Məhkəmə qərarları › İş №2(011)-4504/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4504/2022

02.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4504/2022 02.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi zərər” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Tikinti Xidmətləri MMC-nə qarşı – cavabdehdən ona vurduğu 100000 manat maddi və 900000 mənəvi ziyan əvəzi ümumilikdə ******* manatın alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tozmaz X4 Respublikası vətəndaşıdır. İddiaçı cavabdeh şirkətdə çalışırdı. Cavabdeh şirkət Azərbaycanın hüquqi şəxsi olmaqla, Dövət sifarişi ilə Sumqayıt şəhəri Yaşmada 2019-cu ilin 19 fevralında günortadan sonra, təxminən 15 radələrındə iddiaçının sağ gözünə 100 mm mismar batmışdır. Həmin gecə iddiaçı saat 11-də X7 adına göz xəstəxanasında əməliyyat olmuşdur. İddiaçı 5 gün həmin xəstəxanada qalmış sonra həmin ilin sentyabr ayında əməliyyat tikişləri sökülmüş, sonra sentyabr ayında şirkət tərəfindən Dünyagöz klinikasında müayinə olunmuş iddiaçıya bildirilmişdir ki, gözünün bəbəyinin donar vasitəsi ilə dəyişəcəyini və gözünün 80% görəcəyinə dair təmin verildiyi bildirilmişdir, lakin cavabdeh 30000 manat tələb olunan vəsaiti ödəməmişdir. Şirkət bu vəsaitin çox olduğunu bildirərək özləri tərəfindən Türkiyə Respublikasında bu əməliyyatı keçirəcəklərini bildirmişlər. 2019-cu ilin dekabr ayında yol xərclərini cavabdeh qarşılayaraq iddiaçını Türkiyəyə göndərmişlər. İddiaçı orda da müayinə olunmuş 3 ay müddətində müalicə olunmasını bildirmişlər, lakin cavabdeh yenə də ödəniş etmədiyi üçün əməliyyat keçirilməmişdir. Şirkətdə vəsait olmadığından bugün-sabaha salaraq 2021-ci ilin mart ayının sonunda yenidən Türkiyəyə göndərmişlər, iddiaçı 8 ay orada qalmış, özlərinin tapdığı həkim artıq gec olduğunu bildirmişdir. İddiaçı yenidən Türkiyədəki Dünyagözdə müayinə olunmasını tələb etmiş, orada professor Anil Kubaloğlu iddiaçını müayinə edərək artıq gecikdiyini, indi əməliyyat eləsələr belə, xeyri olmayacağını bildirmişdir. Təxminən 6 il bundan öncə yenə də həmin şirkətdə çalışarkən loqondo ilə işləyən zaman dəmir qırıntısı iddiaçının sol gözünə batmışdır, lakin o vaxt həkimin köməyi ilə dəmir qırıntısı xaric edilmiş, lakin onun sonrakə müalicəsi üçün vəsait ayırmamışlar. Cavabdeh şirkət iddiaçını qanunsuz işlədirdi. Günü bu günə kimi aylıq ev kirayə haqqını ödəsə də, indi isə iddiaçıya nə yardım edir, nə də ki müalicəsi ilə maraqlanır. İddiaçı Türkiyədə çoxsaylı uzman doktorların qəbulunda olmuş, amma cavabdeh pul ödəmədiyi üçün müalicə olmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil sonradan məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh MMC-nin adının səhvən "xxxx" Tikinti MMC kimi qeyd edildiyinin nəzərə alınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 və iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Dünyagöz klinikasının xx.xx.2021-ci il tarixli DGH- 748 saylı arayışından görünür ki, xx.xx.2019 tarixində Dünyagöz xəstəxanasında xəstə İddiaçı göz müayinəsi olunmuşdur və aparılan müayinələr nəticəsində Buynuz qişanın bulanıqlığı diaqnozu qoyulmuşdur. Xəstənin sağ gözünə Keratoplastika əməliyyatı məsləhət görülmüşdür. Xəstəxanada bu əməliyyat edilir və əməliyyat üçün ödəniləcək məbləğ 30000 manatdır. İş materiallarında olan Dünyagöz klinikasının xx.xx.2019-cu il tarixli DGH-460 saylı arayışının surətindən görünür ki, xəstə Tozmaz X2 xəstəxanasına müraciət etmiş və müayinə olunmuşdur. Xəstəyə ön kameraya və ya sulkusa sekonder İOL implantasiyası əməliyyatı məsləhət görülmüşdür. Əməliyyat üçün ödəniləcək məbləğ 4810 manatdır. Göründüyü kimi, İddiaçı tələbinin əsası kimi Cavabdeh MMC-də işlədiyi dövrdə xx.xx.2019-cu il tarixdə onun sağ gözünə 100 mm mismar batması və bunun bir iş qəzası olması ilə əsaslandırsa da, lakin məhkəmə araşdırılması zamanı iddiaçının Cavabdeh MMC-də işləməsini və ya baş vermiş hadisənin məhz Cavabdeh MMC-yə məxsus iş yerində əmək faəliyyəti ilə məşğul olduğu vaxtda baş verməsini sübuta yetirən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin işin hər hansı digər halı ilə sübuta yetirilməmişdir. İş üzrə Cavabdeh MMC də məhkəməyə verdiyi etirazda ümumiyyətlə İddiaçı MMC-də heç vaxt çalışmadığını və ya orada əmək müqaviləsi olmadan faəliyyət göstərmədiyini bildirmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən Halil Bilgin və Nurettin Bey adlı şəxslərlə olan “SMS” və “WhatsAPP” yazışmalarına, iddiaçı tərəfindən yaşıl rəngli qələmlə tərtib edilmiş ona ümumilikdə 34450 manat və 1500 ABŞ dolları yenə adları çəkilən şəxslər tərəfindən verilməsi barədə vərəqə hüquqi qiymət verərək hesab edir ki, həmin yazışmalar məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, adları qeyd edilən həmin şəxslərin Cavabdeh MMC-nin səlahiyyətli nümayəndələri olmaları və onun adından hər hansı danışıqlar aparmaq hüquqlarının olması, həmin şəxslər tərəfindən verilən pul vəsaitinin məhz Cavabdeh MMC-nin adından verilməsi və hansı məqsədlə verilməsi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisitörədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isəhüquqpozan şəxsin təqsiri olmalıdır. Məkəmə qeyd edir ki, hazırkı iş üzrə aparılmış araşdırma zamanı Cavabdeh MMC tərəfindən iddiaçıya maddi və mənəvi ziyan vurulmasına gətirib çıxaran hər hansı hüquqazidd əməllərə yol verilməsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıya maddi ziyan yetirilməsi, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və Cavabdeh MMC-nin təqsirini sübut edən hərhansı bir tutarlı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə İddiaçı Cavabdeh MMC-dən mənəvi zərərə görə 900000 manat məbləğində pulun tutulması barədə iddia tələbinə hüquqi qiymət verərək, hesab edir ki, iddia qeyd edilən hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi və dəymiş mənəvi zərərin 900000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi zərərin ödənilməsinə dair iddia tələbi də əsassızdır. Odur ki, iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsi də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh MMC-nə qarşı – cavabdehdən ona vurduğu 100000 manat maddi və 900000 manat mənəvi ziyan əvəzi, ümumilikdə ******* manatın alınaraq ona verilməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar