Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3407/2024 02.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “doğum aktı qeydində dəyişikliyin edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə “doğum aktı qeydində dəyişikliyin edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ərizə və ona əlavə edilmiş sənədlərin, məhkəməyə ödənilmiş dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi ərizənin baxılmamış saxlanılması və ödənilmiş dövlət rüsumunun qaytarılması barəsində ərizə verdiyindən, maraqlı şəxs isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, mövcud ərizə baxılmamış saxlanmalı, ödənilmiş dövlət rüsumu tam şəkildə ərizəçiyə qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “doğum aktı qeydində dəyişikliyin edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən 28 fevral 2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3407/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3407/2024
02.04.2024 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver