Məhkəmə qərarları › İş №2(011)-4590/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4590/2022

25.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4590/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İsrayıl oğluna və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh1 İsrayıl oğluna qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzil keçmiş Şaumyan rayon İcraiyyə Komitəsinin (hazırda Xətai rayon İcra Hakimiyyəti) 02 fevral 1984-cü il tarixli 198663 nömrəli order əsasında 1994-cü il tarixdə vəfat etmiş atası X1 daimi yaşamaq üçün həmin zaman onun 7 nəfər ailə üzvündən ibarət ailəsinə təqdim edilmişdir. Həmin orderə əsasında onlarla yanaşı həm də cavabdeh hazırda mübahisəli mənzilə köçürülmüş və istifadə hüququnu əldə etmişdir. Həmin vaxtdan etibarən qeyd edilən mənzilə köçməklə hazırki vaxta qədər cavabdeh istisna olmaqla birgə yaşayırlar. Hazırda sözügedən mübahisəli mənzilin kirayədarı yəni atası X4 1994-cü il tarixdə, anası X7 17 sentyabr 2009-cu il tarixdə vəfat etmişdir, vəfat etmiş kirayədarın digər oğlu yəni qardaşı X5 08 fevral 1994-cü il tarixdə şəhid olmuşdur. Kirayədarın digər oğlu Cavabdeh1 İsrayıl oğlu – 2013-cü il tarixdə daimi yaşayış yeri olan mənzili tərk edərək Rusiya Federasiyasına köçmüşdür, artıq on ilə yaxın bir vaxt ərzində özünün harada yaşaması barədə onun keçmiş ailə üzvü olaraq ona və digərlərinə heç bir məlumat verməmişdir və hazırda onun harada olması barədə onda, o cümlədən digər ailə üzvlərində heç bir məlumat yoxdur. Valideynləri, o cümlədən anası X7 vəfat edəndən sonra mənzil kirayə müqaviləsindən irəli gələn öhdəliklər digər ailə üzvlərinin razılığı ilə tərəfindən icra edilir. Sözügedən mənzil hazırda dövlət mənzil fonduna aiddir və mülkiyyətçi dövlətdir. Valideynlərinin vəfatından sonra mənzil kirayə müqaviləsini adına rəsmiləşdirmək üçün, həmçinin həmin mənzili özəlləşdirib mülkiyyətlərinə almaq üçün müvafiq orqanlara müraciət etsələr də, mənzildə qeydiyyatda olan Cavabdeh1 İsrayıl oğlunun razılığı olmaması səbəbindən mənzil kirayə müqaviləsini (sosial kirayə müqaviləsini) rəsmiləşdirə, həmçinin mənzili özəlləşdirə bilmirlər, yəni Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi Azərbaycan Respublikası qanunundan və dövlətin ərazisində olan digər qanunlardan faydalana bilmirlər. O, hesab edir ki, cavabdehin uzun müddətə mübahisəli mənzildə yaşamamasına, onun mənzilin saxlanılması üzrə xərclərdə iştirak etməməsinə, başqa dövlətin ərazisinə daimi yaşamaq üçün köçdüyü halda onlar mənzili saxlayanlara olduğu və ya yaşadığı yer barədə məlumat verməməsini qanunazid hərəkət hesab edərək belə nəticəyə gəlirlər ki, Cavabdeh1 İsrayıl oğlunun ünvan 1 ünvanında olan yaşayış sahəsinə istifadə hüququnun onun 2013-cü ildə Rusiya Federasiyasına getdiyi andan itirilmiş hesab edilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh1 İsrayıl oğlunun ünvan 1 ünvanında olan yaşayış sahəsinə istifadə hüququnun onun 2013-cü ildə yəni Rusiya Federasiyasına getdiyi andan itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı və onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil ərizə təqdim edərək, Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilməsini və onun ünvan 1 ünvında yerləşən yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh2 qardaşı Cavabdeh1 İsrayıl oğlunun arvadıdır və onunla Rusiyaya köçmüşdür, hal-hazırda orda yaşayır. İş üzrə cavabdehlər Cavabdeh1 İsrayıl oğluna və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, müvafiq qeyd aparılaraq bildirişlər məhkəməyə geri qaytarılmış, məhkəmə bildirişləri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 198663 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, ev 98, 42 saylı mənzil order əsasında X1 verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 545373 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 17 mart 1994-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 381977 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 17 sentyabr 2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan X3 və X8 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, onlar bildirmişlər ki, Cavabdeh1 İsrayıl oğlu və X2 2007-ci il tarixdən hal-hazıradək ünvan 1 ünvanında yaşamırlar və onların həmin ünvana gəlib getdiklərini görməmişlər. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, ünvan 1 ünvanında Cavabdeh1 İsrayıl oğlu və Cavabdeh2 qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4590/2022 saylı xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq ünvanladığı 33/3365 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 sonuncu dəfə dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında qeyd olunan məlumatlara əsasən Cavabdeh1 xx.xx.2005-ci il tarixdən Rusiyaya çıxış etmiş, Cavabdeh2 isə xx.xx.2018-ci il tarixdə Rusiyaya ölkədən çıxışı qeydə alınmışdır. İş materiallarında olan 96 saylı MKİS-si tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında 20 aprel 2001-ci il tarixdən qeydiyyatdadır. İş materiallarında olan 96 saylı MKİS-si tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 İsrayıl oğlu ünvan 1 ünvanında 1972-ci il tarixdən qeydiyyatdadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 iddiaçının qonşusu olmaqla yanaşı, ünvan 3 ünvanında 1990-cı ildən yaşadığını, 42 saylı mənzildə İddiaçı ailəsi ilə yaşadığını, əvvəllər Cavabdeh1 İsrayıl oğlunun yaşadığını və 10 ildən çoxdur ki, onun Rusiya Federasiyasına köçdüyünü və orada yaşadığını bildirmişdir. Qeyd olunmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli əvvəlki 1964-cü ildən 28 dekabr 1999cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin, habelə 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Eyni zamanda 123-cü maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Əksinə həmin məcəllənin 60-cı maddəsi müəyyən edir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanmasının şərtlərini müəyyən edən 60-cı maddəsi isə müəyyən edir ki, İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddət saxlanıldığı hallar da müəyyən edilmişdir. Belə ki, İcarədar və ya onun ailə üzvləri 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələri, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i.a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə; 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə; 7) həbs olunduqda; habelə 10) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə onların yaşayış sahəsi daha uzun müddət saxlanılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, ev 98, 42 saylı mənzil 02 fevral 1984-cü il tarixli 198663 nömrəli order əsasında 1994-cü il tarixdə vəfat etmiş iddiaçının atası X1 verilmiş, Cavabdeh1 İsrayıl oğlu həmin mənzilə 1972-ci ildə və digər Cavabdeh2 2001-ci ildə qeydiyyata alınsalar da, Cavabdeh1 xx.xx.2005-ci il tarixdən Rusiyaya çıxış etmiş, digər Cavabdeh2 isə 22 mart 2018-ci il tarixdən Rusiyaya çıxış etmişlər və geri qayıtmamışdırlar. İddiaçı mübahisənin predmeti olan mənzili özəlləşdirmək hüququna malik olsa da, cavabdehlər həmin mənzildə qeydiyyatda olduqlarına görə bu hüququnu həyata keçirə bilmir. Məhkəmə hesab edir ki, cavabdehlər artıq uzun müddətdir ki, iddiaçının faktiki sahibliyində və istifadəsində olan mənzildən köçdüyü və uzun nüddətdir ki, başqa ölkədə yaşadıqları halda onların mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə mane olur. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələbərini nəzərə alaraq, hesab edir ki, cavabdehlər artıq uzun müddətdir ki, başqa yaşayış yerində yaşadıqlarına görə cavabdehlər Cavabdeh1 İsrayıl oğlunun və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, ev 98, 42 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 İsrayıl oğluna və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair” iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 İsrayıl oğlunun və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, ev 98, 42 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar