Məhkəmə qərarları › İş №2(011)-4689/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4689/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4689/2024 24.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2nə qarşı “mənzilin təhvil verilməsi, maneələrin aradan qaldırılması və s.” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, onun Bakı şəhəri. Xətai rayonu, Xocalı küçəsi. 2347-48-ci məhəllədə tikilmiş binanın 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 140.81 kv.metr olan 3 otaqlı 213 nömrəli mənzilə sahiblik və istifadə hüququmun tanınmasına və cavabdehlər "xxxx"xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Xətai rayonu, ünvan 1də tikilmiş binanın 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 140.81 kv.metr olan 3 otaqlı 213 nömrəli mənzildən sahiblik və ondan istifadə etməyinə yönəlmiş manelərin aradan qaldırılması ödəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1də tikilmiş binanın 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 127,9 kv.metr olan 3 otaqlı 213 nömrəli mənzili xx.xx.2006-cı ildə Cavabdeh1 MTK-dan almış, Cavabdeh1 MKT-ya 41500 manat pul ödəmişdir, daha sonra Cavabdeh2 MMC mənzili yenidən ölçmüş mənzilin ümumi sahəsi 127.9 kv.metr yox, 140,81 kv.metr olduğunu müəyyən etmişlər, buna görə də yenidən onlarla əlavə olaraq 22.09.20 10-cu ildə həmin mənzilə dair müqavilə bağlayaraq 4260 manat əlavə pul ödəmişdir, həmin mənzilə dair heç bir borcu qalmamışdır. Ancaq mənzilindən istifadə edə bilmir, Cavabdeh1 MTK və Cavabdeh2 MMC arasında anlaşmazlıq yaranmışdır və bu anlaşılmazdıqdan da o əziyyət çəkir, belə ki, hazırda cavabdeh şirkətlər arasında anlaşmazlıq olduğuna görə öz mənzilinə girib-çıxarkən onu dayandırır, hər dəfə mənzilə dair sənədlərini tələb edir, lifdən istifadəyə maneçilik törədir, təmir işlərinə maneə olurlar, müxtəlif suallar verirhər dəfə buna görə söz-söhbət, dava-dalaş olur, narazılıq yaranır və buna görə də o, öz mənzilinə rahat şəkildə girib-çıxa, özünəməxsus mənzildən rahat istifadə edə bilmir. Bu hallar isə onun hüquqlarını pozur. Hesab edir ki, mənzilin dəyərini tam ödədiyinə görə mənzilə istifadə hüququ tanınmalı, eyni zamanda onun öz mənzilindən istifadəsinə cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən yönəldilmiş maneələr aradan qaldırılmalıdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan "xxxx" MTK-nin sədri Z.Q.Hülmalıyev ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri, Xətai rayonu, ünvan 1də yerləşmiş tikilməkdə olan binasında 3-cü giriş, 4-cü mərtəbə, 3 otaq, ümumi sahəsi 140,81 kv.m olan 213 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 41500 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Mənzil tikintisi haqqında” müqavilədən görünür ki, həmin tarixdə Cavabdeh2 MMC-nin direktoru X1 və İddiaçı arasında bağlanmış müqaviləyə əsasən cəmiyyət Bakı şəhəri Xətai rayonu, ünvan 1də yerləşən "xxxx" MMCnin tikilməkdə olan binasında 213 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 3-cü giriş, 4-cü mərtəbədə yerləşir və 3 otaqdan ibarət olmaqla 140,81 kv.m ümumi sahəsi vardır. Həmin mənzilin ümumi dəyəri 45760 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı, Cavabdeh2 MMC-dən xx.xx.2006-cı il tarixdə 3-cü giriş, 4-cü mərtəbə, sahəsi 140,81 kv.m olan 213 saylı 3 otaqlı mənzil almışdır. Mənzilin dəyəri tam ödənilmiş və onun cəmiyyətə heç bir borcu yoxdur. İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən verilmiş Arayışdan görünür ki, İddiaçı, Cavabdeh2 MMC-nin kassasına başlanğıcdan 41500 manat, daha sonra isə 4260 manat məbləğində vəsait ödəmişdir. İş materiallarında olan 12 iyun 2024-cü il tarixli yerli baxış protokolundan görünür ki, qeyd olunan mənzlin açarı iddiaçıdadır, mənzil 3 otaqdan ibarətdir və təmirsiz vəziyyətdədir, özünü həmin binanın komendantı kimi təqdim edən şəxs rəhbərliyin tələbinə əsasən, binalara gəlib-gedən şəxslərin kim olduğundan xəbərdar olmaq məqsədilə onların suallar verildiyini, lifdə problem olduğuna görə istifadə edilməsinə imkan vermədiklərini, təmir işləri ilə bağlı isə rəhbərlikdən icazə alınmalı olduğunu, gəldikləri mənzillərə dair sənədlərinin olmasını yoxladıqlarını, lakin heç kimə hər hansı maneə yaratmaqılarını bildirdi. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan DƏDKR X2 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai rayonu, ünvan 1də tikilmiş binanın 3-cü giriş, 4-cü mərtəbə, ümumi sahəsi 140,81 kv.m olan 3 otaqlı 213 nömrəli mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli və "xxxx" MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanda yerləşən binanın 3-cü giriş, 4-cü mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140,81 kv.m olan 213 saylı mənzil Cavabdeh2 MMC tərəfindən İddiaçı satılmış, sonuncu mənzilin pay dəyəri olan 45760 manatı Cavabdeh2 MMC-nə ödəmiş, mənzilə dair hər hansı bir borcu qalmamışdır. Mənzil rəsmi reyestrdə qeydiyyata alınmamışdır. Mənzil hazırda iddiaçının faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Cavabdehlər mənzilə giriş-çıxış zamanı iddiaçıya qarşı əsassız tələblər (sorğu-suala tutmaq, hər dəfə mənzilə dair sənədlərini tələb etmək, lifdən istifadəyə maneçilik törətmək, təmir işlərinə maneə yaratmaq və s.) irəli sürməklə, onun əmlakdan sərbəst istifadə etməsinə süni maneələr yaradırlar. Bununla belə, iddiaçının mənzildən istifadə və sahibliyini istisna edən, onun həmin mənzilə girişinin məhdudlaşdırılmasına əsas verən hallar müəyyən edilmədi. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı müqavilə üzrə mənzilin razılaşdırılmış məbləğini tam ödədiyindən, mənzil ilə bağlı hər hansı icra edilməmiş öhdəliyi qalmadığından, həmçinin mənzilə faktiki sahiblik və istifadə etdiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (29-cu maddənin İ, İİ,İİİ hissələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi presedentində formalaşdırılan hüquqi mövqeyə görə, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanda yerləşən binanın 3-cü giriş, 4-cü mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140,81 kv.m olan 213 saylı mənzilə istifadə hüququ tanınmalı, iddiaçının həmin mənzilə sahiblik və istifadəsinə yönəlmiş manelər aradan qaldırılmalıdır. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 100 manat cavabdehlərə aid edilməli və həmin məbləğ onlardan müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri. Xətai rayonu, Xocalı küçəsi. 2347-48-ci məhəllədə tikilmiş binanın 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 140.81 kv.metr olan 3 otaqlı 213 nömrəli mənzilə sahiblik və istifadə hüququnun tanınsın İddiaçı Bakı şəhəri, Xətai rayonu, ünvan 1də tikilmiş binanın 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 140.81 kv.metr olan 3 otaqlı 213 nömrəli mənzilə sahiblik və ondan istifadə etməsinə yönəlmiş manelər aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat cavabdehlər "xxxx"xxxx" MMC-dən müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar