Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4430/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X2, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası Milli Məclisinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə X1 İttifaqı Komitəsinə qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası Milli Məclisinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə X1 İttifaqı Komitəsinə qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özəlləşdirmə çeklərinin dövlət mülkiyyətinin özəlləşdirilməsində ödəniş vasitəsi kimi qəbulundan imtina edilməsi ilə, habelə müraciətlərində bu hüquq pozuntusunun aradan qaldırılması üçün tədbir görmələrini xahiş etdiyi müraciətlərinə baxılmaması ilə dövlət orqanları tərəfindən ailəsinə vurulan maddi və mənəvi zərərin ödəniməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 1 yanvar 2011-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsi müəyyən edir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Eyni Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), habelə 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatına” uyğun olaraq cavabdeh orqanlar inzibati orqanlara aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddia ərizəsində irəli sürülən iddia tələbi inzibati orqanların hərəkətsizliyi nəticəsində vurulmuş maddi və mənəvi zərərin tutulması ilə bağlı olduğu üçün, həmin tələbə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada iddia ərizəsini tərtib edərək inzibati icraat qaydasında müvafiq məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası Milli Məclisinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə X1 İttifaqı Komitəsinə qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada iddia ərizəsini tərtib edərək inzibati icraat qaydasında müvafiq məhkəməyə müraciət edə bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4430/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4430/2022
16.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver