Məhkəmə qərarları › İş №2(011)-4847/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4847/2023

09.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4847/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehya qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Mülkiyyətçisi olduğu mənzildə keçmiş gəlini Cavabdeh qeydiyyatdadır. Oğlu ilə keçmiş gəlini Cavabdeh boşanıblar. Həmin şəxs uzun müddətdir ki, onun mənzilində yaşamamasına baxmayaraq formal şəkildə qeydiyyatda qalmaqdadır. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzildə yaşamadığı halda formal olaraq pasport qeydiyyatında qalması onun mülkiyyət hüququnun, şəxsi həyata və ailə həyatına hörmət edilməsi hüququnun pozulmasına, onun üçün əlavə xərclərin yaranmasına və nəticədə ona maddi və mənəvi zərər vurulmasına səbəb olur. Belə ki, həmin mənzildə yaşayan şəxsin formal olaraq qeydiyyatda olması səbəbilə o əlavə mənzil və kommunal xərclər ödəmək məcburiyyətində qalır ki, bu da onun üçün əlavə məsrəflərin yaranmasına səbəb olur. Eləcə də mənzilini özgəninkiləşdirmək istədikdə qeydiyyatda olan həmin şəxsin də razılığının tələb ediləcəyi üçün mülkiyyət hüququnu sərbəst şəkildə həyata keçirməyinə mane olacaqdır. Digər tərəfdən həmin şəxsə ünvanlanmış poçt göndərişlərinin onun mənzilinə gəlməsi narahatçılığa səbəb olur. Buna görə də hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin ona məxsus mənzildə pasport qeydiyyatı yalnız formal xarakter daşımaqla faktiki vəziyyəti əks etdirmir. Cavabdehin həmin mənzildə qeydiyyatda qalması üçün də heç bir hüquqi əsas yoxdur. Ona görə də cavabdehin əvvəlki yaşayış yeri üzrə, yəni ona məxsus mənzildə pasport qeydiyyatının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil 2013-cü ildən onun mülkiyyətindədir. Cavabdeh onun gəlini olub. Cavabdeh onun oğlu X1 ilə xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh onun mülkiyyətində olan ünvan 2 ünvanında yaşamamışdır. Amma buna baxmayaraq qeydiyyatda qalmaqdadır. Həmin mənzilə gəlinini öz ərizəsi ilə “Asan Xidmət” Mərkəzinə müraciət edərək qeydiyyata salmışdır. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan mənzilə dair istifadə hüququ yaranmadığından və cavabdeh həmin mənzilə iddiaçının ərizəsi əsasında qeydiyyata aldığından iş məhkəmədə baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3735/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Zəkili (Həsənova) Lamiyə Asim qızı ilə X1 xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra arvada “Zəkili” soyadı verilmişdir. Həmin qətnamə ilə Zəkili (Həsənova) Lamiyə Asim qızı ilə X1 arasında 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 12 noyabr 2018-ci il tarixli 2626 saylı akt qeydinə əsasən bağlanılmış nikah pozulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həminahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2018-ci ildən sonra yarandığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması, habelə yaranmışdırsa itirilibitirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, Cavabdeh iddiaçının ailə üzvü hesab edilmədiyindən onun həmin mənzildən istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Həmin qərarda qeyd edilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, Cavabdeh ünvan 3 ünvanına İddiaçı ərizəsi əsasında qeydiyyata alındığından və onun həmin sahəyə istifadə hüququ yaranmadığından mövcud iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. İddiaçı Cavabdeh qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq inzibati orqana müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya izah edilməlidir ki, inzibati orqan tərəfindən imtina edilərsə, iddiaçının şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə tələblə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddia ərizəsi üzrə icraata işə məhkəmədə baxılmalı olmadığından xitam verilsin. İddiaçıya Cavabdeh ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması tələbləri ilə aidiyyəti inzibati orqana müraciət etmək hüququnun olması izah olunsun. İddiaçıya izah olunsun ki, inzibati orqan tərəfindən imtina edilərsə, iddiaçının şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə tələblə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçıya izah olunsun ki, iddia ərizəsi üzrə işin icraatına xitam verilməsi eyni tərəflər arasında, həmin predmet barəsində və həmin əsaslarla yenidən ərizə ilə məhkəməyə müraciət etməsinə mane olur. İddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qaytarılsın Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar