Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3517/2023 17.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayından başlayaraq 2022-ci ilin fevral ayına kimi müxtəlif vaxtlarda Cavabdeh ondan hissə-hissə ümumilikdə 5500 manat pul alaraq, bu pulun müqabilində ona 6 ədəd moped alacağına, həmin mopedləri icarəyə verib əldə olunan pulu ona verəcəyinə söz vermiş, lakin verdiyi sözə əməl etməmiş, aldığı 6 ədəd mopedi işlədərək 5-ni yararsız hala salmaqla 4800 manat maddi ziyan vurmuş, 6-cı mopedi isə 700 manata sataraq həmin pulu da ona qaytarmamışdır. Beləliklə də, cavabdehin ona 5500 manat pul borcu qalmışdır. Bu fakt Bakı şəhər Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli “Təhqiqat materialının istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərarında öz təsdiqini tapmışdır. Belə ki, həmin qərarda olan izahatında Cavabdeh bu faktı tam etiraf etmişdir. Hazırda cavabdeh ona vurduğu maddi ziyanın əvəzini ödəmək istəmir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 5500 manat pul vəsaitinin, eləcə də iddia tələbinə görə ödədiyi 75 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi X6 izahatında bildirmişdir ki, iddiaçı 102 xidmətinə zəng vurub şikayət etdiyi zaman 4 mopedin alındığını bildirmiş, sonradan 102 tərəfindən yönləndirilmiş Nizami rayon polis şöbəsində işin təhqiqatını aparan müstəntiqə izahatında 5 mopedin alınmasını qeyd etmiş və nəhayət məhkəməyə müraciət edərkən mopedlərin sayını 6 göstərmişdir. Verilən mopedlərin arendaya verilməsindən alınan pullar barəsində ərizəsində heç bir qeyd etməmişdir. Hansı ki, arendaya verilən mopedlərdən alınan arenda pullarını qeyd etməmişdir. 4 mopeddən 2 ay hərəsində 300 manat, günü 10 manatdan pul verilmişdir. Yerdə qalan 1 moped Fərrux adında şəxsə 2200 manata satılmışdır. Onun 1520 manatını İddiaçı cavabdeh tərəfindən verilmişdir və çekləri mövcuddur. Yerdə qalan məbləğ (680 manat) Fərrux tərəfindən ödənilməmiş və onun hal-hazırda harada olduğu barədə məlumatı yoxdur. Fərruxun ödəmədiyi 680 manatı oğluna moped üçün verdiyi 4800 manat üzərinə gəlmiş və oğluna qarşı 5500 manat borc olduğunu bildirmişdir. Alınan mopedlərdən üçü onun həyətində, biri Fərruxda, digər bir moped isə həyətdən oğurlanmışdır. Mopedin oğurlanması barədə Xətai rayonu 36-cü polis bölməsinə müraciət etmişlər. Müraciətin əsasında oğurlanan moped tapılmış, oğurlayan şəxslərlə bağlı məhkəmənin qərarı vardır. Həmin mopedin 2-ci dəfə oğurlanması barədə İddiaçı xəbər vermiş bildirmişlər ki, oğurluq barəsində polisə məlumat versin, Aişən isə razılaşmamışdır. Hal-hazırda həyətində olan 3 mopedin şəklini məhkəməyə təqdim etmişdir. Dəfələrlə İddiaçı müraciət edib, mopedlərin gəlib aparılmasını istəsələr də, Aişən razılaşmamışdır. Oğlu Elminin avto qəza keçirməsini, əməliyyat olunduğunu, onun bu işlə daha məşğul ola bilməyəcəyini dəfələrlə xanıma xəbərdarlıq etsələr də, aldıqları işlənmiş mopedlərin əvəzinə yeni mopedlərin verilməsini tələb etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən X2 göndərilmiş vətəndaş X1 müraciəti əsasında 21 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, 21 iyul 2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, Qurbanova Ayşənlə işlədiyi dükanda tanış olmuş, sonra isə dükandan çıxıb kuryer kimi işləməyə başlamışdır. Bir müddət sonra Ayşəni köhnə işlədiyi yerdə görmüş və söhbət əsnasında kuryer işini tərifləmiş, şəxsi mopedi olsa daha çox pul qazanacağını bildirmişdir. Sonra isə Ayşən moped alıb icarəyə vermək istədiyini ona söyləmiş, o, isə mopedlərin satışı ilə maraqlanmış və Ayşəyə bildirmişdir ki, işlənmiş vəziyyətdə 1000 manat civarında almaq olar. 2021-ci ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə müxtəlif ünvanlarda hissə-hissə olmaqla və axırıncı dəfə 2022-ci ilin fevral ayında Ayşənin yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 75 saylı binanın qarşısında Ayşən ona 1000 manat pul vermişdir. Ümumilikdə Ayşən ona moped alması üçün 5000 manat pul vermiş, həmin pula 05 ədəd moped aldığını və hər mopeddən Ayşənə 300 manat icarə pulu vermişdir. Mopedlər son vaxtlar tez-tez sınmağa başlamış, Ayşən isə mopedləri satmaq istəmiş və pulunu ondan geri istəmişdir. Həmin mopedlər hal-hazırda Neftçilər metrostansiyasının yaxınlığında servisdə olduğunu və tez bir zamanda mopedləri Ayşənə qaytaracağına söz verdiyini bildirmişdir. Araşdırma zamanı toplanmış materiallarla müəyyən olunmuşdur ki, vətəndaş X3, axırıncı dəfə 2022-ci ilin fevral ayında ünvan 1 ünvanda binanın qarşısında 1000 manat Cavabdeh pul vermişdir ki, ona moped alsın, hissə-hissə olmaqla ümumilikdə 5500 manat Cavabdeh pul vermiş, lakin sonuncu mopedləri İddiaçı geri qaytara bilməmişdir. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixdə Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Şirxan Allahverdiyev oğlu tərəfindən vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2021-ci ilin noyabr ayında o, Ayşəndən 4800 manat pul alaraq 5 ədəd moped almış, həmin mopedlərin birini Fərrux adlı oğlana 2200 manata hissə-hissə ödəməklə satmışdır. Fərrux adında şəxs mopedin 1520 manat pulunu hissə-hissə Ayşən adlı xanıma ödəmişdir. Qalan 4 ədəd mopedi müxtəlif şəxslərə günü 10 manat müqabilində icarəyə vermişlər. Həmin şəxslər 2 aya hər biri 300 manat olmaqla Ayşənə pul ödəmişdir. Həmin vaxtlar o, özünə məxsus mopedlə qəzaya düşmüşdür. Müalicə aldıqdan sonra valideynləri onun hər hansısa bir işlə məşğul olmasına icazə verməmişlər. Mopedlərdən birini Xətai rayonu ərazisində yerləşən KFC dükanının qarşısından oğurlanmasını aşkar etmiş bu barədə Ayşənə məlumat vermişdir ki, şikayət etsin, Ayşən isə onunla razılaşmamış və Elminin şikayət etməsini bildirmişdir. Qalan üç moped hazırda çalışdığı Oba marketin qarşısındadır. O, Ayşənə nə qədər gəlib mopedləri götürməsini desə də, Ayşən mopedləri götürməmiş və ondan təzə moped tələb etmişdir. O, Ayşəndən 4800 manat pul götürmüş və 5 ədəd moped almışdır. Ayşən Fərruxda olan borcu da onun üzərinə yazmışdır. Ayşənin 3 ədəd mopedi onun həyətindədir, nə vaxt istəyirsə gəlib götürsün. İş materiallarında olan Respublika Neyrocərrahiyyə Xəstəxanası Publik hüquqi şəxsi xəstənin stasionar tibbi kartından olan 489 №-li çıxarışdan (epikrizdən) görünür ki, Cavabdeh açıq kəllə beyin travması, baş beynin əzilməsi, alın sümüyünün kəllə əsnasına keçən çoxqəlpəli basılmış sınığı, hər iki alın payında əzilmə ocaqları, diaqnozu qoyulmuşdur. İş materiallarında olan 2021-2022-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, e-manat ödəniş sistemi vasitəsilə ümumulikdə 1200 manat pul vəsaiti İddiaçı hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materialları ilə təsdiq edilir ki, İddiaçı ilə Cavabdeh arasında tanışlıq münasibətlər olmuş, onlar qazanc əldə etmək məqsədilə sövdələşərək mopedlərin alınaraq icarəyə verilməsi barədə razılığa gəlmiş, iddiaçı cavabdehə moped alması üçün ümumilikdə 4800 manat pul vermiş, həmin pula 5 ədəd moped alınmış və cavabdeh 2 ay ərzində hər mopeddən iddiaçıya 300 manat icarə pulu vermişdir. Sonradan həmin mopedlər xarab olmuş, iddiaçı cavabdehdən mopedləri satıb pulunun geri qaytarılmasını tələb etsə də, pul iddiaçıya ödənilməmişdir. İddiaçının şikayəti üzrə Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən aparılmış tədqiqat nəticəsində 21 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda cavabdeh ümumilikdə iddiaçıdan 5000 manat pul aldığını, həmin pula 05 ədəd moped aldığını etiraf etmşdir. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixdə Nizami RPİ-nin İŞ-nin 06 yanvar 2023-cü il tarixli qərarında izahatı alınmış Cavabdeh 2021-ci ilin noyabr ayında iddiaçıdan 4800 manat aldığını və 5 ədəd moped aldığını, həmin mopedlərin birini Fərrux adlı oğlana 2200 manata hissə-hissə ödəməklə satdığını və sonuncu tərəfindən mopedin 1520 manat pulunu hissə-hissə Ayşənə ödədiyini bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı ərizədə 6 ədəd moped alınması ilə bağlı razılıq əldə etdiklərini, 6 ədəd moped alındığını, 5-nin yararsız hala salmaqla 4800 manat maddi ziyan vurulduğunu, 6-cı mopedi isə 700 manata sataraq həmin pulun ona qaytarılmadığını bildirsə də, cavabdeh 5 mopedin alınması ilə bağlı razılıq əldə olunduğunu etiraf etmiş, iddiaçı 6-cı mopedin alınması ilə bağlı cavabdehlə razılaşması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, mülki işdə olan sübutlarla cavabdeh tərəfindən iddiaçıya 4800 manat məbləğində maddi zərərin vurulması təsdiq edildiyi üçün Cavabdeh 4800 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 75 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3517/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3517/2023
17.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver