Məhkəmə qərarları › İş №2(011)-4447/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-4447/2023

12.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4447/2023 12.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rəşad oğlu ilə bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin müqavilənin ləğv edilməsi, 220 (iki yüz iyirmi) manat məbləğində icarə haqqının, 160 (bir yüz altmış) manat məbləğində kommunal ödənişlərin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi 12 ünvanında yerləşən, ümumi sahəsi 65,9 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə ona məxsusdur. xx.xx.2020-ci il tarixdə ona məxsus olan qeyri-yaşayış sahəsini icarəyə vermək üçün Cavabdeh Bakı şəhəri 30 saylı notariat ofisində xüsusi notarius X1 iştirakı ilə icarə müqaviləsi imzalamışdır. İcarə müqaviləsi reyestrdə 3M-608 nömrə ilə qeydə alınmışdır və informasiya sisteminə daxil edilmişdir. “İcarə” müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti 5 il, 05 oktyabr 2027-ci il tarixədək müəyyən edilmişdir. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən “İcarəyə götürən” Cavabdeh “icarəyə verən” İddiaçı aylıq 500 (beş yüz) manat məbləğində icarə haqqı ödəyir. Müqavilə bağlandıqdan dərhal sonra o, obyekti bütün avadanlıqları ilə birgə Cavabdeh təhvil verilmişdir. Obyektə kod alaraq sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bundan əlavə kommunal xidmətlərə görə də (elektrik və sudan istifadəyə görə) 160 (yüz altmış) manat borcu ödəmir. O, icarəyə götürdüyü obyekti qıfıl ilə bağlayıb və qaçıb gizlənmişdir. Onun qanuna zidd hərəkətləri onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-3494/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “400 (dörd yüz) manat məbləğində borcun cavabdehdən tutulması barədə” iddia tələbinə ayrı icraatlarda baxılması qərara alınmışdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsinin ləğvi, 220 manat icarə haqqının və 133 manat kommunal ödənişlərin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 30 saylı notariat ofisində 3M-608 reyestrində qeyd edilən xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 1-ci bəndinə əsasən “İcarəyə verən” Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, 12 ünvanında yerləşən, ümumi sahəsi 65.9 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsin icarəyə verir. Həmin müqavilə üzrə “İcarəyə verən” İddiaçı, icarəçi Cavabdehdur. Həmin müqavilənin 2-ci bəndinə əsasən icarəyə verilən əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən icarəyə verənə məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı verilmiş **********79-05101-083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 65.9 kv.m sahə. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Həmin müqavilənin 4-cü bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə “icarəyə götürən” Cavabdeh “icarəyə verən” İddiaçı aylıq 500 (beş yüz) manat icarə haqqı ödəyir. Həmin müqavilənin 11-ci bəndinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya, və telefon abunə) istifadəsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları “icarəçi” tərəfindən ödənilir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi ev 12 ünvanında yerləşən ümumi sahəsi 65.90 kv.m olan qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzlə 93 manat "xxxx" ASC-nin hesabına, xx.xx.2023-cü il tarixli 5577 saylı qəbzlə 10 manat və xx.xx.2023-cü il tarixli, 31426 saylı qəbzlə 20 manat "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, cavabdeh icarə müqaviləsi əsasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsini icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda həmin qeyri-yaşayış sahəsinin icarə haqqını ödəmək vəzifəsinin daşıyıcısı da olmuşdur. Cavabdeh isə göstərilən icarə müqaviləsi əsasında qeyri-yaşayış sahəsini icarəyə götürməyə dair hüququndan istifadə etmiş, lakin icarə haqqını və kommunal ödənişləri ödəməli olmasına dair vəzifələrini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia tələbləri təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh 220 (iki yüz iyirmi) manat məbləğində icarə haqqı, 133 (bir yüz otuz üç) manat məbləğində dəymiş ziyan olmaqla, cəmi 353 (üç yüz əlli üç) manat pul məbləği və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar