Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4351/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı "maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3000 manat maddi zərər, 10000 manat mənəvi zərər olmaqla, cəmi 13000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin məsul şəxslərinin səhlənkarlığı üzündən baş vermiş cinayət hadisəsi ilə əlaqədar xüsusi qərardad çıxarılaraq Baş prokurorluğa göndərilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Türkiyə Respublikasının vətəndaşıdır və Azərbaycanda mühasib vəzifəsində çalışır. xx.xx.2021-ci il tarixdə axşam işdən evə gedərkən alış-veriş məqsədi ilə “Bizim Market"in Bakı şəhəri Binəqədi rayonu, B.Sətdarzadə, 50 ünvanında yerləşən mağazasına girmiş, mağazanın qapısında mühafizəçi-nəzarətçi əlində olan əşyaların resepşində saxlama yerlərinə qoyması barədə göstəriş vermişdir. O da, əlində olan qara rəngli dəri materialından, qısa müddət əvvəl 450 manata aldığı “Guard" markalı sənəd çantasını içərisində olan şəxsi əşyaları, iş proqramları yüklənmiş və bütün mühasiblik fəaliyyəti yaddaşında olan 2018-ci ildə 750 manata aldığı “Noutbuk", (oğurlandıqdan sonra aldığı noutbukun dəyər 1200 manat idi. əlavə olaraq 450 manat pul qoydu ki, yeni noutbuk alsın) mühasib kimi xidmət etdiyi bir neçə şirkətin maliyyə-hesabat sənədləri, həmin şirkətlərin ona verdikləri etibarnamələr, müqavilələr, 2 ədəd bank çek kitabçası, içərisində mühasibi olduğu "xxxx" MMC-yə məxsus, MMC-nin direktorunun gömrük əməliyyatı aparmaq üçün verdiyi 1330 AZN olan pul zərfi ilə birlikdə adını bilmədiyi, üzdən tanıdığı cavan xanıma vermiş, həmin şəxs çantanı özünün dayandığı yerdə divara bərkidilmiş, üstündə ağ metaldan kilid yerləri olan, lakin kilidlənməyən saxlanc yerlərindən birinə qoyub qapısını örtmüşdür. Təxminən 40 dəqiqədən sonra qayıtdıqda əməkdaş onun çantasını bir nəfər oğlana verdiyini bildirmiş, ondan çantanı nəyə görə başqasına verdiyini soruşanda, çaşdığını bəhanə gətirmişdir. Narazılıq edib polisə şikayət edərkən mağazanın rəhbərliyi çantanın bir neçə günə tapılacağını, tapılmayacağı təqdirdə çanta ilə birlikdə oğurlanmış əmlakların 1220 manat məbləğində dəyərini və 1339 manat məbləğində nəğd pulu maddi ziyan olaraq hökmən ödəyəcəklərini bildirsələr də, bir neçə gündən sonra onu kobudluqla qarşılayaraq hara istəyirsə şikayət etməsini, heç bir maddi ziyan ödənilməyəcəyini bildirmişlər. Faktla bağlı polis orqanları tərəfindən araşdırma aparılaraq Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi İlqar Həmidov tərəfindən xx.xx.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cavabdeh “Bizim Market"in müvafiq əməkdaşları məsuliyyət daşıyır. Burada oğurluq cinayəti ilə yanaşı müvafiq mağazanın vəzifəli şəxsləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə səhlənkarlıq cinayəti törətmişdir. Buna görə işin sonunda xüstsi qərar çıxarılaraq Azərbaycan respublikası Baş prokuroruna göndəriİməldiir. Hesab edir ki, eyni zamanda digər zəruri istintaq hərəkətlərinin aparılması ilə sübut oluna bilər ki, əmlakının oğurlandığı mağazanın müdiriyyəti və vəzifəli şəxsləri tərəfindən işlərinə vicdansız və laqeyd münasibət olmuş, bunun da nəticəsində öz xidməti vəzifələrini, yəni, saxlanc yerinin tələb olunan vəziyyətdə saxlanılmasına gündəlik nəzarət vəzifəsini lazımi qaydada yerinə yetirməmiş, bunun da nəticəsində onun qanunla qorunan mənafeyinə mühüm maddi və mənəvi zərər vurulmuşdur. Halbuki, çantasının qoyulduğu saxlanc yeri açarla bağlansaydı və açar ona verilsəydi, əmlakı oğurlanmazdı. Hesab edir ki, yuxanda şərh olunanlardan əlavə mənəvi zərərlə bağlı əlavə şərh verməyə ehtiyac yoxdur. 2 il müddətində haqqını tələb etmək üçün dəfələrlə Binəqədi RPİ, Binəqədi Prokurorluğu, digər dövlət orqanları və dəfələrlə Bizim Marketə gedərək əsəb və sarsıntılar keçirtmiş, şikayət ərizələri yazaraq həm maddi, həm mənəvi əzabla çəkmişdir. Nizamnamə kapitalı 7 milyondan çox, dövriyyəsi 100 milyon manata çatan bir mağaza şəbəkəsinin dəymiş cüzi zərər məbləğini bu illər ərzində ödəməməsi qanunlara hörmət etməmək və hegemonluğun nəticəsidir. Dövlət qurumları isə belə böyük şirkətə himayədarlıq edərək məsuliyyətdən yayınmasına şərait yaradır. Cavabdeh MMC iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbləri tamamilə əsassızdır. Belə ki, həm iddia ərizəsində göstərilənlərlə, həm də iddia ərizəsinə əlavə edilmiş sənədlərlə oğurlanmış əşyaların məhz iddia ərizəsində qeyd edilənlərdən ibarət olduğu və ya həmin əşyaların ümumiyyətlə orada olub-olmadığı, eləcə də onların dəyərinin 3000 manat təşkil etdiyi sübut edilmir. Bəllidir ki, belə bir faktın olduğunu dəlillərlə sübut və təsdiq etmək mülki-prosessual qanunvericiliklə birbaşa iddiaçının vəzifəsidir. İddia ərizəsində qeyd edilənlərin həqiqiliyini, düzlüyünü göstərən fakt, mülahizə, müddəa, dəlil və s. də məhz iddiaçı tərəfindən məhkəməyə təqdim edilməlidir. Əks-təqdirdə iddia ərizəsində oğurlandığı bildirilən əşyaların həm siyahısını, həm də dəyərini dəfələrlə artıq və ya fərqli göstərmək mümkündür. Digər tərəfdən içərisində dəyərli məlumatlar, sənədlər, noutbuk, xüsusilə də xeyli məbləğdə pul olan çantanın kilidi olmayan açıq yerə qoyulması, iddiaçının ən azı pulu üzərində götürməməsi olduqca şübhəlidir. Bu halın gerçək tərəfi dəlil göstərməklə, sübuta yetirməklə, şübhəyə yer qoymadan məhz iddiaçı tərəfindən ortaya çıxarılmalıdır. Bundan başqa iddia ərizəsinə diqqət yetirdikdə bəlli olur ki, “dəymiş maddi zərərin” miqdarı da iddiaçı tərəfindən fərqli hesablanmışdır. Belə ki, iddia ərizəsinin 1-ci səhifəsində zərər (450 + 750 + 450 + 1339) 2989 manat göstərildiyi halda, 2-ci səhifəsində (1220 + 1339 = 2559 + 450) 3009 manat qeyd edilmiş, tələb hissəsində isə maddi zərərin miqdarını təşkil edən 3000 manat məbləğində pulun cavabdehdən tutulması məhkəmədən xahiş edilmişdir. Bütün bunlar iddia ərizəsində göstərilənlərin əsaslı olnasına dair çox ciddi şübhələr yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və va təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, bu hissədə də iddia tələbi tamamilə əsassızdır. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, yuxarıda göstərilənlərdən göründüyü kimi, iddia tələbinin maddi zərər hissəsi iddiaçı tərəfindən sübut edilməmişdir. Belə olduğu halda müvafiq olaraq mənəvi zərərdən də söhbət gedə bilməz. Hazırki halda “iddia ərizəsində göstərilən xüsusatların” iddiaçının şüuruna göstərdiyi təsiri, onda yaratdığı mənfi psixoloji reaksiyanı, keçirdiyi mənəvi və fiziki iztirabların xarakterini və dərəcəsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə hesab edir ki, İddiaçı iddia tələblərinin dəlilləri formal mülahizələrdən ibarətdir, əsassızdır, ümumiyyətlə sübut edilməmişdir və müvafiq olaraq iddia təmin olunmamalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmədən iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin tədqiqatçısı, polis kapitanı Zaur Qüdrətovun xx.xx.2021-ci il tarixli materialın aidiyyatı üzrə göndərilməsi haqqında qərarının surətindən görünür ki, xx.xx.2021-cı il tarixdə X4 ərizə ilə Binəqədi RPİ-rıin 5-cı PB-nə müraciət edərək, xx.xx.2021-cı ıl tarixdə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən "xxxx" Ticarət mərkəzinə daxıl olaraq girişdə oranın işçisinə özünə məxsus olan noutbuku təhvil verdiyini, geri qayıtdıqda noutbuku oradan artıq başqa bir muştərinin götürüb getdiyini bildirmiş, bununla bağlı noubukunun tapılaraq qaytarılmasına köməklik göstərilməsini və hadisədə günahkar şəxslər cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. Müraciətlə bağlı aparılmış təhqiqat araşdırması zamanı izahatı alınmış X4 bildirmişdir kı, xx.xx.2021-cı ıl tarixdə saat 15:52 radələrində Binəqədi rayonu S.Bəhlulzadə küçəsində yerləşən Cavabdehə daxil olmuşdur, marketin daxili qaydalarına əsasən, müştəri əşya ilə içəri daxıl olduqda əlində olan əşyaları girişdə təhvil verməlidir, o da, əlində olan içərisində bir ədəd “Lenovo” markalı noutbuk, 2 ədəd iş dəftəri, 1 ədəd "xxxx" ASC-nin çek dəftəri və digər sənədlər olan noubuk çantasını girışdəkı xanım işçıyə təhvil vermiş, o da, çantanı təhvil alaraq dolabın içərisinə qoymuşdur. Təxminən 40 dəqiqə marketdə qaldıqdan sonra yenidən əşya təhvil verilən yerə yaxınlaşıb çantanı götürmək istədikdə xanım işçi onun çantasını tapa bilməmişdir. Sonra özü dolabların yanına keçərək çantanı axtardıqda da, tapa bilməmişdir. Bütün bunlardan sonra onlar məcbur qalıb təhlükəsizlik işçilərinə müraciət etmişlər və mağazada olan müşahidə kameralarının görüntülərinə baxdıqda müəyyən etmişdirlər ki, tanımadıqları bır oğlan onun çantasını götürərək mağazanı tərk edir. Əlavə etmişdir ki. noutbuk çantasının içərısındə sənədlərdən əlavə 1339 manat məbləğində pul da var imiş. Hadisə nəticəsində ona ümumilikdə 2139 manat məbləğində maddi ziyan dəymişdir. Təhqiqat zamanı izahatı alınmış “Bizim Market"-in işçisi X2 bildirmişdir ki, 8 aydır ki, marketdə kassir işləyir. O mağazanın ekspress kassasına baxır. Həmin kassada xırda alışverişlər baş verir və o məhz həmin otdelə təhkim olmuşdur. Ekpsress kassadan əlavə ona tapşırıq verilib ki, mağazaya gələn müştərilərin əllərində olan əşyaları təhvil alaraq dolablara qoysun və əşyalara nəzarət etsin. Müştərilər əşyalarını ona təhvil verdikdən sonra o qeyd olunan əşyaları dolablara qoyub müştərilərə şifahi olaraq dolabın nömrəsini deyir ki, çıxdıqda müştərilər ona nömrələrini deyərək əşyalarını təhvil alsınlar. Mağaza böyük olsa da, əşya təhvil verilmə yeri bir dənədir, əşyaların hamısına o nərazət edir və müştərilərin saylarının çox olduğunu nəzərə alaraq hansı müştərinin nə təhvil verdiyini yadda saxlamaq mümkün deyil. xx.xx.2021-ci il tarixdə saat təxminən 15 radələrində sonradan adını Gülnarə kimi bildiyi xanım müştəri mağazaya daxil olaraq ona yaxınlaşıb çantasını vermiş və o təhvil alaraq yadında qalmadığı dolaba qoyub xanıma nömrəsini demişdir. Bir qədər sonra onu digər işçi əvəz etmiş və o kənara su içməyə keçmişdir. Yenidən iş masasına qayıtdıqda görmüşdür ki, bir neçə şəxs yığışıb nəsə axtarırlar. O həmin şəxslərdən nəyi axtardıqlarını soruşduqda Gülnarə xanım bildirmişdir ki, çantasını axtarır. Onlar həmin xanımla təhlükəsizlik kameralarına baxdıqda müəyyən etmişdir ki, bir nəfər cavan oğlan ona yaxınlaşır və o, xanımın çantasını həmin şəxsə verir. Bundan sonra onun yadına düşmüşdür ki, həmin şəxs ona yaxınlaşaraq əlini çantaya uzadaraq həmin çantanın içərisində noutbuk olduğunu bildirir və o düşünmüşdür ki, noutbuk həmin şəxsə məxsusdur və o noubuku qeyd olunan şəxsə təhvil verir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialın üzrə araşdırmanın davam etdirilməsi üçün Binəqədi RPl-nin İstintaq şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru X1 xx.xx.2021-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında Binəqədi RPlnin 5-ci PB-də toplanmış materiallar xx.xx.2021-cı il tarixli aidiyyət qərarı ilə İŞ-nə göndərilmişdir və faktla əlaqədar Azərbaycan Respublikası CM-nin 177.1-cı maddəsi ilə ********* saylı cinayət işinin başlanması və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şahidin dindirilməsi protokolunun surətindən görünür ki, ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, dükanın nüşahidə kameralarının görüntülərinə baxdıqda həqiqətən də həmin qadın müştəri ona bir ədəd noutbuk çantası təhvil verərək dükana daxil olduğu, bundan təxminən 5-10 dəqiqə sonra ora bır nəfər cavan oğlanın yaxınlaşaraq həmin çantanı ondan istəyərək götürüb getdiyi müəyyən edilmişdir. Həmin saxlama rəflərinin üzərində qıfıl və identifikasiya talonları olmadığından nəzarətçilər müştərinin sözünə inanaraq əşyaları təhvil verirlər, eləcə də o. Həmin hadisə vaxtı da çantanı ondan təhvil alan oğlandan içərisındə nə olmasını soruşduqdan və həmin şəxs içərisində kompüter, fayllar və bloknot olmasını sadaladıqdan sonra inanaraq çantanı ona təhvil vermişdir. İş materiallarına əlavə olunmuş AR DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli 005-17117 nömrəli məktubun surətindən görünür ki, əmlakının oğurlanması ilə bağlı tədbir görülməməsi ilə bağlı iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, cinayət işi ilə bağlı hadisə yerinə baxış keçirilmiş, zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmış və əməliyyat tapşırığı verilmişdir. Hazırda cinayətin açılması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 0000-000629 nömrəli kassa mədxil qəbzinin surətindən görünür ki, Ayna Sultanova küçəsində yerləşən “Prime” mağazasından alınmış “Guard” markalı kişi çantasının qiyməti 399 manat təşkil edir. 20 faiz endirimdən sonra çanta iddiaçıya 319 manata satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MMnin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla hesab edir ki, Cavabdeh MMC-nin işçisi X2 tərəfindən öz vəzifə funksiyalarının lazımi qaydada icra olunmaması nəticəsində İddiaçı “Guard” markalı kişi çantasının oğurlanması və ona 319 manat məbləğində maddi ziyanın vurulması işin mübahisəsiz halıdır. Bununla yanaşı, iddia ərizəsində iddiçı tərəfindən əşyalarının oğurlanması nəticəsində ona cəmi 3000 manat maddi zərərin dəydiyi göstərilsə də, bu barədə onun tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən təhqiqt araşdırması zamanı verdiyi izahatında hadisə nəticəsində ona ümumilikdə 2139 manat məbləğində maddi ziyanın dəyməsinin göstərilməsi, iddia ərizəsində isə həmin zərərin məbləğinin 3000 manat məbləğində müəyyən edilməsi, qısa müddət əvvəl çantanı 319 manata almasına baxmayaraq, iddia ərizəsində bunu 450 manat kimi qeyd etməsi ziddiyyətli olmaqla yanaşı, dəymiş ziyanın məbləği ilə bağlı iddiaçının dəlillərinin düzgün olmaması ehtimalı üçün əsas verir. Həmçinin, marketə alış-veriş üçün gəlmiş şəxsin (hazırki halda iddiaçının) pulunu və kartlarını noutbuk çantasında qoyması barədə mülahizələri də məntiqə uyğun olmamaqla, məhkəməyə inandırıcı görünmür. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Göstərilənləri nəzərə alara məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən “Guard” markalı kişi çantasının oğurlanması nəticəsində dəymiş 319 manat və dəymiş mənəvi zərərin əvəzi qismində 300 manat tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, “törədilmiş cinayətlə bağlı xüsusi qərardad çıxarılması” barədə iddiaçının xahişi təmin olunmamalıdır. Belə ki, MPM-nin 265.4-cü maddəsinə görə, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. İş materiallarından da müəyyən olunduğu kimi, hazırda İddiaçı müraciəti əsasında Binəqədi RPİ-nin İŞ-də faktla əlaqədar Azərbaycan Respublikası CM-nin 177.1-cı maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və istintaqı aparılır. Eyni zamanda, məhkəmə tərəfindən hazırki mülki mübahisəyə baxılarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayət əlamətlərinin olduğu aşkara çıxarılmamışdır. Xüsusi qərardadın çıxarılması məhkəmənin səlahiyyətinə aid olduğundan və hazırda belə bir qərardadın qəbul edilməsi üçün heç bir əsas olmadığından iddiaçının göstərilən xahişi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə 129 manat dövlət rüsumunun 6,45 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən dəymiş maddi zərərə görə 319 manat, mənəvi zərərə görə 300 manat və ödənilmiş dövlət rüsumunun 6,45 manatı olmaqla, cəmi 625,45 (altı yüz iyirmi beş manat 45 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-4351/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4351/2022
06.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver