Məhkəmə qərarları › İş №2(011)-3503/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3503/2021

31.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3503/2021 31.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sərdar Bəşərəddin oğlu Mehrəliyev iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2 icra məmuru X2 qarşı Bakı şəhəri Cavabdeh2 icra məmuru X1 icraatında olan xx.xx.2020-ci il tarixli e101071/2020-1-0 nömrəli icra sənədinin icra edilməsinə və icra məmurunun icra prosesi keçirilməsi barədə hərəkətlərinin hazırkı mərhələdə qanunsuz hesab edilməsinə, Bakı şəhəri Cavabdeh2 hərəkəti-hərəkətsizliyi barədə məhkəmənin icraatında hazırki iddia ərizəsinə baxıldığından, icra məmuru tərəfindən Azərbaycan Respublikası İcra haqqında Qanununun 18-ci maddəsinin tələbləri rəhbər tutularaq icra prosesinin müvəqqəti dayandırmasına dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2 icra məmuru X2 qarşı Bakı şəhəri Cavabdeh2 icra məmuru X1 icraatında olan xx.xx.2020ci il tarixli e101071/2020-1-0 nömrəli icra sənədinin icra edilməsinə və icra məmurunun icra prosesi keçirilməsi barədə hərəkətlərinin hazırkı mərhələdə qanunsuz hesab edilməsinə, Bakı şəhəri Cavabdeh2 hərəkəti-hərəkətsizliyi barədə məhkəmənin icraatında hazırki iddia ərizəsinə baxıldığından, icra məmuru tərəfindən Azərbaycan Respublikası İcra haqqında Qanununun 18-ci maddəsinin tələbləri rəhbər tutularaq icra prosesinin müvəqqəti dayandırmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; Prosessual normanın tələbindən müəyyən olunur ki, inzibati orqanın hərəkətsizliyindən və inzibati orqanın üzərinə vəzifə qoyulmasına dair iddialara ümumi məhkəmələr tərəfindən deyil, inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarına əsasən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən hesab edirəm ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində konkret olaraq icra məmurunun icra vərəqəsi üzrə icraatın dayandırılmasının halları müəyyən edildiyindən, müvafiq olaraq icra vərəqəsi üzrə icraatın dayandırılması ilə bağlı borclu icra məmuruna müraciət etməli olduğundan, icra məmurunun qəbul etdiyi hər hansı qərarından narazı qalacağı halda müvafiq olaraq inzibati məhkəməyə müraciət etməli olduğundan və hazırkı iddia ərizəsinə ümumi məhkəmələrdə baxılması yolverilməz olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 153, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2 icra məmuru X2 qarşı Bakı şəhəri Cavabdeh2 icra məmuru X1 icraatında olan xx.xx.2020ci il tarixli e101071/2020-1-0 nömrəli icra sənədinin icra edilməsinə və icra məmurunun icra prosesi keçirilməsi barədə hərəkətlərinin hazırkı mərhələdə qanunsuz hesab edilməsinə, Bakı şəhəri Cavabdeh2 hərəkəti-hərəkətsizliyi barədə məhkəmənin icraatında hazırki iddia ərizəsinə baxıldığından, icra məmuru tərəfindən Azərbaycan Respublikası İcra haqqında Qanununun 18-ci maddəsinin tələbləri rəhbər tutularaq icra prosesinin müvəqqəti dayandırmasına dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar