Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4366/2024 07.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçı1 nümayəndəsi (vəkili) Cavabdehin nümayəndəsi X2 Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “digər” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “digər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən cavabdehin üzərinə sürüşmə zonasında bina tikintisini qadağan etmək, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququnu qanunla məhdudlaşdırmaq, hasarlanmış ərazini açmaq, tikinti zibillərini təmizləmək, ərazini yaşıllaşdırmaq, qurumuş ağacları yeniləri ilə əvəzləmək, çıxarılmış ağacların yerinə yenilərini əkmək, əraziyə söhbətgahlar, əlillərin arabaları üçün xüsusi yerlər qoymaq, qocalara və uşaqlara oturacaqlar üçün istirahət yerləri yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
2. Daha sonra xx.xx.2024-cü il tarixdə İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 170.1 bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 2011-ci il 31 mart tarixli 3 nömrəli Qərarı. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Məhkəmənin mövqeyi:
5. Məhkəmə ərizəni, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən hazırki iddia ərizəsi geri qaytarılmalıdır.
6. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli Qərarında qeyd edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur (§4).
7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170.1.-ci və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “digər” tələbinə dair mülki iş üzrə İddiaçı2 tələbinə dair hissədə iddia ərizəsi geri qaytarılsın.
2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova