Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3809/2024 13.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh bir il müddətdir ki, tanıyır. Qonşuluqda Qaraçuxur qəsəbəsində binanın altında icarəyə obyekt işlədir. Cavabdeh paltar satışı ilə məşğul olur və hazırda həmin obyekt həm mağaza, həm də gözəllik salonu kimi fəaliyyət göstərir. İddiaçı 2023-cü ilin iyul ayında işdən çıxdığından dost-tanışdan iş soraqlamağa başlamış, qohumu Ceyhun adlı şəxs onu bir nəfərlə tanış edəcəyini və işə düzəltməkdə ona köməklik göstərəcəyini bildirmişdir. Sonradan məlum olmuşdur ki, Ceyhunun nəzərdə tutduğu şəxs qonşuluqda obyekt işlədən və onun da əvvəllər tanıdığı Cavabdehdur. Ceyhuna çox inandığından hər hansı problem olacağını düşünməmişdir. Elşad sentyabr ayında iddiaçını Balaxanı Oil neft şirkətinə işə düzəldə biləcəyini əminlikdə bildirmiş və bunun qarşılığında ondan 10500 manat pul istəmişdir. Əlində pul az olduğundan özünə məxsus Mercedes C230 markalı avtomobili dəyər-dəyməzinə sataraq, üstünü də borc alaraq düzəltmiş və pulu onun evində əlbəəl Elşada vermişdir. 10000 manat nağd, 500 manat kart vasitəsilə göndərmişdir. Cavabdeh danışığa əsasən 2 ay ərzində iddiaçını işə düzəldəcəkmiş, lakin 7 ay keçməsinə baxmayaraq nə işə düzəltmiş, nə də aldığı pulu qaytarmamışdır. Dəfələrlə aralarında telefon danışıqları olmuş, görüşlər olmuş, hər dəfə müxtəlif vədlər verərək, pulu qaytaracağını bildirmiş və hər dəfə onu aldatmışdır. Bu müddət ərzində ona dəfələrlə başqa yerdə iş imkanı olduğunu, avtomobilini buna görə dəyər dəyməzə satdığını, bir nəfər tanışdan bu məsələyə görə faizə borc aldığını bildirdikdə, Elşad aldığı pulu artıqlaması ilə 12000 manat qaytacağına söz vermişdir. Bütün bu qeyd edilənlər aralarında olan və məhkəməyə sübut kimi təqdim etdiyi səs yazısı ilə təsdiq olunur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 12000 manat pulun, ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fləşkartda olan səs yazılarından müəyyən edilir ki, Cavabdeh iddiaçıdan 10500 manat pul aldığını qəbul etmiş, pulu qaytacağına söz vermiş, sadəcə ona vaxt lazım olduğunu bildirmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 20 may 2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh iddia tələbini qismən qəbul etmiş, iddiaçı onun yanında Vüqar Abasova 10500 manat pul vermiş, cavabdeh pulu ayın sonunda qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 52.2-ci maddəsi müəyyən edir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Beləliklə, Cavabdeh iddia tələbini qismən qəbul etməklə, iddiaçıdan aldığı 10500 manat pulu qaytaracağını bildirdiyindən, lakin hazırki günədək borcu geri qaytarmadığından, bununla iddiaçıya 10500 manat məbləğində maddi zərər vurulduğu təsdiq olunduğundan məhkəmə hesab edir ki, Cavabdeh 10500 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10500 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 126 manat dövlət rüsumunun 87 %, yəni 110 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 13 %, yəni 16 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3809/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3809/2024
13.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver