Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4615/2024 16.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1, X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehna qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 90 ünvanında yerləşən 170 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında daşınmaz əmlak onun xüsusi mülkiyyətindədir. Bu hal xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyetrindən çıxarışla təsdiq olunur. Hazırda cavabdeh onun mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Bunu yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın təsdiq edilmiş surəti də təsdiq edir. Hazırda cavabdeh onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olsa da, faktiki olaraq orada yaşamır. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Onların nikahları Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə 276 saylı qeyd nömrəsi ilə pozulmuşdur. Hazırda cavabdehin pasport qeydiyyatından çıxmaması mənzilin mülkiyyətçisi kimi onun mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırmaqla yanaşı, mülkiyyətçi kimi onun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilən hüquqlarını pozur. Beləliklə, cavabdehin onun tam mülkiyyət hüququ ilə malik olduğu mənzildə formal olaraq pasport qeydiyyatında olması və istifadə hüququnun qalması onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yol açır. Digər tərəfdən xeyli müddətdir ki, o cavabdehə görə kommunal xərcləri ödəmək məcburiyyətindədir. Bu isə ona maddi cəhətdən kifayət qədər çətinlik yaradır. Həmçinin cavabdehin evə qeydiyyatda qalması ona həmin evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də onun məqsədi cavabdehin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, bildirmişdir ki, o təqribi 7-8 ildir ki, qeyd edilən mübahisəli ünvanda faktiki olaraq yaşamır, lakin həmin mənzildə qeydiyyatda qalması onun üçün zəruridir. Onun hər hansı iddiası yoxdur, lakin qeydiyyata düşmək üçün başqa yeri də yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzil daşınmaz əmlakın ümumi sahəsi 55.42 kv.metr olmaqla, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 07 iyun 2016-cı il tarixdə 276 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan 14 iyun 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X6 vərəsəsi İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə X8 verilmiş **********06-05101-093005 reyestr nömrəli, ********* qydiyyat nömrəli dövlət reysrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52.42 kv/m olan mənzildən ibarətdir. İş materiallarında olan Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 93 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 2295 saylı arayışdan görünür ki, Cavabdeh (1968) xx.xx.1996-cı ildən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan 208862 saylı, xx.xx.1982-ci il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi X3i sahibliyinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, Cavabdeh həmin ünvanda qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 90 ünvanında yerləşən 170 saylı mənzil İddiaçı adına 2022-ci ildə rəsmi reyestrdə qeydə alınmışdır. Bunadək mənzil onun anası X9 məxsus olmuşdur. Cavabdeh iddiaçının həyat yoldaşı olmuşdur, mənzilin iddiaçının anasının mülkiyyətində olduğu dövrdə mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Tərəflərin nikahı 2016-cı ildə pozulmuşdur. Cavabdehin mənzilə 1996-cı ildən sonra köçürüldüyünü nəzərə alaraq, hazırki mübahisəyə qanunun analogiyası üzrə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Belə ki, cavabdeh köçürüldüyü dövrdə mənzilin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququna malik olmadığından, onun köçürüldüyü mübahisəli sahəyə istifadə hüquqları yaranmamışdır. Həmçinin, iş materialları ilə görünür ki, cavabdehin yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşıyır. Buna görə də Cavabdeh hazırda iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 90 ünvanında yerləşən 170 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 90 ünvanında yerləşən 170 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4615/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4615/2024
16.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver