Məhkəmə qərarları › İş №2(011)-4523/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4523/2023

04.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4523/2023 04.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, cavabdeh X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı əmlakın geri qaytarılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı faktiki olaraq iddiaçıya məxsus olan “X17 111 SDİ” markalı avtomobilin iddiaçıya geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh X4 nümayəndəsi və vəkili mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılması və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Bu əsasla məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, o, Almaniyadan “X18 111 SDİ” markalı avtomobili almışdır. Sonra dostu Cavabdeh1 həmin avtomobili onun adına qeydiyyata salınmasını xahiş etmişdir. İddiaçı Gürcüstan Respublikasının vətəndaşı olduğuna görə, o, avtomobili Cavabdeh1 adına sənədləşdirilməsini istəmişdir. Avtomobil iddiaçınındır, pulunu o, ödəmişdir. Ramil İsmayılov avtomobilə heç vaxt sahiblik etməmişdir. Bu hər il iddiaçıya verilən etibarnamələrlə təsdiq edilir. İddiaçı iddia ərizəsini verməmişdən əvvəl avtomobili başqa şəxsin adına keçirtmişdir. Cavabdehlərin etirazının dəlilləri Cavabdeh X4 nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, “X17 111 SDİ” markalı avtomobili Cavabdeh1 bacısı X10 16000 manat satımışdır. X1 deyil. Bakı Apellyasiya Məhkəməsinin 2(103)5628/2022 nömrəli 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə avtomobilin satışından əldə edilmiş vəsaitin ½ hissəsinin Cavabdeh1 alınaraq X6 verilməsi qət edilmişdir. Odur ki, hazırkı iddia əsassızdır. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasında cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin halları “X17 111 SDİ” markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobil gömrük vəsiqəsi əsasında 29 mart 2018-ci il tarixində Cavabdeh1 adına qeydiyyata alınmışdır. 25 oktyabr 2021-ci il tarixində həmin avtomobil alqı-satqı müqaviləsi əsasında X8 adına qeydiyyata alınmışdır. Daha sonra 03 iyun 2023-cü il tarixində avtomobil alqı-satqı müqaviləsi əsasında X7 adına qeydiyyata alınmışdır. Avtomobili idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermə və digər hərəkətləri aparmaq, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, ərizə vermək səlahiyyətlərinin etibar edilməsi ilə bağlı İddiaçı etibarnamə verilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur... Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması, əmlakın naturada mövcud olması və başqasının qanunsuz sahibliyində olması hallarında mümkün olur. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli avtomobil X12 tərəfindən ilkin olaraq X3, sonuncu isə avtomobili X2. Avtomobilin idarə edilməsi və avtomobilə dair sərəncam vermək sələhiyyətlərinə dair iddiaçıya etibarnamə verilmişdir. Göründüyü kimi, avtomobilə dair iddiaçıya müvafiq etibarnamə verildiyinə görə, onun əmlaka sahiblik etmək hüququ var. Lakin avtomobilin onun faktiki sahibliyindən çıxdığı və cavabdehlərin qanunsuz sahibliyində olması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı faktiki olaraq iddiaçıya məxsus olan “X17 111 SDİ” markalı avtomobilin iddiaçıya geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar