin göstərilməsinə dair” xidmət müqaviləsi bağlayaraq etibarından sui-istifadə edib bu adla İddiaçı 3000 manat pul vəsaitini qeyd edilən tarixdə, həmin ofisdə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs İddiaçı maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)- 1120/2024 nömrəli Hökmünə əsasən zərərçəkmiş şəxslər və mülki iddiaçılar X7 və zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Azərbaycan Respublikası CPM-nin 396-cı maddəsinə əsasən zərərçəkmiş şəxslər və mülki iddiaçılar X8, X4 və X9 tərəfindən verilmiş apelyasiya şikayətlərinin baxılmasına xitam verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2., 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair 1(007)-46/2024 saylı 18 mart 2024-cü il tarixli hökmü zərərçəkmiş şəxslər və mülki iddiaçılar X5 və zərərçəkmiş şəxs X1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 61 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iddiaya cavabdehdən 3000 manat məbləğində maddi zərərin tutulması tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-46/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı etibarından sui-istifadə edərək, onun aldatmış və iddiaçının 3000 manat məbləğində pulunu ələ keçirtmişdir. Bununla da cavabdeh özünün təqsirli qanuna zidd hərəkəti ilə iddiaçıya 3000 manat məbləğində ziyan vurmuşdur. Odur ki, iddia maddi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilərək, iddiaçıya vurulmuş maddi zərərə görə 3000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddiaya cavabdehdən 1000 manat məbləğində mənəvi zərərin tutulması tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Göründüyü kimi, şəxsin mənəvi ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində fiziki şəxs mənəvi sarsıntı və iztirab keçirtsin. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd edilən qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkən iddiaçıların keçirdikləri mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi 1000 manat mənəvi zərər ağlabatan və ədalətli deyildir, ona görə iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Mənəvi zərərin həcmi 1000 manat məbləğində deyil iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi hallar nəzərə alınaraq 500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə, təmin edilmiş iddia tələbinin həcminə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 52,5 manat məbləğində dövlət rüsumu da Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 3000 (üç min) manat, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,5 (əlli iki manat əlli qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3315/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3315/2025
30.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver