Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4425/2021 23.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC (KATV1) Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC (KATV1) Cavabdeh qarşı “xxxx” MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 31,35 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidmət haqqının, ümumilikdə 201 manat 75 qəpik məbləğində pulun tutulması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən “xxxx” MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və Radio yayımı haqqında” Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22.08.2005-ci il tarixli, TR 057 saylı və 22.08.2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayınlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar cəmiyyətlə müqavilə bağlamadan qanunsuz olaraq “KATV 1”-ə məxsus kabel şəbəkəsinə qoşulmuşdur. Bu qanunsuzluqların qarşısını almaq məqsədi ilə “xxxx” MMC tərəfindən “Ədalət A” hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci ik tarixlərdə hüquqi yardım göstərilməsi barədə müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş DİNBPQMİ-nin MAPS arayışına əsasən cavabdehə ünvan 1 ünvanda qeydiyyatdadır. 82 saylı MKİS arayışına əsasən ünvanda yerləşən yaşayış sahəsi cavbdehə məxsusdur. Sözü gedən ünvanda yaşayan cavabdehlə “xxxx MMC” arasında KATV1 xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Qeyd edilən şəxslə müqavilə münasibətlərinə 25.12.2015-ci ildə son qoyularaq, həmin mənzil 18,30 manat borcla şəbəkədən ayrılmışdır. “Ədalət-A” hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxışlar keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu qanunsuz qoşulmalar barədə 5496 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 5496 N saylı akt tərtib olunanadək sonuncu dəfə 25.12.2015-ci il tarixdə həmin ünvanda binaya baxış keçirilmişdir. Qanunsuz qoşulma nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixədək 9 manat və 01.09.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsəydi cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Cavabdehin “KATV1” şəbəkəsindən ayrıldığı 25.12.2015-ci il tarixdən qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu 29.03.2016-cı il tarixə qədər olan müddət 95 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik(179 gün x 30qəpik=53,70 manat) və 33 qəpik (83 gün x33 qəpik=27,39 manat) maddi ziyan hesablanmaq şərti ilə cavabdehin iddiaçıya məxsus kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində vurduğu zərər 31 manat 35 qəpik təşkil edir. İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün nümayəndəyə 150 manat pul ödəyir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X1 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5496 N saylı, 29.03.2016-cı il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 77 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvaqif müqavilə bağlamadan qanunsuz olaraq qoşulmuşdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş 09 oktyabr 2020-ci il tarixli arayışlardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A ünvanı üzrə 5496 saylı Akt tərtib olunana qədər sonuncu dəfə 19.06.2015-ci il tarixində həmin binaya baxış keçirilmişdir. “İddiaçı “ MMC ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A unvanında yaşayan Cavabdeh arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 10.10.2015-ci il tarixndə həmin ünvan KATV Televiziyasının şəbəkəsinəə qoşulmuş, 01.11.2015-ci il tarixində son ödəməsini etmiş. 25.12.2015-ci il tarixində isə 18.30 manat borc ilə şəbəkədən ayrılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh S.Ə.Şirvani küçəsində yerləşən 10 saylı evin 2 saylı mənzilində qeydiyyatdadlr. İş materialarında olan “xxxx“MMC-nin 440589 saylı qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 150 manat məbləğində vəsait ödənilmişdir. Göründüyü kimi, Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildə yaşayır. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi aktdan da görünür ki, həmin tarixdə kabel şəbəkəsinə baxış keçirilərkən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A ünvanında yerləşən mənzilində “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı, Cavabdeh bağladığı müqaviləyə xitam verdikdən və həmin mənzili kabel şəbəkəsindən ayırdıqdan sonra, mənzilin sakini və iş üzrə cavabdeh iddiaçı ilə heç bir müqavilə bağlamadan, qanunsuz olaraq kabel şəbəkəsinə qoşulmuş və bununla da nəzərdə tutulan abunə haqqını ödəmədən iddiaçının göstərdiyi xidmətlərdən yararlanmışdır. İddiaçı yuxarıda qeyd edilən lisenziyaya əsasən kabel və efir kabel vasitəsi ilə televiziya yayımı kimi fəaliyyət göstərmək hüququnu qanuni əsaslarla əldə etmiş və həmin xidmətlərin həyata keçirilmisinə görə abunəçilərdən abunə haqqı qismində gəlir əldə etmək imkanını qazanmışdır. Cavabdeh isə şəbəkəyə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurmuşdur. Qanunsuz qoşulmaya görə zərərin əvəzi kimi 31,35 manat məbləğində pul tələb edən iddiaçının tələbi əsaslıdır. Ona görə ki, cavabdehin şəbəkədən ayrıldığı, 25.12.2015ci il tarixdən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 29.03.2016-cı il tarixə qədər olan müddət 95 gün təşkil edir. Bu isə hər gün 33 qəpik (95 gün x33 qəpik=31,35 manat) qəpik maddi ziyan hesablanmaq şərti ilə 31,35 manat məbləğində təşkil edir. Belə ki, kabel televizyasının xidmətindən istifadə üçün aylıq abunə haqqı 9 manat, gündəlik abunə haqqı isə 33 qəpik təşkil edir. Həmin hesabla bu məbləğ 31,35 manat qəpik təşkil edir. Bununla da, 31,35 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbləri baxımından zərər anlayışı ilə əhatə olunur. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsində əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı, 14.12.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən “xxxx” MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində 31,35 manat abunə haqqı qismində vurulmuş zərəri əvəzinin tutulmasına dair tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbinin iddiaçı tərəfindən 150 manat məbləğində hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, göstərilən məbləğ ağılabatan məbləğdə, yəni 150 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində vurulmuş zərərin əvəzi cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “xxxx” MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 31,35 (otuz bir manat, otuz beş qəpik) manat, hüquqi xidmətlərin göstərilməsi ilə bağlı çəkilən xərcin əvəzi olaraq 150 (yüz əlli) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti alınaraq “xxxx” MMC-yə (KATV 1) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4425/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4425/2021
23.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver