Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4085/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı Cavabdeh qarşı “qohumluğun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia icraatı qaydasında verilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 14 mart 2018-ci il təvəllüdlü X4 qardaşı 14 iyun 1987-ci il təvəllüdlü X1 övladı olmasının müəyyən edilməsi, doğum haqqında akt qeydində uşağın soyadının “Ələkbərov”, adının “Əli”, ata adının “Səxavət” qeyd edilməsi, doğum qeydinin ata qrafasında “X2”, ana qrafasında isə “X5” qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2022-ci tarixli 2(011)-1239/2022 saylı qətnaməsindən görünür ki, X4 doğum faktı müəyyən edilmişdir. Hazırkı ərizənin mətnindən görünür ki, X4 atası ilə bağlı doğum haqqında şəhadətnamədə dəyişiklik edilməsi və onun X1 övladı olması halının təsdiq edilməsi tələb edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı tələb iddia icraatı qaydasında verilsə də, ərizənin məzmunundan görünür ki, tələb xüsusi icraat qaydasında baxılan işlərin sırasına aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində xüsusi icraat qaydasında baxılan işlərin dairəsi müəyyən edilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, hazırkı ərizəyə iddia icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər xüsusi icraat qaydasında həyata keçirilir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qanunvericiliyin tələbləri pozulmaqla iddia icraatı qaydasında verildiyindən, onun məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı “qohumluğun müəyyən edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4085/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4085/2023
17.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver