Məhkəmə qərarları › İş №2(011)-4299/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4299/2021

06.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4299/2021 06.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3280 manat maddi ziyanın, 3.000 manat mənəvi ziyanın, hüquqi yardıma görə ödənilmiş 70 manatın və 31 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin orta dekabr ayında ansı ilə birlikdə Bakı şəhərində Xətai rayonu, Gəncə prospekti 73 ünvanda yerləşən SAF-diş 393 K düzəltmə kabinetinə müraciət edərək 4 diş karonka- ağ keramika etmələrini xahiş etmişdir. Cavabdeh dişlərinə baxaraq dişlərinə karonka qoyacağını bildirmişdir. O, 2 böyük sağlam dişləri yonub ölçü götürmüş, sonra yeni il bayramıından sonra, 04.01.2020-ci il tarixdə gəlməsini demişdir. Həmin tarixdə Elnurun yanma gələndə karonkanı düzgün eləmədiyini görmüşdür. Karonkanı ağ deyil, sarı rəngdə keramika etmiş, 4-cü dişi isə keramiksiz etmişdir. Soruşduqda qəzəblənərək qışqırmış və demişdir ki, “texniki Turqana deyecək ki, başqa karonka düzəltsin.” Cavabdeh Elnura demişdir ki, “birinci karonkanı ver mənə” o isə dedi ki, “mən atdım.” Cavavdeh 25.01.2020-ci ildə ona 2-ci dəfə karonka qoydu. Növbəti dəfə dişin karonkası düzgün hazırlanmadığına görə karonka martın ortasına kimi qaldı. Bu səbəbdən də 2-ci karonka qoyması üçün dəfələrlə həkimə çox böyük çətinliklərlə müraciət etmək məcburiyyətində qaldı. Ona görə ki, karonkasının içini düzgün eləmiyib ora hava daxil olurdu dişlər və damağ ağrıdırdı. Dərmanlar içirdi və dərmanlarında ağrılarına heç bir xeyri yox idi və ağrılar başına vururdu. 2-ci karonka- 3 dəfə düzgün düzəltmədi. Belə ki, həkim Elnurun səhlənkarlığı nəticəsində mart ayının ortalarında dişin karonkasını çıxartdı ona görə ki, karonka laxlayırdı. 3-cü karonkanı Elnur 29.04.2020-ci ildə qoymuşdur. 22.05.2020-ci il ildə karonka tam düşdü. 3-cü dəfə də karonka düşdü ona görə ki, 6 dəfə yonduqdan sonra dişlərindən heç nə qalmadı. Bu xidmətlərə görə ondan 280 manat pul aldı və bu müddət ərzində taksilərə, dərmanlara əlavə pul xərcləmişdir. Hal-hazırda axrıncı 2 karonka var. Bundan başqa texnik Turqanın danışıq səsləri yazılmışdır. Belə ki, Elnur Turqana deyir ki, “3 dişinə karonkanı ağ keramika yox sarı keramika salginən 4-cü dişə isə keramika taxma.” Birinci gündən karonkanı düzgün düzətlmədiyinə görə əzab əziyyətləri başladı. 280 manat pulu birinci karonkanı düzgün salmadığı vaxtdan tələb etdikdə vermək istəmədi. Hal-hazırda dişləri o qədər yonulub ki, ora ancaq implant yolu ilə dişlər qoyulmalıdır. Onun da xərci 3000 manat təşkil edir. Dəfələrlə cavabdehə müraciət etsə də o aldığı pulu və dəymiş ziyanı geri qaytarmaq istəmir. Dəfələrlə həkimə gedib gəlmiş, mənəvi istirab və sarsıntı keçirtmişdir. Ona 3.000 manat məbləğində mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdeh QCavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Xətai rayonu, Gəncə prospekti 73 ünvanında yerləşən binanın birinci mərtəbəsində “Saf Denta"' diş klinikası fəaliyyət göstərir. Təxminən 5 ay əvvəl İddiaçı adlı şəxs ona müraciət edərək dişlərini keramika düzəltdirmək istəmişdir. 4 ədəd metal keramika sifarişini götürüb işləməyə başlamış, dişlərin düzəlməsi üçün Zöhrab 4 dəfə onun yanına gedib-gəldikdən sonra 4 ədəd keramik dişi hazırlayıb Zöhrabın sifarişini yerinə yetirmiş, o isə. razı qalaraq getmişdir. Təxminən 1 ay 10 gündən sonra Zöhrab onun yanına gələrək bildirmişdir ki. arxa dişinin sinirini çıxarmadan yonub təmizləyərək keramika düzəltsin. O da. onun dediyi formada düzəltdikdən sonra Zöhrab narazı qalmışdır. Sonra öz vəsaiti hesabına metal keramika düzəldib işi ona təhvil vermişdir. Heç bir qeyri-qanuni iş görməmiş, verilmiş sifarişi icra etmişdir. Müştərinin narazı olması səbəbindən dəfələrlə ona maddi ziyanı ödəməyə təklif etsə də, Zöhrab razılaşmamış, dəfələrlə iş yerinə gələrək onu narahat etmiş, işinə maneçilik törətmiş, şikayət edəcəyini bildirmişdir. Odur ki, məhkəmədən iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai RPl-nin 35-ci PB-nin təhqiqatçısı Uğur Məmmədovun 12.06.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı ərizə ilə Xətai RPİ 35-ci PB-nə müraciət edərək bildirmişdir ki, 2019-cu ilin dekabr ayında Xətai rayonu, Gəncə prospekti 73 ünvanında yerləşən stomatoloji klinikada işləyən Elnur adlı stomatoloqa müraciət edərək 4 dişini təmir etdirmiş, Elnura 4 dişin keramika ilə düzəldilməsi üçün 280 manat pul vermişdir. Dişləri düzələndən sonra ona məlum olmuşdur ki, Elnur onun dişlərini yaxşı təmir etməmiş və dişləri xarab olmuşdur. Odur ki, Elnur adlı şəxsin barəsində tədbir görülməsini və məhkəmə-tibbi ekspertizasında tibbi müayinədən keçmək istədiyini bildirmişdir. Araşdırma ilə əlaqədar İddiaçı ərizəsinə göstərdiyi xüsusatlarla bağlı izahat verməsi təklif olunmuş, lakin sonuncu ərizəsində göstərilənləri təsdiq etsə də izahat verməkdən imtina etmişdir. Materiala əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 11.06.2020-ci il tarixli 27/KEŞ saylı rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir travmatik xəsarət və xəsarət izinin olması müəyyən edilməmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı onun ağız boşluğunda tibbi manipulyasiya ilə bağlı hər hansı bir pataloji dəyişikliklərin olması müəyyən edilməmişdir. Aparılmış araşdırma zamanı Cavabdeh İddiaçı dişlərini düzəldən zaman dişlərini xarab etməsi faktında cinayət tərkibi müəyyən edilməmişdir. Buna görə də İddiaçı ərizəsi əsasında toplanmış materialda Cavabdeh əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin olmadığı, tərəflər arasında yaranmış mübahisənin Azərbaycan Repsublikası Mülki qanunvericiliyi ilə tənzimləndiyini nəzərə alaraq toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı dəymiş maddi ziyanın tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmənin 03.06.2021-ci il tarixli, 2(011)-4299/2021 saylı qərardadı ilə İddiaçı dişlərində keramika-karonka qoyuluşu zamanı baş vermiş narahatlıqların (diş və damaqda ağrılar) Cavabdeh ağardığı müalicənin təsirindən olması, müalicə (keramikanın-karonkanın qoyulması, dişlərin yonulması, ağız boşluğunda tibbi manipulyasiya, patoloji dəyişikliklər) düzgün aparılması və səhv müalicə aparıldığı təqdirdə, dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X3- Təcrübi və Tədris Birliyinin 01.09.2021-ci il tarixli, 2597 saylı ekspert rəyinə əsasən, İddiaçı adına hər hansı bir tibbi sənəd tərtib edilmədiyi üçün ona aparılmış müalicələr (keramikanın- karonkanın qoyulması, dişlərin yonulması, ağız boşluğunda tibbi manipulyasiya və patoloji dəyişikliklər) haqqında fikir söylənilməsi mümkün olmamışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı onda kliniki, rentgenoloji və cərrahi patologiyalar qeyd edilməmişdir. İddiaçı hal-hazırda ortopedik baxımdan yenidən yonulan dişlərin ortoped-stomatoloq tərəfindən dental implantasiya olunmasına ehtiyac vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1112-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Məcəllənin 1118.1-ci maddəsinə görə isə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MMnin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı dişlərinə qapaq qoyulması prosesində aparılmış müalicənin düzgün olmaması nəticəsində iddiaçının iki dişinin yalnz implantasiya yolu ilə bərpasının mümkünlüyü, hazırda ölkədə bir diş üçün implantasiya xərclərinin 650-850 manat arasında olması təsbit edilmişdir. Göstərilənləri nəzərə alara məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən dişlərin müalicəsinə görə ödənilmiş 280 manat, habelə iki dişin implsntasiyası üçün 1400 manat, həmçinin dəymiş mənəvi zərərin əvəzi qismində 300 manat tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin, iddia tələbinin “cavabdehdən hüquqi yardıma görə ödənilmiş 70 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki üş üzrə nümayəndənin yardımına görə tələb olunan 70 manat məbləğini ağlabatan məbləğ hesab edərək təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə 30 manat dövlət rüsumunun 10 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilməsin. Cavabdeh müalicə üçün ödənilmiş 280 manat, iki diş üçün 1400 manat imlantasiya xərci, nümayəndəyə çəkilən xərclərə görə 70 manat və ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi olmaqla, cəmi 2060 (iki min altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar