Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-434/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi ŞərtlərləmTəyinat üzrə Mərkəzi filialının nümayəndəsi X2 Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq ödənilmiş 1086,51 manat məbləğində dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 02.06.2020-ci il tarixində ərizə ilə müraciət edərək mərhum həyat yoldaşı X1 18.02.2020-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin ödənilməsi xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.8-ci maddəsinin 01.01.2021-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyaçısı vəfat etdikdə ona təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi onun vəfat etdiyi gündən dayandırılır. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh həyat yoldaşının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına 31.02.2020-ci il tarixindək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adı çəkilən şəxs tərəfindən 1686,51 manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X7 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 42.2-ci maddəsinə uyğun olaraq İdarə Şükürzadə ölkə üzrə əmək pensiyasının minimum məbləğinin üç misli miqdarında dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1686,51 manat məbləğindən çıxılmış, qalan 1086,51 manat məbləğində pul vəsaiti isə bügünədək Mərkəzi Filialın hesabına qaytarılmışdır. İddiaçı qurum tərəfindən Cavabdeh yaranmış 1086,51 manat borcu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə 10.11.2020-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirmişdir. Lakin cavabdeh tərəfindən dövlət vəsaiti geri qaytarılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, mərhum həyat yoldaşı X4 18.02.2020-ci il tarixində vəfat etmiş, onun pensiya kartı isə cavabdehdə olmuşdur. Lakin o, həmin kartdan yalnız mərhumun dəfni üçün müavinətı almışdır, qalan məbləği almamışdır. Məhkəmə tərəflərin izahatlarını və mülki işmateriallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan AZ seriyalı 040737 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 18.02.2020-ci il tarixində ölmüşdür. İş materiallarında olan Cavabdeh DSMF-nən XŞTİ-nə ünvanladığı ərizənin surətindən görünür ki, həyat yoldaşı FHN pensiyaçısı X5 18.02.2020-ci ildə vəfat etdiyi üçün dəfn xərcininin öna ödənilməsinə sərəncam verməyi xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 21.01.2022-ci il tarixli 157000/2-293 nömrəli və 11.03.2022-ci il tarixli 1570002-1189 nömrəli məktublarına əlavə edilmiş X3 məxsus ödəniş kartı üzrə çıxarışlardan görünür ki, karta 01.02.2020-30.06.2020-ci il tarixlərində 1976,12 manat məbləğində vəsait mədaxil edilmiş, 1976,87 manat məbləğində vəsait isə məxaric edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.8-ci maddəsinin 01.01.2021-ci il tarixinədək qüvvədə olmüş redaksiyasına əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısı vəfat etdiyini gündən dayandırılır. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (MM-in 386.1-ci maddəsi). Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin Cavabdeh münasibətdə mövcud olduğu müəyyən edilmişdir. Belə ki, həmin şəxs hər hansı qanuni və ya müqavilə əsası olmadan mərhum həyat yoldaşı vəfat etdiyindən sonra 3 ay ərzində mərhumun pensiya katrına köçürülmüş 1976,87 manat məbləğində büdcə vəsaitini kartdan çıxartmışdır. Həmin məbləğdən mərhumun dəfni üçün müavinətin məbləği çıxdıqdan (1976,87-600=1086,51) sonra, məlum olur ki, cavabdeh mərhumun ölümündən sonra ona hesablanmış pensiyanı, yəni 1086,51 manat məbləğində pul vəsaitinin mərhumun pensiya kartından çıxaraq əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM 1092.1-ci maddəsi). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (MM 1092.1-ci maddəsi). Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir (MM 1092.3-cü maddəsi). Yuxarıda istinad edilən qanunvericilik aktı normasının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh hər hansı bir əsas olmadan dövlət büdcəsi vəsaiti hesabına əsassız varlandığına görə onun həmin pulu geri qaytarmaq öhdəlikləri yaranmışdır. Odur ki, iddia təmin edilərək 1086,51 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şəsrtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi dövlət təşkilatı tərəfindən verildiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 1086,51 manat məbləğindən hesablanmalı olan dövlət rüsumunun məbləği, yəni 30,86 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, kiçik iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1086,51 (bir min səksən altı manat əlli bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilsin. 30,86 (otuz manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-434/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-434/2022
31.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver