Məhkəmə qərarları › İş №2(011)-4415/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4415/2022

03.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4415/2022 03.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı X18 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X18 qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair ilkin iddiası ; Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X21 qarşı mənzilə köçürülmə və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X29 qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşı şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilə dair mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X21 qarşı ilkin iddia tələbinin tam rədd edilməsi, onun və hazırda hərbi xidmətdə olan oğlu X4 ünvan 2, 27 saylı mənzilə köçürülməyi, ünvan 2, 27 saylı mənzilin alqı-satqı, bağışlanma müqavilələrinin etibarsız hesab olunaraq ləğv edilməsi, Bakı şəhəri,Xətai rayonu,Əhmədli qəsəbəsi,Gəncə Prospekti ev 109, 27 saylı mənzilə dair X20 adına olan ********** nömrəli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi, X26 onu və oğlu-Elmar Allahverdiyevi qeydiyyatda olduqları və yaşamaq hüquqları olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə Prospekti ev 109, 27 saylı mənzilə buraxmadığına görə xx.xx.2002-ci ilin sonundan başlayaraq (20 il=240ay) hazırki tarixdək hər ay yaşayış sahəsinin kirayəsinə görə 240(ay)x250manat=60.000manat kirayə haqqının X13 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,75 kv.metr olan 27 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışla ********** saylı Qeydiyyat nömrəsinə əsasən, iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh onun bacısıdır. O, ilk öncə alqı-satqı müqaviləsi əsasında sözügedən mənzili mərhum anasına satmış (bununlada cavabdeh mülkiyyət hüquqlarını itirmişdir), alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə keçmiş həmin mənzili isə anası xx.xx.2007-ci il tarixində bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlamışdır. Cavabdeh bağışlama müqaviləsi əsasında iddiaçının mülkiyyətinə verilmiş mənzildə ümumiyyətlə yaşamamışdır. Belə ki, Cavabdeh iddiaçıya məxsus mənzilin 2009-cu ildən əvvəl mülkiyyətçisi olduğundan hazırkı mübahisə üzrə hüquq münasibətləri də həmin ildə yaranmış hesab olunmalıdır. Bu əsasla Cavabdeh hüquqi vəziyyəti münasibətlərin yarandığı dövrdə qüvvədə olan 1982-ci ilə aid Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Müvafiq olaraq həmin Məcəllənin 60-cı maddəsinə əsasən, "İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Eyni zamanda, həmin maddənin sonuncu bəndində təsbit edilmişdir ki, “Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. " Bu normalardan da göründüyü kimi, cavabdeh iddiaçıya məxsus mənzildə uzun müddətdir ki yaşamadığından mənzildən mülkiyyət hüququnu itirdiyi vaxtdan 6 ay sonra onun istifadə hüquqlarımn itirilməsi üçün əsas yaranmış və faktiki olaraq o, mənzilə dair istifadə hüququnu həmin vaxtdan itirmişdir. Göründüyü kimi hazırki mübahisə üzrə cavabdeh şəxsin onun mənzilindən uzun müddət öncə getməsi, özünə başqa yaşayış yeri seçməsi şəxsin iddiaçıya məxsus mənzil üzrəində mülkiyyət hüquqlarının itirilməsi hesab edilməsinə dəlalət edir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən lakin qeydiyyatda olduğu həmin mənzildə yaşamır, çünki cavabdeh onu və oğlunu mənzilə buraxmır, ona qarşı iddia ərizəsini bir neçə gün əvvəl məhkəmədən əldə etmişdir. Məhkəmədə olan iddia tələbi barədə xeyli sonra xəbər tutmuş və əldə etmişdir. Odur ki ilk iddia ilə birlikdə baxılması üçün həmin qarşlıqılı iddia ərizəni təqdim edir. İddiaçı onun ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv.olan 27 saylı mənzilə dair istifadə hüquqlarımı itirilmiş hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Mübahisəli mənzili xx.xx.2000-ci il tarixli 101523 nömrəli alqı -satqı müqaviləsinə əsasən 33.750.000 manata satıcı X17 almışdır. Alqı-satqı müqaviləsi Bakı şəhəri 40 saylı DNK-da rəsmiləşdilmişdir. Mənzil hüquqi rejiminə görə Kooperativin mülkiyyətində-balansında olub. xx.xx.2005-ci ildə qardaşı onu notariata aparmış və o məzmunu oxuyub-başa düşmədiyi sənədləri imza etdirmişdir. Bundan az sonra iddiaçı-cavabdeh onu yaşadığı mənzildən bayıra atmış, yaşamağa imkan verməmişdir. Mənzillə bağlı aparılan bütün əməliyyatlar saxtadır, çünki sənədlər saxtalaşdılıb. Bunu qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi AR-sı ƏN-yi Dövlət Notariat Arxinin xx.xx.2019-cu il tarixli arayışı təsdiq edir. O ünvanda qeydiyyatda olduğuna görə mənzilin başqasının mülkiyyətinə keçməsinə notarial təsdiq edilmiş ərizə verməmişdir. Dəfələrlə mənzilə köçmək istəsə də, cavabdeh buna imkan verməmişdir. Ona görə də ailəsiylə köçüb müvəqqəti kirayədə qalır və hər ay 250 manat kirayə haqqı ödəyir. Mənzil onun anasına məxsus olub, anası mənzili ona vermişdi ki, ailəsiylə birgə yaşasın. Lakin iddiaçı mənzili saxta sənədlərlə ələ keçirərək onu və ailəsini mənzildən qovmuş,yaşamağına imkan verməmiş və hazırda hüquqlarımın itirilmiş hesab olunmasını tələb edir. Cavabdehin iddia ərizəsində əldə etdiyi çıxarışa qədər əməliyyatların tarixini və yerini göstərməməsi yazdıqlarının həqiqət olmasına dəlalət edir. Qanunun mənasına görə mənzil özəlləşdirilərkən 18 yaşı tamam olmuş ailə üzvlərinin razılıq ərizəsi olmalıdır. Mənzil satılarkən (bağışlanarkən) 18 yaşı tamam olmuş qeydiyyatda olan hər bir şəxs notarial təsdiq edilmiş ərizə verməlidir. Belə ərizəni nə o nədə ki, digər ailə üzvləri ərizə verməmişlər. Ona görə də ünvanı göstərilən mənzilin özəlləşdirilməsinə və özgəninkiləşdirilməsinə əsas olmuş sənədlər müvafiq DƏDRX-dən sorğu ilə tələb edilib, tədqiq edilməli, hüquqi qiymət verilməlidir. Bu səbəb və əsaslara görə mübahisələndilən mənzillə bağlı aparılan bütün əməliyyatlar (alqı-satqı və çıxarış) etibarsız hesab olunmaqla ləğv edilməlidir. Mənzil əvvəlki vəziyyətə, yəni onun mülkiyyətinə qaytarılmalıdır. Ona görəki o həmin mənzilin satılmasına və ya bağışlanmasına razılıq ərizəsi verməmişdir. Bu məqsədlə mübahisələdilən mənzilin hüquqi rejimi barədə DƏDRX- nə müvafiq sorğu verilməlidir. Çünki onun tərəfindən sənədlər əldə etmək cəhdləri alınmamış və ona bildirilmişdir ki, həmin sənədlər(hüquqi rejim,çıxarış,alqısatqı müqaviləsi) yalnız məhkəmə sorğusu əsasında verilir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X18 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilə dair mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək qarşılıqlı iddianın rədd edilmısini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia əsaslıdır. Buna görə də ilkin iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdehə ünvanlanmış məhkəmə bildirişi 127 saylı MKİS-in rəisi tərəfindən qəbul edilmiş və cavabdehin orda yaşamadığı və yaşayış yerinin məlum olmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzili tam mülkiyyət hüququ üzrə X18 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, X22 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilini X21 bağışlamışdır. Müqavilə Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Hüseynova.Ş.M tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli Cavabdeh tərəfindən ünvan 4 ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilin bağışlanmasına etiraz etmir. İş materiallarında olan AZ-İ № 991075 nömrəli “Ölüm haqqında şəhadətnamənin surəti”dən görünür ki, X22 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixində 237 nömrəli akt qeydi ilə qeyd edilmişdir. İş materiallarında olan 08.08.200-ci il tarixli, 101523 saylı müqavilənin dublikatından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzili 33.750 manat dəyərində X17 almışdır. Müqavilə Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məkubundan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilə dair texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli ********** nömrəli ərizəsinə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sözügedən ünvanda yerləşən mənzil arxiv məlumatlarına əsasən 40 saylı DNK-da təsdiq edilmiş 4Ə-1-95 reyestr nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən digər fiziki şəxsə satılmışdır və reyestrdə qeydiyyat aparılmışdır. Bu səbəbdən Cavabdeh müraciətinin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məkubundan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilin Cavabdeh adına qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* saylı, xx.xx.2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Cavabdeh xx.xx.2002-ci il tarixdən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzildə qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxs isə X5r. İş materiallarında olan “Vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərilməsinə dair” Elekron Arayışdan göürünür ki, X6 xx.xx.2022-ci il tarixdən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli vətəndaşlar X24, X11 və X14 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh onun həyat yoldaşı X2 və oğlu X6 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur şadlıq sarayının ərazisində yerləşən özbaşına tikilidə kirayə qalırlar. Məhkəmə iclasında şahid qimində dindirilmiş X12 verdiyi ifadəsində bildirmişdir ki, o ünvan 1 ünvanında yerləşən 29 saylı mənzildə yaşayır. İddiaçı X29 onun qonşusudur. Lakin onlar həmin evdə daimi qalmırlar, yayda gəlib-gedirlər. Cavabdeh isə tanımır. Məhkəmə iclasında şahid qimində dindirilmiş X15 verdiyi ifadəsində bildirmişdir ki, X29 ilə çoxdandır qonşudur. Eyni zamanda o ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilin komendantıdır. X7 yaşayır, bura yayda gəlib gedir. Cavabdeh isə bir dəfə görüb. Məhkəmə iclasında şahid qimində dindirilmiş X19 verdiyi ifadəsində bildirmişdir ki, o ünvan 1 ünvanında yerləşən 46 saylı mənzildə yaşayır. İddiaçı X29 onun qonşusudur. Lakin onlar həmin evdə daimi qalmırlar, yayda gəlib-gedirlər. Cavabdeh isə tanımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzili alqı-satqı müqaviləsi əsasında anası X1 və beləliklə mənzil üzərində mülkiyyət hüququnu itirmişdir. X22 isə bağışlama müqaviləsi əsasında mübahisəli mənzili X29 bağışlamışdır. Mənzilin keçmiş mülkiyyətçisi olan Cavabdeh isə notarial qaydada təsdiq edilmiş ərizə ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilin X21 bağışlanmasına etiraz etmədiyinə dair iradəsini ifadə etmişdir. Bağışlama müqaviləsinin bağlanması və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, habelə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyesterində qeydə alınaraq, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilinə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində iddiaçı X18 mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, cavabdehin həmin mənzildən qeydiyyatdan çıxmaması iddiaçı X9 mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Odur ki, ilkin iddia təmin edilərək, Cavabdeh sözügedən mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, qarşılıqlı iddia əsasız olduğundan rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddianın ünvan 2, 27 saylı mənzilin alqı-satqı, bağışlanma müqavilələrinin etibarsız hesab olunaraq ləğv edilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 339.2-ci maddəsinə əsaəsn şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış alqı-satqı və bağışlama müqavilələrinin etibarlılığını şübhə altına alan yuxarıda qeyd edilən hallardan hər hansı biri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bundan əlavə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh əqdin etibarsızlığının mübahisələndirilməsi üçün qanunvericiklə müəyyən edilmiş müddəti ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsasını təşkil edən faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, qarşılıqlı iddiaçı bununla bağlı kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin əsasını təşkil faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab edir ki, qarşılıqlı iddia qeyd edilən hissədə rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddianın Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə Prospekti ev 109, 27 saylı mənzilə dair X20 adına olan ********** nömrəli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, qeyd edilən hissədə də rədd edilməlidir. Belə ki, çıxarışın etibarsız hesab edilməsi və ləğv edilməsi ilə bağlı tələb, həmin çıxarışın verilməsi üçün əsas olan xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə əlaqəlidir. İddia müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyinə görə məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********26-05301-093005 reyestr nömrəli Çıxarışın etibarsızlığı üçün hər hansı əsas mövcud deyil. Məhkəmə qarşılıqlı iddianın Cavabdeh və hazırda hərbi xidmətdə olan oğlu X4 ünvan 2, 27 saylı mənzilə köçürülməyi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verildiyindən, X3 isə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilə köçürülməsinə gəldikdə isə, nəzərə alsaq ki, sözügedən mənzildə istifadə hüququnun yaranması məhkəmə tərəfindən müəyyən edilmədiyindən, onların həmin mənzilə köçürülməsi üçün də heç bir əsas yoxdur. Odur ki, göstərilən hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddiaya X29 onu və Elmar Allahverdiyevi qeydiyyatda olduqları və yaşamaq hüquqları olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə Prospekti ev 109, 27 saylı mənzilə buraxmadığına görə xx.xx.2002-ci ilin sonundan başlayaraq (20 il=240ay) hazırki tarixdək hər ay yaşayış sahəsinin kirayəsinə görə 240(ay)x250manat=60.000manat kirayə haqqının X13 alınaraq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia bu hissədə də təmin edilmələlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilə köçürülməsi ilə bağlı tələb, onun həmin mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı ilkin iddia tələbi ilə əlaqəlidir. İlkin iddia təmin edildiyinə görə məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənzilə köçürülməsi üçün hər hansı əsas mövcud olmamışdır. Belə olan halda qarşılıqlı iddia üzrə cavabdeh X25 tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı qarşı hər hansı delikt törərməmiş və onun qarşılıqlı iddia üzrə iddiaçıya maddi ziyanın ödənilməsinə dair hər hansı öhdəliyi də yaranmamışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.75 kv/m 27 saylı mənziliə dair istifadə hüququ itirilmiş hesab edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh onun və hazırda hərbi xidmətdə olan oğlu X4 ünvan 2, 27 saylı mənzilə köçürülməyi, ünvan 2, 27 saylı mənzilin alqı-satqı, bağışlanma müqavilələrinin etibarsız hesab olunaraq ləğv edilməsi, Bakı şəhəri,Xətai rayonu,Əhmədli qəsəbəsi,Gəncə Prospekti ev 109, 27 saylı mənzilə dair X20 adına olan ********** nömrəli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi, X26 onu və oğlu-Elmar Allahverdiyevi qeydiyyatda olduqları və yaşamaq hüquqları olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə Prospekti ev 109, 27 saylı mənzilə buraxmadığına görə xx.xx.2002-ci ilin sonundan başlayaraq (20 il=240ay) hazırki tarixdək hər ay yaşayış sahəsinin kirayəsinə görə 240(ay)x250manat=60.000manat kirayə haqqının X13 alınaraq iddiaçıya ödənilməsi tələbləri barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar