Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4658/2023 13.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul tələbi” barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.180 avro məbləğinin manata olan rəsmi məzənnəsinin və 83 manat dövlət rüsumunun iddiaçının xeyrinə məcburi tutulması, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi ödənilməsi nəzərdə tutulan 3.180 avro məbləğində pulun 2023-cü ilin bank uçot dərəcəsi (9%) əsas götürülməklə 287 avro məbləğinin manata olan rəsmi məzənnəsinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2237/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşqinabi küçəsi, ev 2, 17 saylı mənzilə görə ödənilmiş 72.900 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 14.580 manat məbləğində pulun Cavabdeh ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1580/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2237/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-241/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1580/2015 saylı xx.xx.2015-ci il tarixli qərarının ləğv edilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-615/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2237/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı qismən - “Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşqinabi küçəsi, ev 2, 17 saylı mənzilə görə ödənilmiş 72.900 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 14.580 manat məbləğində pulun Cavabdeh ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunması” hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qərarın qəbul edilməsi, iddia tələbinin həmin hissədə də rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1082/17 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-615/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-615/2017 saylı xx.xx.2017-ci il tarixli qərarından narazı qaldığı üçün ona Cavabdeh tərəfindən X15ları Məhkəməsinə şikayətin verilməsinə tapşırıq verilmişdir. X15ları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Avropa Məhkəməsinə şikayət təmin edilərək Cavabdeh 7.600 avro maddi və 3.000 avro mənəvi, cəmi 10.600 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilən məhkəmə qərarları və xüsusən də sonuncu X15ları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı Cavabdeh göstərdiyi hüquqi xidmətlərin nəticəsidir. Belə ki, Cavabdeh ilə aralarında xx.xx.2015-ci il tarixli «Hüquqi xidmət haqqında» müqavilə bağlanmışdır. Həmin müqavilə notarial qaydada təsdiq olunmuşdur. Qeyd edilən müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% (otuz faiz) miqdarında müəyyən edilir və sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarı icra olunarkən-dərhal ödənilir. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2015-ci il tarixdən etibarən icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçilərə göstərib qurtaranadək bağlanılır. Müqavilənin 4.2-ci bəndinə əsasən göstərilməsi nəzərdə tutulan xidmətlər tam başa çatdıqdan sonra və xidmət haqqı ödənildikdən sonra bu müqavilə ləğv edilə bilər. X15ları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı icra edilərək 7.600 avro maddi və 3.000 avro mənəvi, cəmi 10.600 avro məbləğində kompensasiya Cavabdeh tərəfindən alınmışdır. Lakin qeyd edilən xidmət haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Göründüyü kimi, 10.600 avro məbləğində pul vəsaitinin 30% 3.180 avro məbləğində vəsait təşkil edir. Cavabdeh tərəfindən xidmət haqqı olaraq 3.180 avro məbləğində vəsaitin iddiaçıya ödənilməsi könüllü təmin edilməlidir. Lakin qeyd edilən məbləğ cavabdeh tərəfindən ödənilməmişdir, yəni müqavilə ilə üzərinə götürülən öhdəliklər qərəzli olaraq icra edilməmişdir. Bununla bağlı Cavabdeh xx.xx.2023-cü il tarixli rəsmi xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir. Cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktubunun xx.xx.2023-cü il tarixdə qəbul edilməsindən imtina edilmişdir. Bununla yanaşı bildirir ki, Cavabdeh ona özünün etiraf etdiyi xidmət haqqı olaraq 3.180 avro məbləğində əsas borcunu müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmədiyi üçün Cavabdeh ona qeyd edilən əsas borcun faizlərini ödəməlidir. xx.xx.2015-ci il tarixli «Hüquqi xidmət haqqında» müqavilə tək Cavabdeh ilə deyil, digər şəxslərlə (sifarişçilərlə) də bağlanmışdır. Həmin müqavilədə sifarişçilərdən biri olan X4 ilə arasında olan hüquq və vəzifələrə (öhdəliklərə) rayon və apellyasiya instansiya məhkəmələri tərəfindən hüquqi qiymət verilərək iddia ərizəsi qismən (30% xidmət haqqı hissəsində) - xidmət haqqı olaraq 2.550 avro məbləğində pulun T.Muradovadan tutularaq ona ödənilməsi hissəsində təmin edilməsi qət edilmişdir. Eyni şərtlərlə sifarişçilərlə arasında bağlanmış digər müqavilələrdən irəli gələn hüquq və vəzifələrə (öhdəliklərə) rayon və apellyasiya instansiya məhkəmələri tərəfindən hüquqi qiymət verilərək iddia ərizələri qismən (30% xidmət haqqı hissəsində) təmin edilmişdir. X15ları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarında adları qeyd edilən (hüquqlarını müdafiə etdiyi) 7 nəfərdən - 4 nəfərə qarşı iddia ərizələri təmin edilmiş və qəbul edilmiş qərarlar hazırda icra mərhələsindədir. Qalan 3 nəfərə qarşı iddia ərizələri birinci instansiya məhkəməsinin icraatındadır. Beləliklə Cavabdeh tərəfindən ona X15ları Məhkəməsinə müraciətin edilməsinə tapşırıq verilmiş, ona verilməsi qət edilmiş kompensasiya qəbul edilmiş və bununla da nümayəndə olaraq tərəfindən onun adından edilmiş müraciətin bəyənildiyi nümayiş etdirilmişdir. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 4.1-ci bəndində göstərilmişdir ki, “bu müqavilə xx.xx.2015-ci il tarixdən etibarən icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçilərə göstərib qurtaranadək bağlanılır”. Həmin müqavilə əsasında iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirərək N.X7 Hüquqları Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və X15ları Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən müqavilə təkcə ölkədaxili məhkəmə mübahisələrini deyil, həmçinin Avropa Məhkəməsinə müraciət etməsini də əhatə etmiş, bütün xidmət müddəti üçün bağlanmışdır. Belə ki, müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını proqnozlaşdıra bilməzdilər. Bu halda qonorar məbləği işin hansı mərhələdə həllindən asılı olmayaraq ümumi nəticəni nəzərdə tutmuş, xidmət göstərilən şəxs iş üzrə əldə edəcəyi kompensasiya məbləğinin 30 faizini hüquqşünasa qonorar kimi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq cavabdehin tapşırığı əsasında N.X7 Hüquqları Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və X15ları Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, X15ları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı Cavabdeh göstərdiyi hüquqi xidmətlərin nəticəsidir. Cavabdeh ilə bağlanılmış xx.xx.2015-ci il tarixli «Hüquqi xidmət haqqında» 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30% (otuz faiz) miqdarında müəyyən edilir və sifarişçi tərəfindən icraçıya ödənilir. Cəmi 7.600 avro maddi və 3.000 avro mənəvi, cəmi 10.600 avro məbləğində kompensasiya Cavabdeh tərəfindən alınmışdır. Lakin qeyd edilən xidmət haqqı cavabdeh tərəfindən ona ödənilməmişdir. Buna görə də Cavabdeh ona qeyd edilən əsas borcun faizlərini də - xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi ödənilməsi nəzərdə tutulan 3.180 avro məbləğində pulun 2023-cü ilin bank uçot dərəcəsi (9%) əsas götürülməklə 287 avro məbləğini ödəməlidir. Cavabdeh nümayəndəsi X2 və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, məhkədən iddia təmin edilməməsini xahiş etdilər. Cavabdeh nümayəndəsi X2 iddia ərizəsinə qarşı verilmiş etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı rayon məhkəməsində, apellasiya məhkəməsində, kassasiya məhkəməsində bütün instansiyalarında prosesləri uduzdu. İddiaçı müqaviləyə əsasən əks olunmayan pul ödənişlərini qeyri-rəsmi şəkildə dəfələrlə alınmışdır. O, X15 məhkəməsində işi davam etdirmək üçün yeni müqavilə bağlanmasına və yeni etibarnamə verilməsinə imtina etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə qarşı verilmiş mülahizələrinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hüquqi xidmət haqqında müqavilənin 1.1-ci maddəsinə əsasən, icraçı (hazırkı iş üzrə İddiaçı) bu müqavilənin şərtlərinə uyğun olaraq sifarişçilərə bütün rayon, apellyasiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrində qaldırılmış iddia ərizəsi üzrə sifarişçilərin nümayəndəsi qismində məhkəmə proseslərində iştirak edir. Avropa Məhkəməsinə şikayətlərinin hazırlayıb verilməsində üçün hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X11 iştirak etmişdir. Sonuncu Azərbaycan Respublikasının vəkillər kollegiyasının üzvü olaraq, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2l(102)-1082/2017 saylı, 03 may 2017-cı il tarixli qərarı elan olunandan sonra, Cavabdeh ilə hüquqi xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış, müvafiq vəkil orderi almış və cavabdehə X15ları Məhkəməsinə şikayətinin verilməsi xidmətləri göstərmişdir. Əlavə sual-cavab zamanı Cavabdeh nümayəndəsi X2 və onun nümayəndəsi və vəkili Vəkil məhkəməyə bildirmişlər ki, Cavabdeh nümayəndəsi X2 Azərbaycan dilini anlayır və tərcüməçinin xidmətlərində zərurət yoxdur. Əlavə olaraq onlar bildirmişlər ki, Cavabdeh iddia tələblərində qeyd edilmiş kompensasiya məbləğini almışdır. Cavabdeh elektron kabinet vasitəsilə iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, 23 fevral 2015-ci ildə bağlanmış müqavilədə tərəflərin ümumi qarşılıqlı razılığa əsasən müqavilənin 1.1 bəndində müqavilə predmeti rayon məhkəmələri, apellasiya məhkəməsi, kassasiya və əlavə kasasiya instansiya məhkəmələri müqavilə predmeti kimi müəyyən edilir. Eyni zamanda 23 fevral 2015-ci il tarixli "hüquq xidmət haqqında" müqaviləyə əsasən icraçı İddiaçı tərəfindən müqavilədə göstərilmiş rayon məhkəməsində, apellasiya məhkəməsində, kassasiya məhkəməsində bütün instansiyalarında prosesləri uduzdu. Müqavilə predmeti olan bütün instansiyaların qərarları sifarişçinin Cavabdeh xeyrinə olmadığını və heç bir maddi kompensasiya sifarişçiyə ödənilməyib. Və onunla bağlı İddiaçı tərəfindən hər hansı maddi kompensasiya istənilməsi hüquqi cəhətdən qeyri qanunidir. İddiaçi İddiaçı və Cavabdeh arasında bağlanmış 23 fevral 2015-ci il tarixli "hüquq xidmət haqqında" müqaviləyə əsasən iddiaçi müqavilədə heç bir bənddə əks olunmayan pul ödənişləri qeyri-rəsmi şəkildə dəfələrlə alınmışdır. Sonradan iddiaçi İddiaçı tərəfindən əlavə pul vəsaiti vermək şərti ilə işi X15 məhkəməsində davam etdirmək təklif edilmişdir və onunla bağlı yeni müqavilənin bağlanmasına zəruri olduğu bildirilmişdir. Lakin o, yeni müqavilə bağlanmasına və yeni etibarnamə verilməsinə imtina etmişdir. O, Cavabdeh işi X15 məhkəməsində İddiaçı tərəfindən davam etdirməsinə, rədd cavabi vermişdir. İşi X15 məhkəməsində iddiaçı tərəfindən aparılmasından imtina etməyi onunla bağlı olub ki iddiaçının ondan əlavə pul vəsaitin istəmişdir və İddiaçı müqavilədə göstərilmiş rayon məhkəməsində, apellyasiya məhkəməsində, kassasiya məhkəməsində prosesləri uduzmuşdur. 23 fevral 2015-ci il tarixli "hüquq xidmət haqqında" müqaviləyə əsasən X14 Məhkəməsində onun hüquqi maraqlarını təqdim etmək nəzərdə tutulmayıb. İddiaçı dəfələrlə X15 Məhkəməsinin qərarları çıxdıqdan sonra hədə-qorxu yolu ilə ondan etibarnamə alınmasına dəfələrlə cəhd etmişdir. Etibarnamənin almağın əsas məqsədi İddiaçı tərəfindən dələduzluq yolu ilə kompensasiya vəsaitinin 100 % (yüz faizını) mənimsəmək idi. Bununla bağlı Prezident Administrasiya əməkdaşı Saadət Novruzova 2022-ci ilin yanvar ayında sifarişçilərə zəng vuraraq İddiaçı qeyri-qanuni hərəkətlərdən xəbərdarlıq etmişdir və İddiaçı heç bir etibarnamə verməməyi tövsiyə etmişdir. Eyni zamanda İddiaçı sifarişçilər tərəfindən verilən etibarnamələrin ləğv edilməsi tövsiyə edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə dair yazılı mülahizələr təqdim edərək bildirmişdir ki, tərəflər sözügedən müqavilədə iddiaçı tərəfindən göstərilən xidmətlərin dairəsini öz aralarında konkret müəyyən etmişdirlər. Hüquqi xidmət haqqında müqavilənin 1.1-ci maddəsinə əsasən, icraçı (hazırkı iş üzrə İddiaçı) bu müqavilənin şərtlərinə uyğun olaraq sifarişçilərə bütün rayon, apellyasiva, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrində qaldırılmış iddia ərizəsi üzrə sifarişçilərin nümayəndəsi qismində məhkəmə proseslərində iştirak edir. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-l(102)-1082/2017 saylı, 03 may 2017-cı il tarixli qərarına əsasən, Cavabdeh pul tələbi təmin edilməmişdir. Beləliklə, Cavabdeh pul tələbinə dair mülki iş hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq hər üç məhkəmə instansiyalarından keçmiş, və nəticədə, tələbləri təmin olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1082/2017 saylı, 03 may 2017-cı il tarixli qərarından görünür ki, iddiaçı Cavabdehnm cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs olmaqla) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi birinci instansiya məhkəməsinin qərarı ilə təmin edilməmiş, yuxarı instansiya məhkəmələri tərəfindən şikayətlər təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qeyd edir ki, cavabdehin tapşırığı əsasında Avropa Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa Məhkəməsinə müraciət etmişdir. Belə ki, Avropa Məhkəməsinə şikayətlərinin hazırlayıb verilməsində üçün hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X11 iştirak etmişdir. Sonuncu Azərbaycan Respublikasının vəkillər kollegiyasının üzvü olaraq, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-l(102)-1082/2017 saylı, 03 may 2017-cı il tarixli qərarı elan olunandan sonra, Cavabdeh ilə hüquqi xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış, müvafiq vəkil orderi almış və cavabdehə X15ları Məhkəməsinə şikayətinin verilməsi xidmətləri göstərmişdir. İddiaçı cavabdehi vəkil X11 ilə tanış etdiyinə baxmayaraq, sırf X15ları Məhkəməsi üçün müvafiq sənədləşmənin aparılması xidmətləri cavabdehə X11 göstərmişdir və sonuncu bu xidmətlərin qarşısında ödəniş almışdır. Əlavə olaraq vurğulayır ki, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-l(102)-1082/2017 saylı, 03 may 2017-cı il tarixli qərarı elan olunandan sonra, Cavabdeh işin perspektivliyinə inanmamış, iddiaçı ilə bağlanmış 23 fevral 2015-ci il tarixli Müqavilədə göstərilən xidmətlərdən başqa hər hansı əlavə xidmətlərin göstərilməsi istiqamətində iddiaçıya göstərişlər verməmiş, müqavilədə göstərilən xidmətlərdən başqa əlavə xidmətlərin dairəsini və xidmət haqqını iddiaçı ilə razılaşdırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1082/2017 saylı, 03 may 2017cı il tarixli qərarı elan olunandan bir müddət sonra İddiaçı Cavabdeh həmin qərardan X15ları Məhkəməsinə şikayət verilməsi üçün yeni razılaşmanın bağlanmasına sövq etməyə çalışırdı. Lakin tərəflər arasında bununla bağlı razılıq əldə olunmamış və yeni müqavilə bağlanılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, Cavabdeh pul tələbinə dair mülki işə Ali Məhkəmə tərəfindən baxıldığdan sonra iddiaçı qarşısında hər hansı bir pul öhdəliyi də qüvvədən düşmüş kimi hesab olunmalıdır. Növbəti addımların atılmasında, o cümlədən X15ları Məhkəməsinə şikayətin hazırlayıb göndərilməsində, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş vəkil X11 Cavabdeh ilə bağlanmış başqa bir müqavilə əsasında vəkil qismində iştirak etdiyinə görə, İddiaçı bu mərhələyə görə əvvəllər danışılmış xidmət haqqının ödənilməsi tələbin təmin edilməsi əsaslı hesab olunmamalıdır. İddiaçı ilə Cavabdeh arasında X15ları Məhkəməsində təmsilçilik xidmətlərinə görə hər hansı xidmət haqqının ödənilməsi barədə heç bir şifahi və yaxud yazılı razılıq olmamışdır. Beləliklə, üçüncü şəxs qismində cəlb edilmiş X5 vəkil orderinin alınması üçün edilmiş ödənişlər son ödənişlər kimi nəzərə alınmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında hüquqi xidmət haqqında 23 fevral 2015-ci il tarixdə bağlanmış Müqavilənin 5.2-ci maddəsinə əsasən, bu müqaviləyə edilən əlavə və dəyişikliklər onun ayrılma hissəsi sayılan yazılı Əlavə Razılaşma ilə rəsmiləşdirilir. Müqavilənin predmetini genişləndirən hər hansı bir Əlavə Razılaşma tərəflər arasında bağlanmamışdır. AR Mülki Məcəlləsinin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. İddiaçı iş materiallarına digər oxşar işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarını təqdim etmişdir (Fyodorova Svetlanaya qarşı, Muratova Tatyanaya qarşı və s.). Xüsusilə vurğulamaq istəyir ki, yuxarıda qeyd edilən işlərin faktiki halları fərqli olmuşdur. Fyodorova Svetlana və Muratova Tatyana ilə İddiaçı X15ları Məhkəməsi qarşısında göstərilən xidmətlər ilə bağlı əsas müqaviləyə əlavə razılaşma bağlanmamasına baxmayaraq, İddiaçı Fyodorova Svetlanaya və Muratova Tatyanaya "Qəbz” adlı bir sənəd imzalatmış, həmin sənəddə vətəndaşların İddiaçı tərəfindən onların X15ları Məhkəməsi qarşısında təmsil olunması xidmətlərinin göstərilməsinə razılıq verilməsi və iddiaçıya gələcəkdə xidmət haqqının ödənilməsi öhdəliyi göstərilmişdir. Hazırkı iş üzrə isə, cavabdeh X8 nəinki iddiaçı ilə Müqavilənin predmetini genişləndirən Əlavə Razılaşma bağlamamış, iddiaçıya hər hansı bir yazılı öhdəlik də təqdim etməmişdir. İddiaçı cavabdeh X8 belə bir yazılı öhdəliyin verilməsinə sövq etməyə çalışsa da, buna nail ola bilməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 bildirmişdir ki, İddiaçı icraatında olan bir sıra işlər üzrə Avropa Məhkəməsinə müraciət edilməsi üçün ona müraciət etmişdir. O, iddiaçıya şikayətlərin tərtibi, tərcüməsi və sair xidmətlərlə bağlı köməklik göstərmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli İddiaçı (İcraçı) ilə Cavabdeh (Sifarişçi) arasında bağlanmış "hüquqi Xidmət haqqında" müqavilənin notarial qaydada təsdiq edilmiş nüsxəsinin surətindən görünür ki, icraçi sifarişçiyə hüquqi xidmət göstərməyi, sifarişçi isə həmin xidmətlərin qiymətlərini müqavilədə müəyyən edilmiş qaydada, vaxtda və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən həmin müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla hər bir məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında müəyyən edilir və “Sifarişçi”lərin (iddiaçıların) hər biri (ayrı-ayrılıqda) tərəfindən məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30% miqdarında “İcraçı”ya ödənilir. Cavabdeh adından müqaviləni etibarnamə əsasında nümayəndəsi X2 imzalamışdır. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, X15ları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh 7.600 avro maddi və 3.000 avro mənəvi, cəmi 10.600 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o vaxt Səbail rayonu, Bayıl qəsəbəsində yaşayırdı. Bina Bayraq meydanına görə söküləndən sonra o, oradan köçmüşdür. Təxminən 2015-ci ildə iddiaçı ilə tanış olmuşdur. İddiaçı onları, təxminən 20-25 nəfər olardılar bir araya yığıb bildirmişdir ki, onlar məhkəməyə müraciət edərək, kompensasiya ala bilər. Məhkəmə mübahisələrindən bəziləri təmin edilmiş, bəziləri isə təmin olunmamışdır. Onun iddiası da təmin edilməyənlərdən idi. Daha sonra iddiaçı ona Avropa Məhkəməsinə müraciət edəcəyini bildirmişdir. Uzun illər keçdiyi üçün o artıq həmin kompensasiyanın alınacağından ümidini kəsmişdir. Lakin 2021-ci ildə Avropa Məhkəməsindən onların xeyrinə qərar çıxmışdır. O, nəzərdə tutulmuş qonararı iddiaçıya ödəmişdir. Lakin işi udmazdan əvvəl cəmi 200 manat qədər əlavə xırda xərclər üçün pul ödəmişdir. 200 manatdan artıq pul verdiyi isə olmamışdır. Məhkəmə qeyd edir ki, sözügedən hüquqi xidmət haqqında müqavilə təkcə ölkədaxili məhkəmə mübahisələrini deyil, həmçinin Avropa Məhkəməsinə müraciət edilməsini də əhatə etmişdir. Müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını öncədən proqnozlaşdıra bilməzdilər. Belə olan halda qonorar məbləği işin hansı mərhələdə həllindən asılı olmayaraq ümumi nəticəni nəzərdə tutmuş, xidmət göstərilən şəxs iş üzrə əldə edəcəyi kompensasiya məbləğinin 30 faizini hüquqşünasa qonorar kimi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq cavabdehin tapşırığı əsasında Cavabdeh Avropa Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə qeyd edilənləri və tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin 3.2-ci bəndinin tələblərini nəzərə alaraq hesab edir ki, X15ları Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh ödənilmiş 10.600 avro məbləğində pulun 30 faizi olan 3.180 avro məbləğinin manata olan rəsmi məzənnəsi nəzərə alınmaqla, qeyd olunan məbləğ hüquqi xidmət xərci kimi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Məhkəmə iddia tələbinin 287 avro pulun cavabdehdən tutulması (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi ödənilməsi nəzərdə tutulan 3.180 avro məbləğində pulun 2023-cü ilin bank uçot dərəcəsi ilə 9% hissəsi) barədə iddia tələbinə dair qeyd edir ki, tələb bu hissədə əsassız sayılmalı və təmin edilməməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MMnin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq "pul vəsaitindən qanunsuz istifadə” və "özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin, həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, "həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1. qanunsuz saxlama; 2. qaytarmaqdan boyun qaçırma; 3. ödənilməsini digər şəkildə gecikdirmə; 4. başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan "istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in "öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449cu maddəsindəki xüsusi normada "faydalanma” və "(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Məhkəmə həmçinin cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında hüquq münasibətləri avro ilə yaranmış olsa da, Azərbaycan ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və ilkin iddia tələbi qismən təmin olunduğu, qarşılıqlı iddia tələbi təmin olunmadığı halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) tərəflərə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. 3.180 (üç min yüz səksən) avro məbləğində pul vəsaiti ödəniş gününə olan Azərbaycan Respublikasının manat məzənnəsi ilə Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. 76 (yetmiş altı) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4658/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4658/2023
13.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver