Məhkəmə qərarları › İş №2(011)-392/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-392/2022

03.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-392/2022 03.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı elektron nəzarət qurğusunun dəyəri olan 1346,03 manat pulun cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 125/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə cavabdeh AR CM-nin 127.2.3-cü və 221.1-ci maddələrinə il maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrasının təmin olunması məqsədilə cavabdehə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Cavabdeh elektron nəzarət vasitəsini itirmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdehə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasına dair hakimin xx.xx.2019-ci il tarixli göstərişi xx.xx.2020-ci il tarixdə Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə mövcud qanunvericiliyə əsasən məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və məhkumun ünvanına 3 gün müddətində şöbəyə gələrək qeydiyyatdan keçməsi barədə bildiriş göndərilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə şöbənin icra məmuru X1 məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir, həmin protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, bir ədəd siqnal ötürücüsü, bir ədəd enerji toplayıcı cavabdehə təhvil verilmişdir. Məhkum Cavabdeh xx.xx.2021-ci il tarixli izahatında mobil qurğunu itirdiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 1346 manat 03 qəpik hesablanmışdır. Cavabdehdəb dəymiş ziyan tələb olunmuş, lakin hal-hazırda maddi vəziyətinin yaxşı olmadığı üçün ziyanı ödəyə bilməyəcəyini bildirmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə üzürlü səbəbdən iştirak edə bilməyəcəyi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında namyəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin üzürlü olması barədə məhkəməyə əvvəlcədən məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Buna görə də, cavabdehin mülki hüquq pozuntusu törədib-tərətməməsinə, törətdiyi halda onun təqsirli olmasıma iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırılaraq qiymət verilməlidir. İş materillarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin təyin olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Protokolla müəyyən edilir ki, cavabdehə tətbiq edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icarsı məqəsədilə ona elektron nəzrət qurğusu və ona aid avadanlıqlar təhkim olunmuş, həmin nəzarət avadanlıalqrına xidmət etmək, zədələməmək, onu üzərində saxlamaq, nəzarət avadanlıqlarını zədələdikdə dəymiş maddi zərərin ondan tutulması barədə xəbərdarlıq edilmiş, həmçinin bu barədə cavabdehə yaddaş kitabçası verilmişdir. Protokol icra məmuru Emin Kərimov və cavabdeh tərəfindən imzalanmışdır. Həmçinin, iş materiallarında olan cavabdehin xx.xx.2021-ci il tarixdə yazdığı izahatından görünür ki, o, elektron nəzarət vasitəsini itirməyini, elektron qolbağı isə sındırmağını etiraf etmişdir. Beləliklə, işin şərh edilən hallarından da göründüyü kimi cavabdeh, məhkum olunduğu azadlığın məhdudlaşdırılması növündə cəzanın icarısının təmin edilməsi üçün təhkim edilmiş nəzarət avadanlıqlarnın salamatlığına əməl etməyə borclu olduğu halda bunu etməməklə (qanunazidd əməl), ona verilmiş elektron nəzrət qurğusunu itirməsi (təqsirli hərəkət) nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirlinə maddi zərər dəyməsinə səbəb olan (səbəbli əlaqə) mülki hüquq pozuntusu törətmişdir. Dəymiş zərərin həcminə gəldikdə isə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi tərəfindən tərtib edilmiş qiymət cədvəlinə əsasən elektron nəzarət qurğusunun dəyəri 1346,03 manatdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Bir ədəd elektron nəzarət qurğusunun dəyəri olan 1346,03 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nzairliyinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar