Məhkəmə qərarları › İş №2(011)-4742/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4742/2023

27.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4742/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin boşaldılması tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Cavabdeh qarşı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxananın Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış sahəsində yerləşən ərazisinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin boşaldılması və cavabdehin həmin ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı tərəfin dəlilləri ondan ibarətdir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxana Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış sahəsində yerləşir və 1823,6 kv.m ümumi sahədən ibarətdir. Qeyd olunan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 mart 2016-cı il tarixli, 147s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilmişdir. “Kitabxana işi haqqında' Azərbaycan Respublikasının 29 dekabr 1998-ci il tarixli Qanununa və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci il tarixli, 6/1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sistemindəki X1 haqqında Nümunəvi Əsasnaməyə uyğun olaraq M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxananın fəaliyyətinin predmeti informasiya, elm, mədəni-maarif və təhsil işidir. Bu işə ilk növbədə kitabxana fondlarının formalaşdırılması, elmi cəhətdən işlənməsi və mühafizəsi, kitabxanalardan istifadə edənlərə kitabxana, informasiya və sorğu-biblioqrafiya xidmətlərinin göstərilməsi, kitabxanaların elmi və metodik təminatı daxildir. M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanası və Cavabdeh arasında bağlanmış xx.xx.2001 -ci il tarixli müqavilə əsasında radio-televiziya təmiri emalatxanası dərnəyinə rəhbər dəvət edilmiş və bir müddət müqavilə əsasında kitabxananın təxminən 15 kv.m.-i əhatə edən hissəsində fəaliyyət göstərmişdir. Bu müddət bitdikdən sonra Cavabdeh müəssisəni tərk etməsi bildirilmiş, lakin o, hələ də qeyd edilən qeyri- yaşayış sahəsini boşaltmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Lakin Cavabdeh qeyd olunanlara riayət etməmiş, bununla da mülki qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh kitabxananın ərazisindən çıxarılması ilə əlaqədar M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanası tərəfindən dəfələrlə hüquq mühafizə orqanlarına müraciətlər edilmiş, Cavabdehlə danışıqlar aparılmış, məktublar ünvanlanmışdır. Lakin qeyd edilənlər məsələnin həllini təmin etməmiş və nəticədə iddiaçının qanunla qorunan mülkiyyət hüququ kobud formada pozulmuşdur. Bu barədə sonuncu dəfə Cavabdeh qeyd edilən sahəni boşaltması barədə 07 may 2022-ci il tarixli. 07 nömrəli və 16 iyun 2022-ci il tarixli, 08 nömrəli məktublar ünvanlanmışdır. X3 Nazirliyinə 102 qaynar xətti vasitəsilə müraciət edilmiş və Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin 13 iyun 2022-ci il tarixli. 103- 4756K nömrəli cavab məktubuna əsasən qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Etirazın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı 2004-cü ildən bu vaxta qədər Gəncə pr.451 ünvanında Xankəndi seçki dairəsinə bitişik, sözügedən 453 ünvanında yerləşən kitabxanadan təxminən 30-40 m-r aralıda -45 kv m sahədə mikro sahibkar kimi faliyyət göstərir (vöen **********). Dövlət əmlakından istifadəyə görə dövlətin müəyyən etdiyi maliyyə öhdəliklərini mütamadi olaraq vatlı vaxtında icra edir. İşlətdiyi obyekt 03.04. 2012-ci ildən İqtisadiyyat nazirliyi yanında dövlət vergi xidmətində qeydiyyata almmışdır. Qeydiyyat kodu: **********-20001. komunal xidmətlərdən istifadəyə gorə hesab nömrələri: işıq kodu: 12/44-16, istilik kodu:**********55, sudan istifadə etmir. Yeganə olaraq ödəyə bilmədiyi dövlət mülkiyyətindən istifadəyə görə icarə haqqıdır ki, buna da səbəb ƏMDX-i sabir adma kitaxananın rəhbərliyinin şəxsi maraqlarını təmin etmək üçün məqsədli şəkildə iddiaçı ilə müqavilə bağlayıb Dövlət mülkiyyətindən istifadəyə görə dövlət vəsaitinin dövlət büdcəsinə keçirilməsi üçün etdiyim yüzlərlə müraciətə rəğmən iddiaçıya hesab nömrəsi (kod) verməkdən aciq aydın imtina etmələridir. İddiaçı 1995-ci ildən əmək müqaviləsi əsasıda kitabxana klubda əmək faliyyətinə başlamışdır. 2000- 2021- ci illərdə əmək müqavilələrini qarışılıqı etimad əsasında yeniləmişdirş Lakin 2003-cü ilin avqustunda o vaxtkı drektor xanım F. Bəkirzadə xx.xx.2003-il tarixli əmrə əsasən xx.xx.2003—cü ildən onları işdən azad etdi. İddiaçı isə bununla razılaşmayaraq Xətai rayon məhkəməsinə müraciət etdik.xx.xx.2003-cü il tarixində Xətai rayon məhkəməsinin hakimi cənab R.A Əliyevin sədirliyi ilə keçirilən iclasda xanım Bəkirzadə F. barışıq ərisəsiilə məhkəməyə müraciət edərək işçiləri könülü olaraq işə bərpa edəcəyini ərizəsində göstərdi, məhkəmə aramızda barışıq sazişinin olduğunu əsas gətirərək işə xitam verilməsi barədə qərar verdi. Bundan sonar F. Bəkirzadə büdcədən kənar vəsaitlərin işlənmə mexanizminin hazır olmadığı üçün, məsələ həll olunana qədər bizi dərnək rəhbəri vəzifəsinə təyin edə bilməyəcəyini, amma radioteleviziya təmiri ustası kimi bizimlə icarə müqaviləsi bağlayacağını bildirdi, 2004-cü ildə icarə müqaviləsi bağlandı. 2005- ci ildə bu müqavilə yeniləndi. Beləki F. Bəkirzadə Az. Res. Prezidenti cənab H.Ə. oğlu Əliyevin 1997-ci il tarixli fərmanı ilə “Yerli və Mərkəzi icra hakimiyyətlərinin balansında olan (fərmana qədər mülkiyyətin sahibi Xətai rayon icra hakimiyyəti tabeliyində olan Mənzil X2muşdur, fərmanın tələblərinə əsasən ƏMBX-nin sərəncamına götürülmüşdür) istifadəsiz və boş sahələri icarəyə və özəlləşdirməyə çıxarıldığını bildiyindən ƏMDX-nın əməkdaşı (və ya əməkdaşları) ilə birlikdə iddiaçının işlədiyi sahələri icarəyə və özəlləşdirməyə çıxarmaqdan yayındıraraq, bu sahələri kitabxana sahələri adı altında öz məqsədləri üçün istifadə edibmiş. Lakin artıq bunun ƏMDX-İ ilə icarə müqaviləsi olmadan davam etdirilməsinin və iddiaçının bunu başa düşəcəyindən ehtiyyat edərək 2004-cü ilin aprelində iddiaçı ilə daxili müqavilə bağladıqdan sonara 2004-cü ilin mayında ƏMDX-İ ilə müqavilə bağlayır. Lakin buna baxmayaraq F. Bəkirzadə iddiaçının həmin sahələrdə qanuni əsaslarla işlədiyini və bunun əsasında da gələcəkdə istifadəsində olan sahələrə dair ƏMDX-İ ilə birbaşa müqavilə bağlamaq hüququmuzun olduğunu bildiklərindən, ümumiyyətlə iddiaçını oradan tamamilə silib atmaq istəmişlər ki, bu gündə sələfləri onların qanundankənar hərəkətlərini uğurla davam etdirirlər. Bakı şəhər Mədəniyyət Baş İdarəsi dövlət mülkiyyəti üzərində sərancam vermək, onun təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək və dövlətin adından müqavilələr bağlamaq səlahiyyəti olmadığından onun iddiası özgənin səlahiyyətlərini mənimsəmək kimi qiymətləndirilməli. Belə ki, sadalanan səlahiyyətlər əmlak məsələləri dövlət xidmətinə aidddir. İddiaçı eyni məzmunlu və eyni tərkibli iddia ilə 25,05.2006-ci ildə “özgəsinin qanunsuz sahibliyindən mülkiyyətin geri tələb edilməsi” ilə bağlı qarışıİıqlı iddia qaldırmış, məhkəmə iddiaçının faktiki isifadəsində olan 15 kv.m-dən ibarət sahədə qanunun yol verdiyi qaydada fəaliyyət göstərdiyimi əsas gətirərək ƏMDX-nin iddiasını təmin etməmişdir. Bundan sonra ƏMDX-i xx.xx.2006-cı il tarixində Apellyasiya şikayəti verərək Xətai rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsini ləğv etdirsədə, özünün qaldırdığı qarşılıqlı iddanı, məhkəmə iddiaçının istifadəsində olan sahələrdə qanuni əsaslarla faliyyət göstərməsini əsas gətirərək təmin etməmişdir. Buna görə də iddiaçının qeyri yaşayış sahəsini boşaltmaq barədə iddia ərizəsi ilə məhkəməyə müraciəti onunla əsaslandırıram ki M.Ə.Sabir adma kitabxananın sahəsində olan həmdə ona aid olmayan sahələrdən təyinatından kənar istismar edilməsinə göz yummuş və bunu, etməyə ona şərait yaratmış ƏMDX-nı düşdüyü çıxılmaz vəziyyətdən xilas etmək məqsədidə özünün vəfa borcunu yerinə yetirməyə çalışır. Çünki iddiaçı uzun illərdir ki icarə müqaviləsinin bağlanması ilə bağlı etdiyi çoxsaylı müraciətlərə baxmayaraq əsassız olaraq iddiaçı ilə icarə müqaviləsi bağlamaqdan imtina edir. Digər tərəfdən sözü gedən qeyri yaşayış sahəsinin əslində ümumi sahəsi 2087.8 kv.m-dir. Onun 1946.7 lcv.m-i Sabir adma kitabxananın icarəsinə verilmiş, yerdə qalan 140 kv.m-də isə 122 saylı Xankəndi seçki dairəsi, radio televiziya emalatxanası, dərzi emalatxanası, və polis məntəqəsi yerləşir. Və hamısı da ayrı-ayrı ünvanlarda yerləşir. Bütün bunlar məhkəmə tərəfindən müəyyənləşdirilmişdir. İşin halları - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 mart 2016-cı il tarixli, 147s nömrəli Sərəncamına əsasən Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin balansında olan və bu sərəncamın 1-10 nömrəli əlavələrində göstərilən (3 nömrəli əlavədə - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyriyaşayış sahəsi) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilmişdir; - Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 mart 2016-cı il tarixli, 147s nömrəli Sərəncamının və Mədəniyyət və Turizm Nazirliyinin xx.xx.2016-cı il tarixl, 128 nömrəli Əmrinin icrası məqsədilə idarəsinin tabeliyində fəaliyyət göstrən müəssisələrin yerləşdiyi və uzun müddət istifadəsində olan binaların balansa götürülməsi məqsədilə xx.xx.2016-cı il tarixli, 11 saylı əmr imzalanmışdır. Əmrə əsasən Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyindəki qurumalrın balansında olan daşınmaz əmlakları (1 nömrəli əlavədə olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış sahəsi) müəyyən olunmuş qaydada idarənin balansında götürülmüşdür. - Məhkəmə tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, qeyriyaşayış sahəsi doqquzmərtəbəli binanın 1 və 2-ci mərtəbəsində yerləşir. Qeyri-yaşayış sahəsinin ümumi həcmi 2087.08 kv.m-dir. Cavabdehin istifadəsində olan emalatxana 1-ci mərtəbədə yerləşir və ümumi sahəsi 15.0 kv.m-dir. Emalatxananın ayrıca giriş-çıxış qapısı var. Emalatxana kitabxananın içərisində olan sahədən divarla ayrılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlaın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 27 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış sahəsinə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan hissə 9 mərtəbəli binanın 1-ci mərtəbəsinin və 2-ci səviyəsinin bir hissəsində yerləşir. Ümumi sahəsi 1841,7 kv.m. təşkil edir. Həmçinin iddiaçının istifadəsində olan 977,4 kv.m. 1-ci səviyəyə bitişik 18,4 kv.m. sahə mövcuddur. Həmin sahə digər şəxs tərəfindən istifadə olunur və mübahisəlidir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsi: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi: Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsi: Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.3-cü maddəsi. İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.4-cü maddəsi. Mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı 5.6. Dövlət əmlakı üzərində mülkiyyət hüquqlarının dəyişdirilməsi dövlət əmlakının özəlləşdirilməsini və bələdiyyə mülkiyyətinə verilməsini tənzimləyən qanunvericilik aktlarına uyğun həyata keçirilir, dövlət əmlakına sahiblik və istifadə hüquqlarının verilməsi, dövlət əmlakının balansdan silinməsi Dövlət Proqramına və müvafiq qanunvericiliyə uyğun aparılır. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işin məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 mart 2016-cı il tarixli, 147s nömrəli Sərəncamına əsasən Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin balansında olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilmişdir. Cavabdeh sahibkar kimi dövlət vergilərini, kommunal xidmət haqlarını ödədiyini, əvvəllər həmin sahədə M.Ə.Sabir adına kitabxana-klubda əmək əmək müqaviləsi əsasında fəaliyyət göstərdiyini qeyd etsə də, qanunvericilikdə dövlət əmlakının şəxsin istifadəsinə verilməsi üçün bu cür əsaslar nəzərdə tutulmamışdır. Digər tərəfdən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış sahəsinin hər hansı bir hissəsinin cavabdehin istifadəsi və ya icarəsinə verildiyinə dair müqavilə və ya razılaşma mövcud deyildir. Məhkəmə qeyd edir ki, cavabdeh 1841,7 kvadart metr sahənin iddiaçının balansına verildiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin balansına verilmiş Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyriyaşayış sahəsi ümumi sahəsi 1823,6 kv.m. təşkil edir, hal-hazırda cavabdehin qanunsuz istifadəsində olan sahə isə 18,4 kvadrat metrdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etmək barədə hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından və mübahisəli qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının balansında verildiyindən dövlət mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən zəbt edilmiş hissəsində cavabdeh çıxarılaraq həmin ərazi boşaldılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 18,4 kv. m. sahəsindən çıxarılaraq, həmin qeyri-yaşayış sahəsi boşaldılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar