Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4578/2021 10.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” ASC cavabdehlər X5 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə subroqasiya qaydasında iddiaçının xeyrinə 715 manatın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus olan, X7 tərəfindən idarə olunan “Saipa Pride” markalı 32E82410 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 07.08.2019-cu il tarixində “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 15.08.2019-cu il tarixində cavabdeh X7 idarə etdiyi 32E82410 dövlət qeydiyyat nişanlı Saipa Pride markalı avtonəqliyyat vasitəsilə “Nissan X-Trail” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21214” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh X7 avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. “xxxx” ASC tərəfindən tərtib olunmuş 21.08.2019 və 22.08.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatlara əsasən ** KO *** dövlət qeydiyyat nişanlı VAZ 21214 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 250 manat, ** ZE *** dövlət qeydiyyat nişanlı Nissan X-Trail markalı avtonəqliyyat vasitəsinin təmiri üçünsə 465 manat məbləğində müəyyən edilmişdir və sığorta ödənişinin zərər çəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmışdır. “xxxx” ASC-nin 06.09.2019-cu və 10.09.2019-cu il tarixli sığorta aktlarına əsasən ümumilikdə 715 manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxslərin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. Mülki hüquq pozuntusu (delikt) cavabdeh X7 tərəfindən etibamaməsiz törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh X1 müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh2 məxsus “Saipa Pride” markalı 32E82410 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 07.08.2019-cu il tarixdən 07.09.2019-cu il tarixədək “xxxx” ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Yasamal RPİ-nin DYPŞ-nin inzibati tənbeh vermə haqqında 22.08.2019-cu il tarixli qərarının surətindən görünür ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 15.08.2019-cu il tarixində cavabdeh X7 idarə etdiyi, Cavabdeh2 məxsus olan 32E82410 dövlət qeydiyyat nişanlı Saipa Pride markalı avtonəqliyyat vasitəsilə Yasamal rayonu Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Nissan X-Trail” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21214” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinə zərər vurmuşdur. X7 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələrinə əsasən təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. “xxxx” ASC tərəfindən tərtib olunmuş 21 və 22 avqust 2019-cu il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”ların surətindən görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində, “Nissan X-Trail” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı və VAZ 21214” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı ümumilikdə 715 manat məbləğində müəyyən edilmişdir. 06 və 09 sdentyabr 2019-cu il tarixli sığorta aktlarından və plastik kartların təhvil-təslim aktlarından görünür ki, “xxxx” ASC tərəfindən dəymiş ziyana görə ümumilikdə 715 manat məbləğində sığorta ödənişinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və zərərçəkən şəxslərin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. Azərbaycan Respublikası Miilki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkara şəxsə qarşı tələb hüquqlarını əldə edir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə, həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1 -ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla cavabdeh X4 "xxxx" ASC-də 07.08.2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış, Cavabdeh2 məxsus olan “Saipa Pride” markalı 32E82410 dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək hüququ (etibarnamə) olmadan idarə edərək 15.08.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törətməsi, “Nissan X-Trail” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı və VAZ 21214” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinə maddi ziyan vurması, iddiaçı tərəfindən zərər çəkənlərə 715 manat sığorta ödənişinin həyata keçirilməsi, bununla da, zərərin əvəzini ödəmək tələbi hüququ ödənilmiş sığorta ödənişi məbləğində iddiaçıya keçməsi müəyyən edilmişdir. Bu səbəbdən də, iddia təmin edilərək 715 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər X7dan və Cavabdeh2 715 (yeddi yüz on beş) manat məbləğində verilmiş sığorta ödənişi və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-4578/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4578/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver