Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-381/2022 17.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Tağızadə Pərviz Natiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı LPO "xxxx" Sığorta Şirkəti ASC Cavabdeh qarşı cavabdehdən 4314.08 manat vurulmuş ziyanın əvəzi və işə baxılması ilə əlaqədar ödənilən 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 4344,08 manat pulun LPO ASC "Standard İnsurance” Sığorta Şirkətinin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08.10.2019-cu il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri A.M.Cümə küçəsində, Cavabdeh, hazırda ləğvetmə prosesində olan (LPO) ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, özünə məxsus olan Optima KİA minik markalı, ** LP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili hüququ olmadan idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə X6 məxsus olan. Mersedes Benz S 350 minik markalı, Y9** AT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi zərər vurmuşdur. Cavabdeh avtomobili idarə edərkən, onun təqdim etdiyi AB N:074965 nömrəli sürücülük vəsiqəsinin müddəti 28.09.2019-cu ildə başa çatmışdır. Onun təqdim etdiyi AC377015 saylı sürücülük vəsiqəsi isə sonuncuya 11.10.2019-cu ildə, yəni hadisə baş verəndən 3 gün sonra verilmişdir. Hadisə isə 08.10.2019-cu ildə törədilmişdir. Yəni hadisə baş verən zaman o, sürücülük hüququna malik deyildir və hadisə nəticəsində AR İXM-nin 332.1-ci maddəsinə əsasən inzibati xəta törətmişdir. Qiymətləndirmə aktından görünür ki, X6 məxsus olan Mersedes Benz S 350 minik markalı, Y9** AT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 4314.08 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 22.12.2019-cu il tarixli, İC AA 4735/19 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablanmaları həyata keçirildikdən sonra ASC “Standart İnsurance" Sığorta Şirkəti tərəfindən zərərçəkən X6 məxsus olan, Mersedes Benz S 350 minik markalı, Y9** AT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərə görə, 17-18.12.2019-cu ildə 4314.08 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hiiquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 4314.08 manat sığorta ödənişi ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, hazırda LPO ASC "xxxx" Sığorta Şirkətinin "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına əsasən Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin zedilməlidir. Belə ki, iş materiallarından görünür ki, İC AA 4735/19 saylı sığorta aktına əsasən PST********** saylı sığorta şəhadətnaməsi üzrə sığortalanmış “Kia Optima” markalı, **-LP- *** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz S350” markalı Y999AT199 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobilə dəymiş zərərin ümumi məbləği 4314,08 manatdır. İş materiallarında olan 17.12.2019-cu il tarixli və 18.12.2019-cu il tarixli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, LPO "xxxx" ASC tərəfindən zərərçəkmişin etibarnamə üzrə nümayəndəsi X7 4314,08 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 28.10.2019-cu il tarixli Qüsur aktından görünür ki, “Mercedes Benz” markalı, Y999AT199 dövlət qeydiyyat nişanlı avtomobilə 4720 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”a əsasən, X4 mülkiyyətində olan “Kia Optima” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X3 mülkiyyətində olan “Mercedes Benz S350” markalı Y999AT199 dövlət qeydiyyat nişanlı avtomobil arasında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz S350” markalı Y999AT199 dövlət qeydiyyat nişanlı avtomobilə sol ön qapısı və fara hissəsində zərər dəymişdir. Hadisə baş verdiyi anda “Kia Optima” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə edirdi. İş materiallarında olan AC 065340 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz S350” markalı Y999AT199 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. İş materiallarında olan AC 986459 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Optima” minik markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. İş materiallarında olan AB 074965 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 28.09.2009-cu il tarixdə sürücülük vəsiqəsi verilmiş və 28.09.2019-cu il tarixədək etibarlı olmuşdur. İş materiallarında olan AR DİN BDYPİ-nin 25.12.2021-ci il tarixli 016-456/222 nömrəli məktubuna əsasən Cavabdeh 28.09.2009-cu il tarixdə sürücülük vəsiqəsi verilmiş və 28.09.2019-cu il tarixədək etibarlı olmuşdur. İş materiallarında olan Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən “Kia Optima” minik markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X8 tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ üzrə Cavabdeh etibar edilmişdir. Hazırkı mülki işin hüquqi əsasını təşkil edən “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda istinad edilən qanunvericilik aktı normalarının tələblərini nəzərə alaraq əsasən məhkəmə hesab edir ki, Cavabdeh 08.10.2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan istifadə etdiyinə görə, “Mercedes Benz S350” markalı Y999AT199 dövlət qeydiyyatlı avtomobilə vurulmuş ziyan iddiaçı "xxxx" Sığorta Şirkəri ASC tərəfindən aradan qaldırıldığından "xxxx" Sığorta Şirkəti ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə də, "xxxx" Sığorta Şirkəti ASC-nin iddiası qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərclərə görə 30 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinə görə 4314,08 (dörd min üç yüz on dörd manat səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumu görə 30 (otuz) manat alınaraq LPO "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamə onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni güvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-381/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-381/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver