Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3574/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 16 saylı evin 5 otaqlı 77-ci mənzilindən istifadə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 16 saylı evin 77-ci mənzilini iddiaçının atası X6 X1 alqı-satqı müqaviləsi əsasında almışdır. Daşınmaz əmlakın 171614 №-li alqı-satqı müqaviləsi Bakı şəhəri 36 saylı Notariat Kontorunda 2002-ci il dekabrın 28də bağlanmış və 4-Ə-3-61 №-li reyestrlə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi notariat qaydasında rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin mənzilə dair iddiaçının atası X3 adına 05 mart 2003-cü il tarixli ÖM seriyalı 145122 N°-li qeydiyyat vəsiqəsi verilmişdir. Adı çəkilən mənzilin satılmasına Cavabdeh2 və onların yetkinlik yaşma çatan ailə üzvləri yazılı razılıq vermiş, mənzil təhvil verilsə də, mənzildən qeydiyyatdan çıxmamış və oların harada yaşamaqları iddiaçıya məlum deyildir. İddiaçının atası X6 2016-cı il sentyabrın 29-da vəfat etdikdən sonra Bakı şəhəri 5 saylı Notariat Kontorunda vərəsəlik işi açılmış, digər vərəsələr mirasdan pay almaqdan imtina etdiklərindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 16 saylı evin 77-ci mənzili 28 mart 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mirasdan tam hissədə pay almış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən adına 02 aprel 2019-cu il tarixli RX seriyalı ******* JMb-h çıxarış verilmişdir. Cavabdehlər keçmiş sakinlərdir, onlar bu mənzildə hər hansı bir hüquqa, həmçinin əmlaka malik deyillər, onların məxsus mənzildə qeydiyyatda qalmaları mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olur və mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarımı məhdudlaşdırır. Cavabdehlərə aid bu mənzildə hər hansı bir əmlak yoxdur və onlar mənzil haqqı və kommunal xidmətlərinin ödənilməsində iştirak etmirlər. Cavabdehlərin iddiaçıya məxsus adı çəkilən mənzillə bağlı heç bir hüquqları, o cümlədən yaşayış sahəsindən istifadə hüquqları qalmadığı üçün onların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməlidir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehlər məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini qəbul etdiklərini, mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinə razı olduqlarını, həmçinin növbəti məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 16, 77 saylı mənzil üzərində mülkiyyət hüququ tam payla İddiaçı vərəsəlik qaydasına keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* №-li Çıxarışdan görünür ki, ümumi sahəsi 97,9 kv.m olan ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə tam payla İddiaçı adına xx.xx.2019-cu il tarixdən qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, 041238 №-li “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatda olan digər şəxslərdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı lyas oğlu tərəfindən Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməyə əsasən, ünvan 1 idiaçıya miras qalmışdır, həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payla xx.xx.2019-cu il tarixdən İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq, orada yaşamır və mənzildən istifadə etmir, iddiaçının ailə üzvü deyil, onlar iddia tələbini qəbul edirlər və mənzilə istifadə hüquqlarına xitam verilməsinə etiraz etmirlər. Bununla belə, cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1-ə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 16, 77 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3574/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3574/2024
15.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver