Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4863/2021 23.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın düzgün olmamasının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 28 iyun 1988-ci il tarixli 40 saylı doğum haqqında akt qeydində adının “Şəlalə” adı kimi deyil, “Nigar” adı kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxx 1988-ci ildə Kəlbəcər şəhərində anadan olmuşdur. Onun doğum haqqında akt qeydində adını “Şəlalə” yazmışlar, lakin valideynləri bir neçə ay sonra “Şəlalə” adından “Nigar” adına düzəliş etdirmişlər. Yeni doğum haqqında şəhadətnamədə ərizəçinin adı “Nigar” kimi qeyd olunmuşdur. Ərizəçinin bütün sənədlərində-şəxsiyyət vəsiqəsində, diplom, attestat, nikah haqqında şəhadətnamə və nikahın pozulması haqqında şəhadətnamədə adı “Nigar” kimi qeyd olunmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməni itirdiyi üçün təkrar şəhadətnamə alarkən adının “Şəlalə” olduğu bildirilmişdir. Lakin 1988-ci ildə onun adına düzəliş edilmiş və verilən şəhadətnamədə adı “Nigar” kimi qeyd olunmuşdur. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində çıxış edən X1 öz izahatında bildirmişdir ki, Nigar onun dayısının qızıdır. Onu hər zaman Nigar olaraq tanımışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən X6 öz izahatında bildirdi ki, Nigar onun qaynının qızıdır. O, xanımı Nigar olaraq tanımışdır. Nigarın adının doğum haqqında şəhadətnamədə ilkin olaraq Şəlalə kimi qeyd olunduğunu öyrənmişdir. Lakin sonradan valideynləri adını Nigara dəyişdirmişlər. Məhkəmə ərizəçinin izahatlarını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 17 may 2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğum haqqında akt qeydində adı “Nigar” deyil, “Şəlalə” kimi qeyd edilmişdir. Ona adının “Nigar” kimi qeyd edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan 17 may 2021-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş 252 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin adı, soyadı X2 olaraq qeyd edilmişdir. İş materiallarında olan diplom, attestat, nikahın pozulması haqqında şəhadətnamə, xarici pasportda ərizəçinin adı Ərizəçi olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15 iyul 2021ci il tarixli cavab məktubundan görünür ki, Ərizəçi adına sənədləşən fərdi uçot vərəqəsinin kserosurəti məhkəməyə göndərilmişdir. Belə ki, iş materiallarında olan fərdi uçot vərəqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1988-ci ildə Kəlbəcər rayonunda doğulmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin doğum haqqında akt qeydində adı düzgün qeyd edilməmişdir. Belə ki, Ərizəçi adı “X2” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Respublikası MPM-in 305.1.7-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən, ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi gətirilməlidir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci və 2-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir. Belə ki, vətəndaşın bu günə qədər əldə edilən sənədlərində adı “Nigar” kimi göstərilmiş və sənədlərində hər hansı bir mübahisə aşkarlanmamışdır. Ərizəçi doğum haqqında şəhadətnaməni itirdiyindən təkrar doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, doğum haqqında şəhadətnaməsinin kötüyündə onun adı səhv qeyd edilmişdir. Qeydiyyat orqanı düzəlişin edilməsinin məhkəmə qaydasında mümkün olduğunu bildirdiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx xxx 1988-ci il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydləri kitabında aparılmış ona məxsus məlumatların düzgün qeyd olunmaması müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçının ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxx 1988-ci il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydləri kitabında aparılmış ona məxsus məlumatların düzgün qeyd olunmaması müəyyən edilsin. Ərizəçinin doğum haqqında akt qeydləri kitabında adı “Nigar”, soyadı “Xudaquluyeva”, ata adı “Vaqif”, cinsiyyəti qadın, doğum yeri “Kəlbəcər rayonu”, doğum tarixi xx xxx 1988-ci il, milliyyəti azərbaycanlı, ata qrafasında “X3”, ana qrafasında “X7” qeyd edilsin. Ərizəçi tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4863/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4863/2021
23.08.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver