Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3992/2021 23.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən tibbi xidmət üçün ödədiyi 6000 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülki dövriyyənin azad iştirakçısı kimi müqavilə bağlayıb cavabdehin xidmətlərindən yararlanmaq istəyərkən ona xeyli miqdarda maddi və mənəvi ziyanın vurulması halı ilə qarşılaşmışdır. Belə ki, 2015-ci ilin iyun ayında “Medholding*’ klinikasında diş həkimi kimi fəaliyyət göstərən Cavabdeh1 “vinir” diş qoyulması üçün müraciət etmişdir. Cavabdeh1la aralarında olan şifahi razılığa əsasən, 20 ədəd dişə lyumminir vinir qoyulması müqabilində 1 diş üçün 300 manat olmaqla, cəmi 6000 manat pul ödəmişdir. Bu dişlərə görə Cavabdeh1 ona yenə şifahi formada 10 il zəmanət vermişdir. Pulun ödənişinə dair heç bir çek və sair sənəd isə təqdim etməmişdir. Vinir dişlərin qoyulması başa çatdıqdan sonra çox vaxt keçmədən problemlər üzə çıxmağa başlamışdır, yəni alt çənə damağında stomatit (irinli iltihablaşma) yaranmış və buna görə cavabdeh həkim 3 ədəd dişinin sinirlərini çıxartmışdır. Lakin buna rəğmən yenə də son 3 il ərzində dişlərində problemlər mütəmadi davam etmişdir. Yararsız müalicə nəticəsində tam 3 il boyunca dişlərində yaranan problemlərdən mütəmadi əziyyət və ağrılar çəkmişdir. Dişlərində həssaslıq həddindən artıq artmış, müalicəsi əslində çoxdan başa çatmış olsa da, davamlı şəkildə müayinə olunmaq üçün həkimə getmək məcburiyyətində qalmışdır. Nəticə olaraq, xeyli miqdarda ödəniş etmiş, uğursuz və yararsız diş müalicəsi almış, dişlərində yaranan həssaslıqdan dolayı fiziki ağrıiztirab çəkmiş, vaxt itkisiylə üzləşmiş və bütün bunlardan dolayı mənəvi iztirab keçirmişdir. Bundan sonra, müalicədən artıq hər hansı yaxşı nəticə gözləməyin mənasız olduğunu anladıqdan sonra Cavabdeh1 öz narazılığını bildirmişdir. Bu zaman cavabdeh ona çox rahat bir şəkildə, razı olmadığı halda başqa həkimə müraciət etməsini söyləmişdir. Bundan sonra, xeyli sayda "vinir”lə işləyən həkimin yanında olmuş, dişlərini rentgen etdirmişdir. Rentgenə və dişlərinə baxaraq həkimlər eyni diaqnozu (Diaqnoz: dişlərin boyunlarında diş daşları və ərpləri yığışdığı üçün yerli gingivit yaranmışdır. Səbəb isə lamina vinirlərin düzgün hazırlanmamasıdır. Müalicə: diş daşlantəmizlənməli, küretaj (keyitmə ilə diş ətinin dərindən təmizlənməlidir. Sonrakı prosesdə vinirlər mütləq dəyişdirilməlidir) qoymuşdur. Bundan əlavə Cavabdeh1 müalicə etdiyi dişlərində qüsurlar və zədələnmələr (kistalar və s.) aşkar edilmişdir. Bir sıra digər ixtisaslı diş həkimləri ilə məsləhətləşdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh1 xeyli miqdarda ödənişinin qarşılığında onun dişlərinə qoyduğu “vinir” saxta imiş, daha doğrusu aralarında şifahi müqavilə bağlanarkən razılaşdıqları kimi, heç də bahalı və keyfiyyətli yox, əksinə ən ucuz və tamamilə keyfiyyətsiz “vinir”lə dişləri müalicə edilmişdir. Bundan əlavə, Cavabdeh1 tərəfindən dişlərinin müalicəsi (yonulması) zamanı dişləri travma almış (kistalar yaranmış), bununla əlaqədar həmin dişlərini yenidən müalicə etdirmək məcburiyyətində qalmışdır. Bundan əlavə həmçinin qeyd edir ki, vinirlər dişin üzərinə qoyulan çox nazik qat olduğu və qoyulduğu zaman dişlərin formasını aldığı üçün, estetik gözəllik səbəbilə vinir qoyulması zamanı bir çox hallarda mövcud dişlərin yonulmasına ehtiyac yaranır. Lakin, vinir diş qoyulması ilə bağlı tibbi məlumatlara görə, əgər vinirlərin qoyulması üçün dişlərin yonulması tələb olunursa, diş minası zəifdirsə, bu yolla vinirlərin qoyulması zərərlidir. Cavabdeh1 onun dişlərini vinir qoymaqdan əvvəl yonarkən səhvə yol vermişdir, dişlərinin minası zəif olduğu üçün vinir qoyularkən ya dişləri ümumiyyətlə yonulmamalı, ya da xüsusi həssasslıqla və incəliklə yonulmalı idi. Lakin, Cavabdeh1 dişlərini yonarkən diş minasını zədələmiş, nəticədə diş sinirlərinin üstü açılmış, bu da qış vaxtı olduğu üçün soyuğa həddindən artıq həssaslığın yaranmasına, güclü ağrılar çəkməsinə, hətta soyuq havanın qəbulu ilə əlaqədar danışmaqda belə çətinlik çəkməsinə səbəb olmuşdur. Həmçinin, həddən artıq həssaslıq yaranması səbəbilə, bir neçə dişinin ümumiyyətlə sinirini çıxartdırmalı olmuşdur, halbuki müalicə düzgün formada aparılsaydı buna ümumiyyətlə ehtiyac olmayacaqdı. Lyumminir vinir qoyulması zamanı ümumiyvətlə dişlərin yonulması tələb olunmur. Dişinə lyumminir vinir qoyulması üçün müraciət etdiyi halda, tibbi savadsızlığından istifadə edərək dişləri də yonulmuş, dişlərinə saxta vinirlər qoyulmuşdur. Burdan belə nəticə çıxır ki, Cavid Ourbanov dişlərinə vinir qovmazdan əvvəl onları müalicəvə hazırlayarkən tibbi səhvə vol vermiş, nəticədə dişlərini zədələmisdir. Cavabdeh1 və cavabdeh klinika tərəfindən uğursuz müalicə olunması nəticəsində ona xeyli miqdarda maddi ziyan vurulmuşdur. Çünki ödəmiş olduğu 6000 manat pulun müqabilində nəinki dişləri müalicə edilməmiş, hətta ona dişlərinin yenidən müalicəsi üçün xeyli miqdarda əlavə maddi zərər də dəymişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavabdeh qisməndə cəlb olunmasını,Cavabdeh1 tibbi xidmət üçün ödədiyi 6000 manat məbləğində pulun alınaraq ona qaytarılması, cavabdehlərdən müştərək qaydada 10000 manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh1 “Medholding Stomatoloji və Estetik Klinika”sının təsisçisidir. İddiaçı onun dostunun tanışı olmuşdur. Cavabdeh1 əvvəllərdə İddiaçı dişlərini müalicə etmiş və iddiaçı həmişə ondan razı olmuşdur. Cavabdeh1 tərəfindən İddiaçı dişlərinə vinir qapaqlar tibbi tələblərə düzgün riayət edilməklə qoyulmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.09.2020-ci il tarixli, 2(102)-2662/2020 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25.07.2019-cu il tarixli, 2(004)-330/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “maddi zərərə görə 16.970 manat, mənəvi zərərə görə 10.000 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehdən vurulmuş maddi zərərə görə 400 manat, hüquqi xidmətə görə 50 manat, ödənilmiş dövlət rüsumuna görə 10 manat olmaqla, cəmi 460 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.11.2019-cu il tarixli, 2(103)- 12578/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.09.2020-ci il tarixli, 2(102)-2662/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.11.2019-cu il tarixli, 2(103)- 12578/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Birinci, apellyasiya və kassasiya instansiyalarında məhkəmə baxışı zamanı işin müəyyən edilmiş mübahisəsiz halı ondan ibarət olmuşdur ki, iddiaçının dişlərinə qoyulmuş vinir qapaqlar nazik olduğundan, dişin öz rənginin üzə çıxmaması üçün onun dişlərinin yonulmasına Cavabdeh1 tərəfindən düzgün qərar verilmiş və icra edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddəsinə görə isə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.... Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvurantərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.2-ci madddəsinə əsasən mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinin tələblərinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla hesab edir ki, İddiaçı Cavabdeh1 tərəfindən dişlərinə vinir qovmazdan əvvəl onları müalicəvə hazırlayarkən tibbi səhvə vol verdiyini, nəticədə dişlərini zədələdiyini, uğursuz müalicə olunması nəticəsində ona xeyli miqdarda maddi ziyan vurulduğunu iddia etsə də, həmin hallar tərəflər arasında eyni mübahisə üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə təkzib olunmuş, dişlərin yonulmasına Cavabdeh1 tərəfindən düzgün qərar verildiyi və icra edildiyi təsbit edilmişdir. Göstərilənləri, həmçinin əvvəl baxılmış mülki işdə və hazırda baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin mümkünsüzlüyü müəyyən edildiyinə görə iddia tamamilə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-3992/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3992/2021
23.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver