Məhkəmə qərarları › İş №2(011)-3706/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3706/2020

05.10.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3706/2020 05.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın məyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, onun adına xx.xx.1974-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədə ana qrafasında anasının şəxsiyyət vəsiqəsinə uyğun olaraq Maraqlı şəxs2 yazılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1973-cü ildə Ermənistanın Quqark rayonu, Arçud kəndində anadan olmuşdur. Ərizəçinin valideyinlərinin rəsmi nikahları olmamışdır. Ona icra nümayəndəliyi (kənd soveti) verilmiş doğum haqqında şəhadətnamədə ana qrafasında X1 yazılmışdır və anasının digər sənədlərində isə Maraqlı şəxs2 kimi qeyd edilmişdir. Anasının sənədlərində uyğunsuzluq olduğuna görə məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Şahidlər də təsdiq edə bilərlər ki, ərizəçinin anasının adı Minəvər soyadı isə Həsənova olmuşdur. Onun sənədlərinin uyğun gəlməməsi bütün işlərimi əngəlləmişdir, hazırda məhkəmə qaydasında doğum haqqında şəhadətnaməsində ana qrafasında anasının adının Minəvər, soyadının isə Həsənova kimi yazılmasını istəyir. Ərizəçi “ərizənin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək, Ərizəçi xx.xx.1973-cü ildə Ermənistan Respublikası, Quqark rayonu, Arçud kəndində doğulmağının qeyd edilmə və atasının X14, anasının Maraqlı şəxs2 olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin Bakı Şəhəri Maraqlı şəxs1 nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Maraqlı şəxs1 Ərizəçi ünvanladığı xx/xx-1225 saylı, xx.xx.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Ərizəçi xx.xx.1973-cü ildə Ermənistanın Quqark rayonunda doğulub və doğum faktı orada qeydə alınıb. Doğum Ermənistanda qeydə alındığından doğum haqqında şəhadətnamənin şöbə tərəfindən verilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Kifayət qədər sənəd təqdim etmədiyindən doğum akt qeydinin bərpası şöbə tərəfindən mümkün deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən bildirirlər ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəməyə qaydası ilə müəyyən edilir. İş materiallarında olan İİ-ЖГ seriyalı, 412837 nömrəli “Ölüm haqqında şəhadətnamə”-nin surətindən müəyyən olunur ki, X14 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan İ-SL seriyalı, 354742 nömrəli “Doğum haqqında şəhadətnamə”-nin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Ermənistan SSR-in Quqark rayonunda, Arçud kəndində anadan olmuşdur, atası X14, anası X2r. İş materiallarında olan ЗЖ seriyalı, 434552 nömrəli “Doğum haqqında Şəhadətnamə”nin notarial təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1940cı ildə Quqark rayonu, Arçud kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 00****** nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1940-cı il tarixdə Ermənistan, Quqark rayonunda anadan olmuşdur. İş materiallarında olan İİİ-СЛ seriyalı, 311419 nömrəli “Doğum haqqında Şəhadətnamə”nin notarial təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.1980-ci ildə Quqark rayonu, Arçud kəndində anadan olmuşdur, atası X14, anası X3r. İş materiallarında olan İ-ЗЖ seriyalı, 206910 nömrəli “Doğum haqqında Şəhadətnamə”nin notarial təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1972-ci ildə Quqark rayonu, Arçud kəndində anadan olmuşdur, atası X14, anası X3r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, o, Ərizəçi qardaşıdır. O, 1980-ci ilə Ermənistan SSR-in Quqark rayonunda anadan olmuşdur, atası X14, anası isə X4r. X6 yeddi yaş böyükdür. O, xx.xx.1973-cü il tarixində Ermənistan SSR-in Quqark rayonunda anadan olmuşdur. Anası ilə atasının nikahları rəsmiləşdirilmədiyindən anasının soyadı Həsənova olaraq qalmışdır, lakin rayon yerində buna fikir verilmədiyinə görə onların doğum haqqında şəhadətnamələrində analarının soyadı səhvən “Qazıyeva” olaraq göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, o, Ərizəçi bacısıdır. O, 1972-ci ilə Ermənistan SSR-in Quqark rayonunda anadan olmuşdur, atası X14, anası isə X4r. X6 bir yaş kiçikdir. O, xx.xx.1973-cü il tarixində Ermənistan SSR-in Quqark rayonunda anadan olmuşdur. Anası ilə atasının nikahları rəsmiləşdirilmədiyindən anasının soyadı Həsənova olaraq qalmışdır, lakin rayon yerində buna fikir verilmədiyinə görə onların doğum haqqında şəhadətnamələrində analarının soyadı səhvən “Qazıyeva” olaraq göstərilmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə xx.xx.1973-cü ildə anadan olmuş Ərizəçi Ermənistan Respublikası, Quqark rayonunda anadan olduğu, atasının X15, anasının Maraqlı şəxs2 olduğu tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Yuxarıda istinad edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktları təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1973-cü il tarixində Ermənistan Respublikası, Quqark rayonu, Arçud kəndində anadan olduğu, atasının X14, anasının Maraqlı şəxs2 olduğu barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar