Məhkəmə qərarları › İş №2(011)-3780/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3780/2024

15.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3780/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X1 İdarəsinə qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X1 İdarəsinə qarşı Daxili İşlər Nazirliyinin Yol Patrul Xidmətinin əməkdaşının İXM-nin 342.2.3-cü maddəsinə istinad edərək yazılmış qanunsuz İXP5954034 saylı protokolun ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarından görünür ki, tələb inzibati xəta törədilməsinə görə tərtib edilmiş inzibati protokolun ləğv edilməsi ilə bağlıdır. Belə olan halda hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati xəta haqqında iş üzrə icraat qayadında baxılmalıdır. Ona görə də, iddianın icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X1 İdarəsinə qarşı Daxili İşlər Nazirliyinin Yol Patrul Xidmətinin əməkdaşının İXM-nin 342.2.3-cü maddəsinə istinad edərək yazılmış qanunsuz İXP5954034 saylı protokolun ləğv edilməsi barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar