Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3866/2021 19.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh KATV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 16 manat 80 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 187,20 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Q.Quliyev iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, “K@TV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərinin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, 22.08.2005-ci il tarixdə və 22.08.2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə Bakı şəhəri ərazisində kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri-yaşayış sahələrinə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir, lakin bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar, bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən "xxxx" hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.04.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olmuş və 17.06.2017-ci il tarixdə həmin mənzili başqa şəxsə satmışdır. Belə ki, 14.08.2010-cu il tarixdə həmin ünvanda yaşayan Vəliyeva Ləyagət ilə 14.08.2010-cu il tarixdə bağlanmış “K@TV1” xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən mənzil Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, cavabdeh son ödəməsini 01.04.2015-ci il tarixədək etmiş və həmin ünvan 30.05.2015-ci il tarixdə 18 manat borcla şəbəkədən ayrılmışdır, 19.06.2015-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 3718 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır, həmin ünvana 25.07.2015-ci il tarixdə keçirilən qrafikdənkənar nəzarət baxışı zamanı cavabdehin yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə müvafiq olaraq 3932 N saylı akt tərtib edilmişdir. Beləliklə də, qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur, belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixədək 09 manat, 01.09.2015-ci il tarixdən isə 10 manat təşkil edir, həmçinin qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmadan aşkar edilmişdir, yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi, sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı 30.05.2015-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 25.07.2015-ci il tarixə qədər olan müddət 497 gün təşkil edir, bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərər 16,80 manat təşkil edir, həmçinin İddiaçı MMC “Ədalət –A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci maddəsinə əsasən, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir, pul tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş, cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Sonda F.Quliyev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 19.05.2021-ci il tarixli məhkəmə icalsında iddiaçının nümayəndəsi F.Quliyev ərizə təqdim edərək mülki işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19.06.2015-ci il tarixli 3718 N saylı aktın surətindən görünür ki, "xxxx" MMC-nin əməkdaşı V.N.Qasımov, “KATV1”-in əməkdaşı A.N.Abdullayev və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi S.Məmmədovun iştirakı ilə 19.06.2015-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, ev 58 ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 18 saylı mənzilinin sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədilə həmin mənzilin qapısını döyərkən Vəliyev Ləyaqət mənzilin qapısını açmış və akt həmin şəxsə verilmişdir. İş materiallarında olan 25.07.2015-ci il tarixli 3932 N saylı aktın surətindən görünür ki, "xxxx" MMC-nin əməkdaşı Ş.S.Məmmədov, “KATV1”-in əməkdaşı H.Ə.Ələsgərov və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi S.Məmmədovun iştirakı ilə 25.07.2015-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, ev 58 ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 18 saylı mənzilinin sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədilə həmin mənzilin qapısını döyərkən Vəliyev Ləyaqət mənzilin qapısını açmış və aktı qəbul etdi. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 2 ünvanında yaşayan Vəliyev Ləyaqət arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən, 14.08.2010-cu il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, 01.04.2015-ci il tarixinədək isə son ödəniş edilmiş, 30.05.2015-ci il tarixində 18 manat borc ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan 17.06.2017-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, ev 58, 18 saylı mənzili X1. İş materiallarında olan "xxxx" MMC-nin 17.02.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh üçün (hüquqi xidmətlər göstərmək, qrafik üzrə keçirilən nəzarət baxış, yoxlama) İddiaçı MMC tərəfindən 150 manat məbləğdə pul kassaya mədaxil edilmişdir. İş materiallarında olan 01.03.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 20 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqavilə İddiaçı MMC ilə Vəliyev Ləyaqət arasında müqavilə bağlanmış və həmin müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, ev 58, 18 saylı mənzil 14.08.2010-cu il tarixində KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, 01.04.2015-ci il tarixinədək isə son ödəniş edilmiş, 30.05.2015-ci il tarixində 18 manat borc ilə şəbəkədən ayrılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh KATV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 16,80 manat abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, dövlət rüsumunun əvəzi qismində ödənilmiş 20 manat və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 187,20 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 16,80 manat abunə haqqı, 40 qəpik məbləğində bank xidməti haqqı, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat, ümumilikdə 187 (yüz səksən yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul alınaraq İddiaçınə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3866/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-3866/2021
19.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver