Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3956/2023 09.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə cavabdehlər X6 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Adıçəkilən mənzilə dair xx.xx.2010-cu il tarixində DƏDRX tərəfindən ******* saylı çıxarış verilmişdir. Qeyd edilən daşınmaz əmlak iddiaçıya mərhum həyat yoldaşı X3 miras əmlak olaraq qalmışdır. X26 12.09 1995-ci il tarixində cavabdeh X17 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların birgə nikahından xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 doğulmuşdur. Bir müddət sonra onlar arasında münasibətlər korlanmış və cavabdeh xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 götürərək 1999-cu ildə valideynlərinin yaşadığı evə getmişdir. Münasibətlərin bərpası mümkün olmadığından Xətai Rayon Məhkəməsinin xx.xx.2000ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Qeyd edilən tarixdən, yəni 1999-cu ildən cavabdehlə iddiaçıya məxsus olan mənzildə yaşamırlar. Qeyd edilən fakt qonşular X10, X4, X25 və X11 tərəfindən imzalanmış və notarial qaydada təsdiqlənmiş ərizə, Xətai rayonu 75 saylı MKİS tərəfindən təsdiqlənmiş akt və Xətai rayonu 75 saylı MKİS tərəfindən verilmiş 159 saylı xx.xx.2023-cü il tarixi: arayışla öz təsdiqini tapır. Cavabdeh özünə məxsus olan bütün əşyaları iddiaçıya məxsus olan mənzildən aparmışdır və iddiaçıya məxsus olan mənzildə ona məxsus olan heç bir əşya yoxdur. Cavabdehlər artıq 24 il yaxındır ki, iddiaçıya məxsus olan mənzilə gəlib-getmirlər və onların daimi yaşadığı yaşayış yerləri var. Cavabdehlərin onun mənzilinə qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda olmaları formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi hüquqlarını pozur. O, onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur, ikincisi, də cavabdehlərin onun mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Həmin mənzili özgəninkiləşdirmək istədikdə, onlardan razılığın alınması onun üçün əlavə problemlər yarada bilər. Şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlərin isə faktiki olaraq, başqa yerdə yaşaması amma iddiaçının mənzilndə qeydiyyatda olmaları onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq o bildirmişdir ki, cavabdehlər mübahisəli sahədən köçüb getdiklərinə görə və onların yaşayış sahəsinə ehtiyacları olmadığından onlara kompensasiya verilmədən istifadə hüquqlarına xitam verilməlidir. Cavabdehlər X22 və Cavabdeh2 iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdilər ki, onların Xətai rayonu, Sarayevo küçəsi, ev 15, mənzil 161 ünvanında yerləşən mənzildən istifadə hüquqları vardır. Əks halda iddiaçı X18 “istifadə hüququna xitam verilməsi” barədə iddia irəli sürməzdi. Belə ki, mübahisə ailə münasibətləri zəminində yaranmışdır. X2 Elşən Zaman oğlu ilə xx.xx.1995-ci il tarixdə rəsmi nigaha daxil olmuş və nikah Xətai rayonu VVADQ şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.1996-cı il tarixdə Kamran adlı oğulları dünyaya gəlmişdir. Onlar iddiaçı və ailə üzvləri ilə 1998-ci ilin iyun ayına kimi birlikdə yaşamışlar, lakin sonradan ailədə dözülməz şərait yaranmağı səbəbindən X22 oğlu Kamranı götürüb ata evinə getmişdir. Xətai Rayon Məhkəməsinin 2- 406/2000 saylı, xx.xx.2000-ci il tarixli qətnaməsi ilə X27 ilə X12 rəsmi nikahı ləğv edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-1078/2000 saylı, xx.xx.2000-ci il tarixli qətnaməsi ilə X7 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri qət edilmişdir. Mənzilə köçdükdən sonra orada sadəcə bir müddət yaşamışlar, cavabdeh və ailə üzvləri tərəfindən mənzildə yaşamaqlarına maneələr yaradılmış, elə bu səbəbdən mənzilə olan istifadə hüququndan istifadə edə bilməmişdir. Mənzilə gələrkən iddiaçı və ailə üzvləri tərəfindən mənzilin giriş qapısı onlara açılmamış, dəfələrlə mənzilə gəlsələr də mənzilə daxil ola bilməmişlər, bu barədə şifahi qaydada sahə müvəkkilinə müraciət etmişlər, lakin bu nəticə verməmişdir. Cavabdeh2 həmin illərdə azyaşlı olduğu üçün onun ev əşyaları o evdə qalmışdır, o, sadəcə geyim əşyalarını götürüb müvəqqəti olaraq valideynlərinin mənzilində məskunlaşmışdır. Həmin vaxt valideynlərinə məxsus 2 otaqlı mənzildə 7 nəfərin yaşaması mümkün olmadığından, istifadə hüququ müəyyən edilmiş Xətai rayonu, Sarayevo küçəsi, ev 15, mənzil 161 ünvanında yerləşən mənzildə yaşamaq istəsələr də cavabdeh və ailə üzvləri bundan imtina etmişlər. ünvan 1 ünvanında onların, yəni X7 və Cavabdeh2 istifadə hüququ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1617/08 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3893/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə təsdiq olunmuşdur. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Cavabdeh X12 vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X25 öz ifadəsində bildirmişdir ki, İddiaçı ilə qonşudur. Onlar 1982-ci ildən bir blokda yaşayırlar. Cavabdeh1 təxminən 1999, 2000-ci illərdən qeyd olunan ünvanda yaşamır. O vaxtdan bu günədək Cavabdeh1 və uşağını görməyib. Onların ailələrində baş vermiş hadisələr barədə Xədicə Salamovanın dediklərindən məlumat alıb. İş üzrə şahid qismində dindirilmiş X13 öz ifadəsində bildirmişdir ki, İddiaçı qonşusudur. Xədicə Salamova ilə yaşadıqları binaya 1978-ci ildə birlikdə köçüblər və həmin vaxtdan qonşu olublar. Xədicə Salamova ona bildirmişdir ki, gəli Cavabdeh1 evindən çıxıb getmişdir. İddiaçı ondan bu barədə məhkəmədə şahidlik etməsini xahiş etmişdir. O, iddiaçının ailəsində baş verən hadisələrlə maraqlanmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 73,83 kv.m olmaqla, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 75 saylı MKİS-i tərəfindən verilmiş arayışın surətindən görünür ki, X18 ünvan 1 ünvanında yaşayır. Qonşuların verdiyi akta əsasən gəlini Cavabdeh1, Cavabdeh2 bu mənzildə 1999-cu ildən qeydiyyatda olsalar da, yaşamırlar. İş materiallarında olan X16, X4, X25 və X13 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 15, mənzil 161 saylı mənzilin mülkiyyətçisi - X1 gəlini - X19 1999-cu ilin yanvar ayından heç kəsin xəbəri olmadan övladı Cavabdeh2 götürərək qeyd edilən mənzildən getmişdir və hal-hazırda 24 (iyirmi dörd) ilə yaxındır həmin mənzildə yaşamırlar. Qeyd edilən tarixdən, yəni 1999-cu ildən X19 və övladı Cavabdeh2 Bakı şəhəri, Sarayevo küçəsi, ev 15, mənzil 161 saylı mənzilə gəldiyini orada yaşadığını, qonşularla əlaqə saxlanıldığını görməmişlər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2008-ci il tarixli, 2(011)-1617/08 saylı qətnaməsi ilə iddiaçılar X9, X8, X14 cavabdeh X15 qarşı azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Sarayevo küçəsi, 15 saylı evin 161 saylı mənzilinə hüququnun itirilməsinə barədə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2-1078/2000 saylı qətnaməsi ilə X7 azyaşlı oğlu Kamranla birlikdə Bakı şəhəri, Sarayevo küçəsi, 15 saylı, evin 161 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(103)-3893/2008 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X7 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023-cü il tarixli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür kiCavabdeh2 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023-cü il tarixli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, mülki işin sənədlərini nəzərdən keçirərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (2009cu il oktyabrın 1-dək qüvvədə olan) 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daim yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1999-cu il 12 mart tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinin məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədar və ya onun ailə üzvlərinin müvəqqəti o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlardan məhrum etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-1078/2000 saylı xx.xx.2000-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X19 digər Cavabdeh2 ilə birlikdə Bakı şəhəri, Sarayevo küçəsi, 15 saylı evin 161 saylı mənzilinə köçürülmüşdür. Yuxarıda qeyd olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2008-ci il tarixli, 2(011)-1617/08 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, G.E.Baxşıyeva bir müddət mübahisəli mənzildə yaşadıqdan sonra iddiaçılar (X20, X18, X23) ona mənzildə oğlu ilə birlikdə yaşaması üçün yaratdıqları maneələr nəticəsində müvəqqəti olaraq valideynlərinin mənzilində yaşamaq məcburiyyətində qalmışdır. Bundan başqa həmin məhkəmə aktı ilə iddiaçı tərəfindən təqdim olunan aktlara münasibətdə müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2000ci il tarixli qətnaməsi ilə G.E.Baxşıyevanın Bakı şəhəri, Sarayevo küçəsi, 15 saylı evin 161 saylı mənzilində 1999-cu ildən yaşamamasına dair sübutlar araşdırılaraq hüquqi qiymət verildiyindən və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburi olduğundan G.E.Baxşıyevanın 1999-cu ildən mübahisəli mənzildə yaşamamasma dair sübutlann yenidən araşdırılmasına lüzum yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli sahəyə istifadə hüquqlarının yaranması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-1078/2000 saylı xx.xx.2000-ci il tarixli qətnaməsi ilə, onların mübahisəli mənzildə yaşadıqdan sonra X20, X18, X14 yaratdıqları maneələr nəticəsində müvəqqəti olaraq G.Baxşıyevanın valideynlərinin mənzilində yaşamaq məcburiyyətində qalmaqları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2008-ci il tarixli, 2(011)-1617/08 saylı qətnaməsi ilə müəyyən edildiyindən, həmin hallar hazırki iddia tələbləri çərçivəsində araşdırılmır. Həmin məhkəmə aktlarının qəbul edilməsindən sonrakı dövr ərzində cavabdehlərin mübahisəli sahədən köçüb getmələri və onların həmin sahəyə ehtiyacının aradan qalxması ilə bağlı iddia dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildən daimi olaraq başqa ünvana köçdüklərini, yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığını və ya onların başqa daimi yaşayış yerlərinin olduğunu sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Belə ki, iddiaçı ilə cavabdehlər arasında istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadığı üçün bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçı tərəf iddia ərizəsində kompensasiya təklifi irəli sürməmiş, məhkəmə iclasında kompensasiya ödənilməsi ilə razı olmadığını bildirmişdir. Bu səbəbdən hazırkı mülki mühakimə icraatı üzrə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə iddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-3956/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3956/2023
09.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver