Məhkəmə qərarları › İş №2(011)-4573/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4573/2025

08.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4573/2025 08.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi X1 qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı qərarın ləğv edilməsi və icra olunmadan geri qaytarılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 aprel 2023-cü il tarixdə heç bir alqı-satqı müqaviləsi bağlanmadığını və 14 oktyabr 2024-cü il tarixli qətnamənin mövcud olmadığını nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli e41421/2025- 1-30-004 nömrəli qərəzli, əsassız, qanunsuz qərarının ləğv edilməsi, icrası mümkün olmayan icra sənədinin icra olunmadan geri qaytarılması barədə ədalətli, əsaslı, qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qərarı və hərəkətləri ilə bağlıdır. Odur ki, həmin məsələlər iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həll olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçılara izah edilməlidir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən icra icraatı qaydasında icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2, 153.3-cü maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı qərarın ləğv edilməsi və icra olunmadan geri qaytarılması tələbinə iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçılara izah olunsun ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən icra icraatı qaydasında icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Qərardaddan rəsmi verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Leyla Şövkətli-Məsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar