Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4248/2023 27.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 Vüsal oğluna qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Cavabdeh5 və Cavabdeh2 Vüsal oğluna qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları:
1. xx.xx.2022-ci il tarixdə 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26 ünvanında yerləşən ümumi sahəsi 69.33 kv.metr olan 49 saylı mənzilin İddiaçı tərəfindən alınmasına dair AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən çıxarış iddiaçıya təqdim edilmişdir.
2. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onun azyaşlı övladı Cavabdeh2 Vüsal oğlu iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26 ünvanında yerləşən ümumi sahəsi 69.33 kv.metr olan 49 saylı mənzildə pasport qeydiyyatındadırlar. Belə ki, Cavabdeh2 iddiaçıya məxsus mənzilin keçmiş mülkiyyətçisi, digər cavabdehlər isə həmin mənzilin keçmiş mülkiyyətçisinin yaxın qohumlarıdır. Müqavilə bağlanıldıqdan sonra onlar iddiaçıya məxsus mənzildən pasport qeydiyyatından çıxacaqlarına dair öhdəlik götürsələr də, bu günədək həmin mənzildə qeydiyyatda qalmaqdadırlar.
3. Hazırki iş üzrə cavabdehlərin İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatları formal xarakter daşıyır. Bundan əlavə, cavabdehlərin formal olaraq iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları bir mülkiyyətçi kimi İddiaçı mülkiyyət hüquqlarını pozur və o cavabdehlərin yerinə əlavə kommunal xərcləri ödəməli olur.
İddiaçının tələbi:
4. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onun azyaşlı övladı Cavabdeh2 Vüsal oğlunun iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26 ünvanında yerləşən ümumi sahəsi 69.33 kv.metr olan 49 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Cavabdehin etirazı:
5. Cavabdeh5 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etdiyini bildirmiş və qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxmağa razıdır, heç bir etirazı yoxdur.
6. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etdiyini bildirmiş və qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxmağa razıdır, heç bir etirazı yoxdur.
7. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etdiyini bildirmiş və qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxmağa razıdır, heç bir etirazı yoxdur.
İşdə iştirak edən şəxslərin izahatları:
8. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixli) iştirak edən Cavabdeh5 iddia tələbini qəbul etdiyini və sözügedən mənzildən qeydiyyatdan çıxmağa etiraz etmədiyini bildirmişdir.
10. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixli) iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etdiyini və sözügedən mənzildən qeydiyyatdan çıxmağa etiraz etmədiyini bildirmişdir.
11. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixli) iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini və sözügedən mənzildən qeydiyyatdan çıxmağa etiraz etmədiyini bildirmişdir.
12. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
13. xx.xx.2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26 ünvanında yerləşən 49 saylı mənzilin mülkiyyətçisi İddiaçıdur, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 Vüsal oğlu həmin mənzil üzrə qeydiyyatdadırlar.
14. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən, xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26 ünvanında yerləşən 49 saylı mənzilin ümumi sahəsi 69.33 kv.metr olmaqla, İddiaçı tam paylı mülkiyyətidir.
15. xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26 ünvanında yerləşən ümumi sahəsi 69.33 kv.metr olan 49 saylı mənzili alıcı İddiaçı tam mülkiyyətinə verməyi, alıcı isə 130000 manat məbləğində evin dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.
16. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən, xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26 ünvanında yerləşən 49 saylı mənzilin ümumi sahəsi 69.33 kv.metr olmaqla, Cavabdeh2 tam paylı mülkiyyətində olmuşdur.
17. xx.xx.2022-ci il tarixli **********213 saylı ərizəyə əsasən, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə dair alqı-satqı müqaviləsini rəsmiləşdirmək istədiyini bildirmiş, bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmamasını və ya ona həbs qoyulub-qoulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini təmin etməyi xahiş etmişdir.
18. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa əsasən xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi üzrə Cavabdeh2 tam mülkiyyətində olan mənzildə xx.xx.2022-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır.
19. xx.xx.2022-ci il tarixli “X1” AQİS-dən çıxarışa əsasən, X8 və X2 xx.xx.1983-cü il tarixində Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə 630 nömrəli akt qeydi aparılmışdır.
20. xx.xx.2022-ci il tarixli **********136 saylı ərizəyə əsasən, Cavabdeh1 həyat yoldaşına məxsus ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsinin bağlanmadığını bildirmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.
21. xx.xx.2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26 ünvanında yerləşən 49 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2dur, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 həmin mənzil üzrə qeydiyyatdadırlar.
22. xx.xx.2022-ci il tarixli Yaşayış yeri zrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26 ünvanında yerləşən 49 saylı mənzildə X5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 qeydiyyatı aktiv, X4 qeydiyyatı isə qüvvədən düşmüş kimi qeyd edilmişdir.
23. xx.xx.2022-ci il tarixli **********135 saylı ərizəyə əsasən, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.
24. xx.xx.2022-ci il tarixli **********132 saylı ərizəyə əsasən, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.
25. xx.xx.2022-ci il tarixli **********134 saylı ərizəyə əsasən, Cavabdeh5 ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.
26. xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin (1\1 hissə, 69.33 kv/m) 130000 manat qiymətə satlması barədə tərəflər razılığa gəlmiş, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini alıcı öz üzərinə götürmüş, alıcı bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul olunmasını, satıcı isə həmin məbləğin müvafiq müqavilə təsdi edildikdən sonra depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir.
27. xx.xx.2022-ci il tarixli 2819 nömrəli "xxxx" ASC-nin ASAN 6 şöbəsinə ünvanlanmış məktuba əsasən, İddiaçı tərəfindən ödənilməli olan 130000 manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra, 130000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 verilməsi üçün bankda olan X3 adına olan AZ8İİBAZ******************** saylı depozit hesabına qəbul olunması xahiş edilmişdir.
28. xx.xx.2022-ci il tarixli FJB**********837 saylı mədaxil orderinə əsasən İddiaçı tərəfindən 130260 manat məbləğində pul vəsaiti ******************** saylı depozit hesabına köçürülmüşdür.
29. xx.xx.2023-cü il tarixli **********215 saylı ərizəyə əsasən, 6 saylı Bakı ASAN Xidmət mərkəzi notariat ofisində xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Dövlət Reyestri Çıxarışı və Texniki Pasportu 15 gün ərzində verilməsi üçün İddiaçı ərizəsinin DƏDRX-nin Ərazi İdarəsinə göndərilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
31. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3 Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
33. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
34. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunu: 2.Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: ... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
36. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
37. İddianın əsasını cavabdehlərin Mənzilə dair istifadə hüququ ilə bağlı mübahisə təşkil edir. İstifadə hüququ Mülki Məcəllədə həm ayrıca bir hüquq kimi (MM 152.3), həm də mülkiyyət hüququnun tərkib hissəsi kimi müəyyən edilmişdir (MM 152.1). Hazırkı mübahisə Cavabdeh2 mülkiyyət hüququna aid olan istifadə hüququ ilə bağlıdır. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, Cavabdeh2 Mənzilin əvvəlki mülkiyyətçisi olmuş və onunla iddiaçı arasında bağlanmış, alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır.
38. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilə dair mülkiyyət hüququnu əldə etdiyi andan Cavabdeh2nin həmin mənzilə dair bütün hüquqları, o cümlədən istifadə hüququ itirilmişdir. Belə ki, əvvəla, cavabdehin istifadə hüququ, əvvəldə də qeyd edildiyi kimi, onun mülkiyyət hüququna bağlı olmuş, mənzilin satılması ilə cavabdehin mülkiyyətinə dair qeyd yazısı ləğv edilməklə, onun mülkiyyət hüququ, eyni zamanda mülkiyyət hüququna bağlı olan digər hüququları da itirilmişdir (MM 203 m). Cavabdeh mənzili özgəninkiləşdirməklə, mülkiyyət hüququndan birdəfəlik imtina etmiş, mənzillə bağlı bütün əlaqələrini daimi olaraq kəsmişdir.
39. Beləliklə, işin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətinə keçmiş və mənzilə dair onun mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. İddiaçı keçmiş mülkiyyətçinin və onun ailə üzvlərinin mənzili ona təhvil vermələrinə və onların qeydiyyatdan çıxmalarına əmin olaraq mənzili əldə etmişdir. Lakin alğı-satqı müqaviləsinin tərəfi olmuş satıcının yaxın qohumları Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 Vüsal oğlu hal-hazırda həmin ünvanda qeydiyyatdadır. İddiaçı ilə cavabdeh arasında hər hansı yaxın qohumluq əlaqələri mövcud deyil, habelə onlar iddiaçının ailə üzvləri də deyil. Cavabdehlərin həmin mənzildə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneələrə və həmçinin əlavə kommunal xərclərə səbəb olur. Eyni zamanda cavabdehlərin qeydiyyatı formal xarakter daşıdığından, onun həmin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığından, həmçinin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə olmadığından, cavabdehlərin həmin mənzildən istifadə hüququna xitam verilməlidir.
40. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1 ayrılıqda məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiklərini və sözügedən mənzildən qeydiyyatdan çıxarılmağa etiraz etmədiklərini bildirmişdirlər. Digər cavabdehlər məhkəmə iclasında iştirak etməsələr də, Cavabdeh3 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda notarial qaydada verilmiş xx.xx.2022-ci il tarixli ərizələrə əsasən, hər iki cavabdeh sözügedən mənzilin alğı-satqısına etiraz etmədiyini bildirmiş və həmin mənzili tərk edib, pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşdürlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
41. Məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdeh Nəriman Muradovun və Sara Muradovanın mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır.
42. Məhkəmə qeyd edir ki, Cavabdeh2 Vüsal oğlu xx.xx.2021-ci ildə anadan olmuşdur və yetkinlik yaşına çatmamışdır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır (MM 27).
43. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26, 49 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir.
Məhkəmə xərcləri:
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia tələbi təmin edilsin.
2. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 Vüsal oğlunun ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin.
3. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
4. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova