Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4606/2022 16.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Mercedes Benz E 240” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş zərərə görə 3055 manat məbləğin, həmçinin X2 aldığı yüngül dərəcəli xəsarətə görə 750 manat məbləğin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 58,45 manat məbləğin Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə cavabdeh tərəfindən idarə edilən “Nissan Qashqai” markalı 90CD902 dövlət qeydiyyat nişanlı minik avtomobil Bakı şəhəri, Babək prospektində X2 idarə etdiyi “Mercedes Benz” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, avtomobilə maddi ziyan dəymiş və X8 yüngül dərəcəli xəsarət almışdır, İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş ziyanı aradan qaldıraraq “Mercedes Benz” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş zərərə görə 3055 manat sığorta ödənişi həyata keçirmişdir, həmçinin X1 vurulan zərərə görə 750 manat sığorta ödənişi həyata keçirilmişdir, baş vermiş hadisədə cavabdehin təqsirli olması Nizami rayon Polis İdarəsinin İnzibati Xəta haqqında Protokolunda öz əksini tapmışdır, hadisə zamanı cavabdehin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi olmamışdır, bu səbəbdən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Sonda Qanuni nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Qanuni nümayəndə yazılı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2015-ci il tarixdə saat 19-da yol nəqliyyat hadisəsi baş vermişdir, hadisənin növü toqquşmadır, təqsirli olan nəqliyyat vasitəsi Nissan Qashqai markalı **-CD- *** markalı avtomobildir, onun mülkiyyətçisi X9, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh olmuşdur. İş materiallarında olan “806255” saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E 240” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi X4r. İş materiallarında olan “253449” saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Qashqai” markalı 90CD902 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi X5r. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş Çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə “Yol hərəkəti haqqında” Qanunun 37-ci və AR İXM-nin 152.1-ci maddəsində qeyd edilən xətanın – n/v-nə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi törədilməsinə görə MYP seriyalı 816240 saylı protokol tərtib olunmuş, şəxs 40 manat cərimə edilmiş, cərimə ödənilmişdir. İş materiallarında olan 019033 saylı “Sığorta aktı”ndan görünür ki, xx.xx.2015-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində sığortalanmış “Nissan Qashqai” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X10 yüngül dərəcəli xəsarət almışdır, maddi ziyanın ümumi məbləği 750 manatdır, məbləği alan şəxs X6r. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 637 saylı xx.xx.2015-ci il tarixli Ekspert rəyindən görünür ki, X3 bədən səthində baş beyin silkələnməsi aşkar olunmuşdur. İş materiallarında olan 25 avqust 2015-ci il tarixli 0087 saylı Qaimə-Fakturadan görünür ki, vurulmuş zərərin cəmi məbləği 3055 manatdır. İş materiallarında olan 019699 saylı “Sığorta aktı”ndan görünür ki, xx.xx.2015-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində sığortalanmış “Nissan Qashqai” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil Mercedes Benz markalı ** XM *** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, ”Auto Trade” MMC-nin təqdim etdiyi aktına uyğun olaraq maddi ziyanın ümumi məbləği 3055 manatdır, məbləği alan şəxs ”Auto Trade”dir. İş materiallarında olan 1 sentyabr 2015-ci il tarixli 4583 №-li Ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ”Auto Trade” MMC-yə xx.xx.2015-ci il tarixli 019699 saylı sığorta aktına əsasən 3055 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli O-AP-2022/1407 saylı Pretenziya məktubundan müəyyən olunur ki, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-yə olan 3805 manat sığorta ödənişini 5 iş günü ərzində ödəməli olduğu İddiaçı Sığorta Şirkəti ASC tərəfindən bildirilmişdir. İş materiallarından olan xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi üçün 58,05 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X7 məxsus “Nissan Qashqai” markalı 90CD902 dövlət qeydiyyat nişanlı minik avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır, Cavabdeh xx.xx.2015-ci il tarixdə həmin avtomobili idarə edərkən R.H.Həsənova məxsus “Mercedes Benz E 240” markalı **-XM- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuşdur, hadisə nəticəsində sonuncunun sağlamlığına yüngül zərər (baş beyin silkələnməsi) dəymiş, habelə onun idarə etdiyi “Mercedes Benz E 240” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə maddi ziyan dəymişdir, hadisə zamanı Cavabdeh avtomobili idarə etmək hüququ olmamışdır, cavabdeh, AR İXM-nin 152.1-ci il tarixli maddəsi ilə (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) təqsirli bilinmiş, onun barəsində MYP seriyalı 816240 saylı inzibati xəta haqqında protokol tərtib olunmaqla, 40 manat cərimə olunmuşdur, sığortaçı tərəfindən zərərçəkmiş sağlamlığına vurulmuş zərərə görə R.H.Həsənova 750 manat, onun avtomobilinə vurulmuş maddi ziyana görə ”Auto Trade” MMC-yə 3055 manat məbləğində sığorta ödənişi edilmişdir. Bununla belə cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh sığorta ödənişinin əvəzi kimi 3805 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu və bank xidmət haqqı qismində ödənilmiş cəmi 58,45 manat, cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sığorta ödənişi məbləğinin əvəzi olaraq 3805 (üç min səkkiz yüz beş) manat, ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi qismində 58 (əlli səkkiz) manat 45 (qırx beş) qəpik Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4606/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-4606/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver