Məhkəmə qərarları › İş №2(011)-3814/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3814/2024

12.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3814/2024 12.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb olunmaqla “qohumluq faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhərində 1935-ci ildə anadan olmuş atası X2 doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsinə dəqiqləşmə verərək, X7 babası qismində, X2 isə atası qismində tanınmaqla, qohumluq faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edərək izahatında bildirdi ki, mərhum atası X8 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. X1 valideyinləri tərəfindən Bakı şəhərində VVADQ şöbələrində doğum haqqında şəhadətnaməsi alınmışdır. Mərhum atası bunun əsasında müvafiq şəxsiyyət vəsiqəsi (sovet pasportu) və digər vətəndaşlıq sənədləri almağa müvəffəq olmuşdur. Belə ki, atasına 24 mart 1993-cu il tarixdə vəfat edərkən onun adına Bakı şəhər, Binəqədi rayon VVADQ şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Hazırda atasının vərəsəsi kimi iş açılarkən mərhumun doğum haqqında şəhadətnaməsi tələb edilmişdir. Ərizəçi bu səbəbdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş Qeydiyyat və notariat kontorları üzrə arxivinə müraciət etmişdir. Orada 1935-ci ildə doğulmuş X8 barədə məlumatın olmadığı barədə məktub verilmişdir. Hazırda vərəsəlik işinin açılması və onun vərəsə qismində tanınması üçün atası və babası ilə qohumluq faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Sonda ərizəçi İddiaçı ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Cavabdehnə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında xx.xx.1976-cı il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçini tanıyır, ərizəçi onun bacısıdır, X8 onun və ərizəçinin ataları, X12 isə babaları olmuşdur, lakin uzun müddət keçmiş və həmin dövrlərdə sənədləşmə işləri qaydasında aparılmamış, bu səbəbdən də ərizəçi ilə ata və babasının həqiqətən də qohum olmaları faktı təsdiq edilə bilmir. İş materiallarında olan 731054 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 1964-cü ildə anadan olmuşdur, atası X6r. İş materiallarında olan AZ 438094 saylı “nikahın bağlanması haqqında şəhadətnamə”nin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 və X9 15 dekabr 1984-cü il tarixdə evlənmişdirlər. Nikahdan onra ərə “Şərbətzadə”, arvada “Şərbətzadə” soyadı verilmişdir. İş materiallarında olan Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 07 dekabr 2023cü il tarixdə verilmiş 3-16-5/8-69-1945/23 №-li arayışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1967-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 dekabr 2023-cü il tarixli Arayışın surətindən görünür ki, X8 xx.xx.1993-cı ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 fevral 2024-cü il tarixli ərizəyə cavabda görünür ki, ərizəçinin istədiyi sənədin qeydiyyat şöbəsində bərpası mümkün deyildir, lakin məhkəmə qaydasında müəyyən edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivi tərəfindən verilmiş 3-48-DA/2-Ş-02607/2023 №-li 20 dekabr 2023-cü il tarixli ərizəyə cavabda görünür ki, 1935-ci ilə dair Bakı şəhəri Kirov (binəqədi), Lenin (Sabunçu) rayonları üzrə doğum haqqında qeydiyyat kitablarında X3 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ərizəçi 15 dekabr 1984-cü ildə X13 ilə rəsmi nikaha daxil olmuş, nikahdan sonra ona “Şərbətzadə” soyadı verilmişdir, X8 ərizəçinin atasıdır, o, 1935-ci ildə Bakı şəhərində anadan olmuş, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir, X12 ərizəçinin babasıdır, onun doğumu haqqında akt qeydi aşkar olunmamışdır, o ,xx.xx.1967-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir, ərizəçi qohumluq faktının müəyyən edilməsi məqsədilə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi qohumluq əlaqəsinin olması faktını təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, o, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 03 saylı qərarına əsasən, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Beləliklə məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin izahatı, şahid ifadəsini və işin digər materialları ilə X2 ərizəçinin atası, X7 isə ərizəçinin babası olmasına dair qohumluq əlaqəsinin olması faktı tam sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ilə xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etmiş X2 və xx.xx.1967ci il tarixdə Bakı şəhərində vəfat etmiş X7 qohumluq faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1964-cü il təvəllüdlü İddiaçı, atasının X8 və babasının X12 olması barədə qohumluq faktı müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar