Məhkəmə qərarları › İş №2(011)-3572/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3572/2024

06.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3572/2024 06.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ:

1. İddiaçı Cavabdeh 12750 manat pul vəsaitinin və 129 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə;

3. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarı.

İşə baxan məhkəmənin mövqeyi:

4. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

5. Belə ki, mülki iş üzrə hazırlıq iclasları xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərinə təyin edilmişdir.

6. İlk məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixinə təyin edilmiş, İddiaçı və Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak etmişdirlər.

7. Növbəti məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixinə təyin edilmiş, Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak etmiş, İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə hazırlıq iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

8. Növbəti məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixinə təyin edilmiş, Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak etmiş, İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə hazırlıq iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

9. Məhkəmə MPM-nin 259-cu maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını mümkün hesab edir. Belə ki, məhkəmə üç hazırlıq iclası keçirmiş, mülki iş üzrə tərəflər lazımi qaydada məlumatlandırılmış, lakin iddiaçı 2 məhkəmə iclasında iştirak etməmiş və iddiaçı iclaslarda iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. (§2)

10. Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarına əsasən, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır.(§3)

11. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh iştirak etmiş və işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Həmçinin hazırlıq iclasında iddiaçının iştirak etməməsi, iştirak etməməsinin üzürlü səbəbləri ilə bağlı hər hansı sübut təqdim etməməsi və sadalanan digər hallar mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır.

12. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, "xxxx" ASC ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixində ödənilmiş ********** qəbz nömrəli 130 manat dövlət rüsumunun geri qaytarılmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq ödənilmiş dövlət rüsumunun geri qaytarılmamasını (qərardadın rüsumun qaytarılması hissəsində qərardadın icraya yönəldilməməsini) məqsədəmüvafiq hesab etmişdir.

13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.7, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.

2. "xxxx" ASC ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixində ödənilmiş ********** qəbz nömrəli 130 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın.

3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar